Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi

Bakı, 20 sentyabr, AZƏRTAC

Qarabağda antiterror tədbirlərinin aparılması zərurət idi.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, separatçı rejim mövcud olduğu müddətdə ancaq talançılıqla məşğul olub “Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin fəaliyyəti dövründə Azərbaycanın işğal altındakı ərazilərində milli-mədəni və təbii sərvətləri talanıb, bunun müqabilində bir qrup siyasətçi, oliqarx daha da varlanıb. Yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Bölgə cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət və narkotiklərin tranziti, silah alveri və digər qanunsuz fəaliyyət üçün münbit şəraiti olan, nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”dır. Hansı ki, rəsmi Bakı bəyan edib ki, Azərbaycan ərazilərində “boz zona”ların mövcudluğu ilə barışmayacaq”.

Polkovnikin sözlərinə görə, Ermənistan postmüharibə dövründə də üzərinə götürdüyü öhdəliklərə əməl etməyib: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının yerləşməsi ilə düşmən ölkənin silahlı qüvvələrinin ərazidən çıxarılması ilə bağlı tələbi pozub. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb, lakin Ermənistan və onun Qarabağdakı tör-töküntüləri bu təkliflərin reallaşmasına imkan verməyiblər. Əksinə, onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasına mane olmağa, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar.

Müharibədən ötən üç il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən erməni silahlıları Azərbaycan Ordusunun mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər göstəriblər. Həmçinin ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstəriblər. Azərbaycanın irəli sürdüyü təşəbbüslər kimi, belə fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə alınacağı ilə bağlı haqlı tələblər də qulaq ardına vurulub”.

Respublika Veteranlar Təşkilatının sədr müavin deyib ki, Ermənistan son üç il ərzində bölgədə kommunukasiyaların açılması istiqamətində də heç bir addım atmayıb. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ-da dövlət katibi A.Blinkenin vasitəçiliyi ilə görüşü zamanı regionda kommunikasiyaların açılması istiqamətində əldə edilmiş razılaşmaların reallaşmasına Ermənistan və Qarabağdakı separatçılar tərəfindən maneçilik törədilib. Bunun nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya Qızıl Xaç Komitəsinin eyni vaxtda Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə sentyabrın 1-də Xankəndiyə göndərilməli ərzaq yükü uzun müddət hərəkət edə bilməyib. Yalnız Azərbaycanın prinsipial mövqeyi və ABŞ, Fransa kimi ölkələrin güclü təzyiqlərinə müqaviməti sayəsində sentyabrın 17-də - 16 günlük gecikmədən sonra hər iki istiqamətdə yüklərin hərəkəti mümkün olub.

Azərbaycanın sülh təşəbbüslərinə, regionun inkişafı ilə bağlı planlarına və gördüyü real işlərə, bölgədə birgəyaşayışın, sülh və sabitliyin, qanunun aliliyinin bərqərar olmasına yönəlmiş siyasətinə rəğmən Ermənistan silahlı qüvvələrinin bölmələri pozucu fəaliyyətini davam etdirib. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və zirvəsi kimi sentyabrın 19-da da altı nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı “boz zona”dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu.

Cəlil Xəlilov vurğulayıb ki, Azərbaycanın başlatdığı antiterror əməliyyatında məqsəd qanunsuz silahlı birləşmələrin ləğvinə nail olmaqdır: “Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, düşmən ölkənin hərbçilərinin tərk-silahı və neytrallaşdırılmasına yönəlib.

Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görür, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olmur. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərinin həlli ilə bağlı hərbçilərə müraciət edilmək tövsiyə olunur, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görülür”.

Diqqətə çatdırılıb ki, ordumuzun apardığı antiterror tədbirləri mahiyyət etibarı ilə bu bölgədəki sadə ermənilərin də marağına uyğundur: “Qarabağdakı erməni əhali Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda qurduğu və dəstəklədiyi kriminal dəstələrin qurbanıdır. Azərbaycan bu “boz zona”da bütün hərbi dəstələrin məhv edilməsi, tərk-silah olunması, Konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək”.

2023-09-20 11:53:52
3711 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.  Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilmişdir

10 dekabr 2018-ci il tarixində Respublika Veteranlar Təşkilatının Mərkəzi Aparatı əməkdaşlarının, veteranların və ziyalıların iştirak etdiyi anım mərasimi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti və abidə önünə Respublika Veteranlar Təşkilatı adından əklil qoyulması ilə başlandı. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyanında Əbədi Məşəl kompleksi önünə əklil qoyuldu, Şəhidlərin xatirəsi anıldı. Anım mərasimi Respublika Veteranlar Təşkilatının inzibati binasının akt zalıda davam etdirilidi. Tədbiri giriş sözü ilə Təşkilkatın sədri, general polkovnik Tofiq Ağahüseynov açdı. Ulu Öndərin və Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda  canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən söhbət açaraq dedı: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir”. T.Ağahüseynov həmçinin ulu öndərlə bağlı xatirələrini bölüşdü. Onun üçün vətənin və xalqın ən ali məqam olduğunu bildirdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tükənməz xidmətindən danışdı. Cəlil Xəlilov: “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Heydər Əliyev bu dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”. Daha sonra çıxış edən veteranlar ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışıb, eləcə də, ümümmilli liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər.

Hamısını oxu
Prezident İlham Əliyev: Qubadlı rayonunun 4 kəndi işğaldan azad olunub

Bakı, 23 oktyabr, AZƏRTAC Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu