Polkovnik: Ermənistan Azərbaycanın ərazilərini mina gölünə döndərib


Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Mehriban xanım! Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətinizdə uğurlar arzulayırıq. Azərbaycan xalqının hər bir nümayəndəsi kimi əminik ki, Sizin Birinci vitse-prezident kimi ortaya qoyduğunuz böyük siyasi əzm, həyata keçirdiyiniz nəcib ideyalar, əməllərinizlə təbliğ etdiyiniz humanizm və xeyirxahlıq düşüncəsi bundan sonra da dövlətimizin çiçəklənməsinə töhfə verməklə yanaşı, cəmiyyətimizdə ictimai şüur və təfəkkürün sevgi, mərhəmət və vətənpərvərlik üzərində köklənməsinə kömək edəcək, mənəvi dəyərlərimizin inkişafına təkan verəcəkdir. Bir daha Sizi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə bütün veteranların sevgi və salamını çatdırırıq”. Hörmətlə: Fatma Səttarova və Cəlil Xəlilov
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Xəzər rayonunda qazilərlə görüş keçirib. Veteran.gov.az xəbər verir ki, 12 mart 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər rayon VT nin sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən Müharibəsi iştiakçıları Nurlan Şıxəliyev, İlham Məmmədyarov, Mikayıl Zeynalov, Birinci Qarabağ müharibəsi veteranları Tahir Abdullayev, Əliqulu Məmmədov və başqaları iştirak edib. Tədbiri giriş sözü ilə açan Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Daha sonra çıxış edən Adil Haqverdiyevin təşəbbüsü ilə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədrin müavini, polkovnik Cəlil Xəlilovun salamını tədbir iştirakçılarına çatdıran Adil Haqverdiyev, Vətən müharibəsi iştiakçıları ilə yaxından tanış olub. Azərbaycanın 44 günlük müharibədə düşmənlərə öz “Dəmir yumruğu”nu göstərdiyini bildirən Adil Haqverdiyev, ordumuzun bundan sonra da hər cür təxribatı qətiyyətlə dəf edəcəyini vurğulayıb. Daha sonra çıxış edən edən Xəzər rayonu VT-nin sədr müavini Samir Məmmədov Respublika Veteranlar Təşkilatının qazilərlə bu cür görüşlərini müsbət qiymətləndirib, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib. Xoş ovqat şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib. Oxu.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib. O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verib.
Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) peşə bayramı münasibətilə təbrik edib, xüsusi xidmət orqanlarının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb. DTX rəisi general-polkovnik Əli Nağıyevə ünvanlanan təbrik məktubunda deyilir:
Hamısını oxu