Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban xanım Əliyeva ümumbəşəri dəyərlərə əsaslanan milli və qlobal məzmunlu fəaliyyəti ilə milyonlarla insanın dərin sevgisini, böyük rəğbətini qazanıb

Müstəqilliyinin 30-cu ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan dövləti ardıcıl nailiyyətlər qazanaraq milli tərəqqi yolunda sürətlə, inamla və əmin addımlarla irəliləyir, növbəti müvəffəqiyyətlərə yol açan yeni strateji zirvələr fəth edir. Bu gün Azərbaycan dünyada təkcə davamlı və dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı olaraq tanınmır. Bir əsrdə iki dəfə müstəqillik qazanan respublikamız, eyni zamanda, öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş, müsbət beynəlxalq imicə sahib və müasir dünya siyasətinin nüfuz - güc iyerarxiyasında mütəmadi yüksəlişə malik prestijli dövlət olaraq səciyyələndirilir.

 

Təbii ki, bütün bu müsbət reallıqları şərtləndirən başlıca strateji faktor müstəqillik illərində sabitlik və inkişafa, dirçəliş və rifaha xidmət edən rasional, milli maraqlara və müasir çağırışlara adekvat cavab verən praqmatik siyasi kursun həyata keçirilməsidir. Ölkəmizi tənəzzüldən xilas edərək intibah yoluna çıxaran, real müstəqilliyin əldə olunmasını təmin edən ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai və siyasi qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə bütün dünyada maraqla öyrənilən, nüfuzlu reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin hesabatlarında yüksək dəyərləndirilən strateji model kimi xarakterizə olunur.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən çoxşaxəli, səmərəli, ardıcıl və məqsədyönlü fəaliyyəti də ölkəmizin dayanıqlı inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, respublikamızın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə və müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin əldə olunmasına müstəsna töhfədir.

 

Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi

 

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi portretini tamamlayan cizgilər kifayət qədər zəngin və rəngarəngdir. O, ilk növbədə, hansı sahə və istiqamətdə fəaliyyət göstərməsindən asılı olmayaraq, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirməklə xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi yaradıb. Mehriban xanım Əliyevanın “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri, şübhəsiz ki, onun həyat və fəaliyyət kredosunu təşkil edir. Bu kontekstdə bir sıra nümunələrə xüsusi nəzər salmaq – diqqət yetirmək məqsədəmüvafiq olar.

 

Əvvəla qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar ictimai-siyasi fəaliyyəti ilə fəal, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiq, vətənpərvər və xeyirxah Azərbaycan qadını obrazının formalaşmasında əvəzsiz rol oynayıb. O, nümunəvi həyat və fəaliyyəti ilə qadınlar üçün əsl örnək yaratmaqla yanaşı, zərif cinsin nümayəndələrinin cəmiyyətdə rolunun, müxtəlif sahələrdə fəallığının artmasına geniş stimul verib. Sevindirici haldır ki, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını hazırda öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin və zəngin irsimizin qorunub saxlanılmasında, yaşadılmasında müstəsna xidmətlər göstərir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu bir daha təsdiqləyir.

 

Bununla yanaşı, Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi məqsədyönlü fəaliyyət göstərməklə ictimai-siyasi yaddaşda dərin iz buraxıb. O, millət vəkili statusunda çox mühüm ictimai əhəmiyyətli təşəbbüslər irəli sürüb, təkcə seçicilərini deyil, bütövlükdə, Azərbaycan xalqını maraqlandıran məsələlərlə əlaqədar zəruri addımlar atıb, sosial problemlərin həllinə xüsusi diqqət göstərib və buna müvəffəq olub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən genişmiqyaslı və ümumi-ictimai əhəmiyyətli tədbirlər sırasında Amnistiya aktlarının qəbul olunması xüsusi yer tutur. Daha dəqiq desək, onun təşəbbüsü ilə Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması və bunun sayəsində minlərlə məhkumun azadlığa qovuşması, yenidən cəmiyyətə inteqrasiya olunması təqdirəlayiq hal kimi sosial-ictimai cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həm millət vəkili kimi təmsil etdiyi seçiciləri, həm də bütövlükdə Azərbaycan xalqı Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı statusunda fəaliyyətini çox yüksək dəyərləndirərək - təqdirlə qarşılayaraq öz inam və etimadlarını ifadə ediblər.

 

Mehriban xanım Əliyevanın, həmçinin respublikamızın Birinci vitse-prezidenti kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi xalqın ona olan sevgisinin və rəğbətinin daha da artmasına səbəb olub. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən çoxşaxəli, genişmiqyaslı, kompleks xarakterli və sistemli islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması ötən müddət ərzində idarəetmənin səmərəliliyinin və çevikliyinin artmasına, bir sıra mühüm strateji hədəflərin gerçəkləşməsinə imkan verib. Xüsusilə də, Mehriban xanım Əliyevanın respublikamızın Birinci vitse-prezidenti kimi məqsədyönlü fəaliyyəti Azərbaycanın milli gücünün artmasına müstəsna töhfə olub, ölkəmizin qarşısında yeni və çox mühüm strateji perspektivlər açılıb. Daha dəqiq desək, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ilə Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulub. “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”,-deyən Mehriban xanım Əliyeva öz vədinə - Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət sözünə əməl edərək strateji missiyasını layiqincə yerinə yetirmək və qüdrətli Azərbaycan naminə mühüm nailiyyətlərə imza atmaq xoşbəxtliyinə müvəffəq olub. Ötən zaman müddətində Birinci vitse-prezidentin təşəbbüsü ilə əhalinin geniş təbəqələrini əhatə edən çox mühüm addımlar atılıb, xüsusilə də vətəndaşlarımızı maraqlandıran sosial məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ayrıca qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin istəklərinin yerinə yetirilməsi – onların problemlərinin həll olunması istiqamətində fəaliyyətə xüsusi önəm verir. Onun Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirənin məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsinə həsr olunması deyilənlərin bariz nümunəsidir. Vurğulamaq gərəkdir ki, həmin müşavirədən sonra qəzalı binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsi üçün tədbirlər planı hazırlanıb, yeni yaşayış komplekslərinin təməli qoyulub, məcburi köçkünlərə mənzillər təqdim edilib və digər müvafiq addımlar atılıb. Sonrakı illərdə də bu proses davamlı xarakter daşıyıb. Bunlarla yanaşı, yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlillərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi də xüsusi qeyd edilməlidir. Bu, Mehriban xanım Əliyevanın dövlət idarəçiliyi sahəsində fəaliyyətinin milli maraqlara və çağdaş qlobal çağırışlara adekvat cavab verməklə yanaşı, humanizm və vətənpərvərlik prinsiplərinə də əsaslandığını göstərir.

 

Mehriban xanım Əliyevanın dövlətçilik maraqlarının qorunmasına və milli həmrəyliyin gücləndirilməsinə xidmət edən ictimai-siyasi fəaliyyətinin çox mühüm istiqamətlərindən birini qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. İnkaredilməz həqiqətdir ki, YAP ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm – tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb. Sıralarında Azərbaycan cəmiyyətinin, demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də, partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Ən əsası, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V Qurultayında YAP Sədrinin müavini, 2021-ci ilin mart ayının 5-də baş tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Əminliklə vurğulamaq olar ki, Mehriban xanım Əliyevanın fəaliyyəti bundan sonra da Ümummilli Liderimizin siyasi mirası olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.

 

Heydər Əliyev Fondu milli məqsədlərin və strateji hədəflərin gerçəkləşdirilməsində mühüm rol oynayır

 

Mehriban xanım Əliyevanın xalqımızın həmrəyliyinin gücləndirilməsinə və Azərbaycanın davamlı – dayanıqlı inkişafına xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən birini Heydər Əliyev Fonduna uğurla rəhbərlik etməsi təşkil edir. Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli fəaliyyəti, müxtəlif sahələri əhatə edən layihələrin reallaşdırılması, heç şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar nöqteyi-nəzərdən böyük önəm daşıyır. Bütövlükdə, 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

 

Ən əsası, Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılması və bu irsin xalqımızın mənəvi sərvəti kimi gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz yerinin və rolunun daha dərindən öyrənilməsi, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi aspektlərinin fundamental səviyyədə tədqiq olunması baxımından xüsusi önəm daşıyır. Təsadüfi deyil ki, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən, milli məfkurəmiz olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşən gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan dövlətinin sağlam düşüncəli vətəndaşları kimi ölkəmizin inkişafına mühüm töhfə verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edirlər.

 

Əlbəttə, Ulu Öndərimizin adını daşıyan, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti olduqca genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır. Ümumiləşdirsək, qeyd edə bilərik ki, Fond bir çox sahələrdə olduqca mühüm işlər görür. Bu kontekstdə konkret olaraq aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirləri sadalaya bilərik:

 

- Cəmiyyətin yaradıcı və elmi-intellektual potensialının artırılmasına maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi;

- Milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin tarixi ənənələr və milli dəyərlər əsasında tərbiyə olunması, vətənpərvərliyin təbliği istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi;

 

- Multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması;

- Vətəndaş cəmiyyəti quruculuğuna və milli həmrəyliyin gücləndirilməsinə davamlı dəstək verilməsi;

- Təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə infrastruktur quruculuğu istiqamətində ardıcıl addımlar atılması;

- Xeyirxahlıq, humanizm kimi ümumbəşəri və ali dəyərlərin təbliğinin həyata keçirilməsi və s.

 

Xüsusilə də, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, icra olunan proqramlar, qeyd etdiyimiz kimi, təhsil və səhiyyə sahəsində müasir infrastruktur quruculuğuna, bu istiqamətlərdə davamlı inkişafa ciddi dəstək xarakteri daşıyır. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların həyata keçirilməsi, yeni məktəb binalarının inşa olunması və yenidən qurulması, uşaq müəssisələrinin əsaslı şəkildə təmir edilməsi və digər addımlar cəmiyyətdə böyük minnətdarlıqla və bütövlükdə, ümummilli təqdirlə qarşılanır. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü olan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi unikal layihələr çərçivəsində görülən işlər, xeyriyyə aksiyalarının təşkil olunması sağlam ictimai gələcəyin inşasında vacib rol oynayır.

 

Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması informasiya müharibəsi və tarixi Zəfərimiz kontekstində

 

Mehriban xanım Əliyevanın fəaliyyətinin çox mühüm istiqamətlərindən birini Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması – ölkə həqiqətlərinin beynəlxalq səviyyədə sistemli təbliği təşkil edir. İnkaredilməz reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiya siyasəti Azərbaycanın tarixi Zəfər qazanmasını – ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını təmin edən çox mühüm amillərdən biridir. Bu kontekstdə dövlət başçısının qlobal məzmun daşıyan informasiya strategiyası çox mühüm faktordur. Daha dəqiq desək, bu strategiya çərçivəsində şaxələndirilmiş fəaliyyət Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunması, anti-Azərbaycan dairələrin qara piar kampaniyasının iflasa uğradılması, erməni yalanlarının ifşa olunması kimi strateji hədəfləri əhatə edir. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər də bu kontekstdə effektiv addımların atılması və real nəticələrin əldə olunması baxımından çox əhəmiyyətlidir.

 

Bəhs olunan yöndə sistemli fəaliyyətin əsas istiqamətlərindən biri Azərbaycanın haqq işi – milli mübarizəsi ilə əlaqədardır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təbliğat missiyası fonunda məqsədyönlü layihələr reallaşdırması xüsusi qeyd edilməlidir. Fond tərəfindən keçmiş münaqişə ilə əlaqədar müasir və təkmil internet resurslarının yaradılması, müxtəlif dillərdə “Qarabağ həqiqətləri” adlı bukletlərin hazırlanması, geniş auditoriyaya paylanması və digər addımlar dünya ictimaiyyətinə problemin səbəbləri haqqında kifayət qədər doğru – obyektiv məlumatın çatdırılmasına imkan verib. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin keçirilməsi, “Xocalı soyqırımı” filminin, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillərin, xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materialların təqdim olunması da sistemli təbliğat işlərinin tərkib hissəsi kimi xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə öz səmərəli nəticələri ilə Azərbaycan dövlətinin bəhs olunan istiqamətdə məqsədyönlü diplomatik fəaliyyətinə çox mühüm dəstək kimi böyük əhəmiyyətə malikdir. Bir sıra ölkələrin qanunverici orqanlarının – parlamentlərinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərarlar qəbul etməsində, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının müstəsna rolu vardır.

 

Yeni mərhələdə - postkonflikt dövründə də bu beynəlxalq əhəmiyyətli sistemli fəaliyyət uğurla davam etdirilir. Yeri gəlmişkən, Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Karabakh.Center" layihəsi də informasiya müharibəsində Azərbaycanın strateji mövqelərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu internet resursunun çoxsaylı materiallarının konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaratması qlobal müstəvidə mövcud reallıqlara obyektiv baxışın əhatə dairəsinin genişləndirilməsi üçün çox önəmlidir.

 

Bütövlükdə, erməni vandalizminin real faktlar əsasında dünyada ifşa olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası praqmatik və çoxvektorlu diplomatik fəaliyyətə informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə həyata keçirilən tədbirlər strateji xarakter daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai rəyin daim Azərbaycanın lehinə olması hədəfinə çatmağa real imkanlar - əlverişli zəmin və şərait yaradır.

 

Mədəniyyət diplomatiyası xalqımızın zəngin tarixi və mədəni irsinin geniş beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edən strateji faktor kimi

 

Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin təbliği, mənəvi irsimizin qorunması, Azərbaycanın zəngin tarixi və mədəni mirasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyəti dərin milli məzmun və qlobal xarakter daşıyır. 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, həmçinin 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edilməsi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir çox ölkədə xalqımızın milli-mənəvi dəyərlərinin, Azərbaycan xalqının zəngin mədəniyyət nümunələrinin tanıdılması ilə əlaqədar sərgilərin keçirilməsi kimi addımlar mədəniyyət diplomatiyasının tərkib hissəsi kimi olduqca böyük önəmə malikdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi olaraq Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi, Şərq və Qərb musiqisini - mədəni dəyərlərini nümayiş etdirən bu tədbir çərçivəsində məşhur ifaçılar və bəstəkarların bir araya gəlməsi, Fondun 2009-cu ildən etibarən bir sıra dövlət qurumları ilə birgə Respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı təşkil etməsi və digər mühüm tədbirlər Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, mənəvi sərvətlərimizin, ölkəmizdəki yaradıcılıq, tolerantlıq və multikulturalizm mühitinin geniş beynəlxalq platformada təbliğ olunması işinə misilsiz töhfədir.

 

Bunlarla yanaşı, ölkəmizin müsbət və mütərəqqi simasının tanıdılmasında, zəngin mədəniyyətimizin təbliğində UNESCO platformasından geniş istifadə olunması da təqdirəlayiq hal kimi olduqca faydalıdır. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Özəlliklə diqqətə çatdırmaq gərəkdir ki, Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsində bu zamana qədər İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Həmçinin Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib. Eyni zamanda, mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilərin, mədəniyyət gecələrinin və digər tədbirlərin təşkili, eləcə də Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələrinin ucaldılması Azərbaycan reallıqlarının təbliği kontekstində çox əhəmiyyətlidir.

 

Mədəniyyət diplomatiyası çərçivəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər – görülən işlər Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyalarası dialoqun inkişafına stimul – impuls verməsini də şərtləndirir, ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin inkişafına müsbət təsir göstərir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir sıra ölkələrdə dini-mədəni abidələrin bərpası kimi addımlar, “Bakı prosesi”nin uğurla davam etdirilməsi və digər faktorlar Azərbaycanın multikultural dəyərlərə həssas münasibətinin və yüksək hörmətinin, xalqlararası əməkdaşlığın dərinləşdirilməsinə davamlı dəstəyinin bariz nümunəsi kimi olduqca diqqətəlayiqdir.

Bunlarla yanaşı, xalqımızın sarsılmaz həmrəyliyinin, qətiyyətli mübarizə əzminin ifadəsi və dövlətimizin qüdrətinin rəmzi olan “Dəmir yumruğun” düşmənin başını əzməsi – belini qırması nəticəsində qazanılan tarixi Zəfərdən sonra yeni mərhələdə də mədəniyyət diplomatiyası uğurla davam etdirilir. Bu, xüsusilə Azərbaycan xalqının maddi irsinə, tarixi-mədəni abidələrinə qarşı həyata keçirilmiş terror fəaliyyətinin - erməni vandalizminin ifşası və faktların beynəlxalq aləmə təqdim olunması üçün vacibdir.

 

Yeri gəlmişkən, Azərbaycanın böyük Qələbəsindən sonra 12-13 may 2021-ci il tarixində Şuşanın Cıdır düzündə Prezident İlham Əliyevin təşəbbüsü və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi xüsusi tarixi, siyasi, ictimai və mədəni əhəmiyyətə malikdir. “Xarıbülbül” festivalı Azərbaycanın zəngin tarixi-mədəni ənənələrini bir daha dünyaya nümayiş etdirməklə yanaşı, xalqımızın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyini, ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub olan insanların vahid ailə kimi sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malik olduğunu növbəti dəfə təsdiqlədi. Təbii ki, Azərbaycanın mədəniyyət paytaxtı və Qarabağın tacı Şuşanın işğaldan azad olunmasından sonra ilk dəfə keçirilən “Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların yaradıcılıq nümunələrinin nümayiş etdirilməsi həm də musiqinin dili ilə verilən dərin və konkret ictimai-siyasi mesaj kimi böyük rəmzi məna daşıyır. Bu, hər şeydən əvvəl, Vətən müharibəsində qələbəmizi təmin edən çox mühüm amillərdən biri olan ictimai həmrəyliyin – milli birliyin bariz nümunəsi - əyani ifadəsidir.

 

Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfə

 

Sadalananlarla yanaşı, Mehriban xanım Əliyevanın Azərbaycan reallıqlarının sistemli təbliğinə və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən məqsədyönlü fəaliyyətindən bəhs edərkən onun böyük təşkilatçılıq bacarığı sayəsində respublikamızın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsini xüsusi vurğulamaq gərəkdir. Sirr deyil ki, sabitlik adası və təhlükəsizlik məkanı kimi tanınan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi olaraq səciyyələndirilir. Bunu təsdiq edən mühüm amillərdən biri respublikamızda mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsidir. Bu barədə bir neçə fakta nəzər yetirmək məqsədəmüvafiq olar.

 

Avropanın “musiqi bayramı” kimi səciyyələndirilən nüfuzlu “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda ən yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyada tanıdılması işində xüsusi rol oynayıb. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda baş tutan ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. Sözügedən oyunların möhtəşəm açılış və bağlanış mərasimləri unikal – bənzərsiz nümunə kimi beynəlxalq səviyyədə heyrətlə və rəğbətlə qarşılanıb. Bu, həmçinin Azərbaycan dövlətinin potensialını, gücünü, xalqımızın mənəvi dəyərlərini və ali keyfiyyətlərini bütün dünyaya nümayiş etdirib. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərib, nəticə etibarilə, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi edib. Bu, həm də mədəniyyətlərarası dialoqun inkişafında və təşviqində vacib rol oynayan Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə daha bir töhfəsi olub.

 

Beləliklə, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən bəhs olunan və digər mötəbər tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təkan verib. Ümumiyyətlə, Azərbaycanın prestijli beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməsi bir çox cəhətdən strateji önəm daşıyır. Ən əsası, bu, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da güclənməsi, Azərbaycanın imkanlarının geniş qlobal ictimaiyyətə təqdim olunması – milli reallıqların təbliği baxımından çox əhəmiyyətlidir.

 

Coğrafi sərhədləri aşan çoxşaxəli və xoşməramlı fəaliyyət beynəlxalq arenada – geniş qlobal platformada olduqca yüksək qiymətləndirilir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli, ali məqsədlərə və ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada – geniş qlobal platformada da olduqca yüksək qiymətləndirilir. Bu isə təsadüfi deyil, çünki Mehriban Əliyevanın həyat kredosunu təşkil edən prinsiplərin ehtiva olunduğu genişmiqyaslı fəaliyyəti xeyirxahlığın və humanizmin nümunəsi olmaqla yanaşı, xalqlar arasında ortaq dəyərlər əsasında inteqrasiyanın sürətləndirilməsinə, mədəniyyətlərarası paritet və ahəngdar dialoqun inkişafına xidmət göstərir. Təsadüfi deyil ki, müxtəlif dövlətlərin rəsmiləri, dünya miqyasında nüfuzlu siyasətçilər, populyar ictimaiyyət və mədəniyyət xadimləri, alimlər, tədqiqatçılar Mehriban xanım Əliyevanın ayrı-ayrı sahələrin inkişafına mühüm töhfələr verən xoşməramlı fəaliyyətini təqdir edən olduqca dəyərli fikirlər ifadə edirlər. Bu isə respublikamızın Birinci vitse-prezidentinin, Heydər Əliyev Fondunun prezidentinin, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin yüksək ideallara əsaslanan, mütərəqqi ideyaları və çağırışları özündə ehtiva edən, bəşəriyyətin təmənna və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin hər hansı inzibati-coğrafi sərhədlərlə məhdudlaşmadığını, məzmun və mahiyyət etibarilə bəşəri əhəmiyyət və beynəlmiləl xarakter daşıdığını bir daha təsdiqləyir.

 

Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın miqyas etibarilə geniş və əhatəli, mahiyyətcə dərin və faydalı strateji, xoşməramlı fəaliyyəti nəticəsində çoxlu sayda nüfuzlu mükafatlara layiq görülməsi təsadüfi deyil. Təbii ki, milli və beynəlxalq səviyyədə elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafına verdiyi töhfələrə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə bir çox beynəlxalq mükafata layiq görülməsi Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən yüksək dəyərin – obyektiv qiymətin ifadəsidir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeninə layiq görülməsi, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı və digər mükafatlarla təltif olunması Mehriban xanım Əliyevanın nümunəvi - fenomenal fəaliyyəti ilə fərqləndiyini və yüksək beynəlxalq nüfuza malik olduğunu göstərən mühüm faktorlardandır. Bu, eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində güclü dövlət, müstəqil siyasət həyata keçirən nüfuzlu respublika kimi tanınan Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə müstəsna töhfədir.

 

Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın ona olan dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadıdır

 

Əlbəttə, çoxsaylı orden və medallarla təltif olunan, fəxri adlara layiq görülən Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqın ona olan dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadıdır. Bu isə nüfuzlu siyasətçi və populyar ictimai persona üçün, sözün əsl mənasında, böyük üstünlük və mənəvi sərvətdir.

 

Yeri gəlmişkən, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”, - deyə bildirməklə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bəyan etmişdi. Ötən zaman müddəti bu vədin əməli surətdə özünü doğrultduğunu göstərdi. Daha dəqiq desək, Mehriban xanım Əliyeva öz nümunəvi fəaliyyəti ilə dövlət başçısının, ona inamını ifadə edən, böyük ümidlər bəsləyən insanların etimadını ən yüksək səviyyədə doğrultmağı bacarıb!

Nəticə etibarilə, müxtəlif statuslarda çoxşaxəli və genişmiqyaslı səmərəli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə mühüm nailiyyətlərə imza atan, xalqımızın və dünya miqyasında geniş ictimaiyyətin böyük rəğbətini qazanan Mehriban xanım Əliyevanın həyat yolu parlaq nümunədir. Ülvi məqsədləri, ali dəyərləri özündə ehtiva edən, müsbət reallıqları əks etdirən bu fəaliyyət, eyni zamanda, Azərbaycanın gələcəyinə işıq salır, bundan sonra da milli və qlobal məzmunlu işlərin böyük əzmlə və qətiyyətlə davam etdirilməsinə geniş imkanlar yaradır. Əminliklə söyləmək olar ki, Mehriban xanım Əliyeva qarşıdakı dövrdə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi yerli və beynəlxalq ictimaiyyət tərəfindən təqdirlə qarşılanan fəaliyyətini uğurla davam etdirəcək, ölkəmizin strateji hədəflərinin reallaşdırılmasına öz misilsiz töhfəsini verəcək!

 

Tahir Budaqov

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri

 

2021-08-26 14:01:00
1402 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

25 yanvar 2022-ci il saat 14:00-da İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib:   “ Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,  müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarovanın anadan olmasının 100 illik yubileyinə toplaşmışıq. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar.  Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı - 100 yaşını bu gün qeyd edən Fatma xanım Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fatma xanımı “İstiqlal” ordeni ilə təltif etməsi buna nümunədir. Bu, həm də veteranlara, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən qiymətdir və biz buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk”. Daha sonra polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın Fatma Səttarovaya ünvanlanan təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Cəlil Xəlilovun çıxışından sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında  çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub. Bundan sonra söz Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya verilib. Elmira Süleymanova çıxışında Fatma Səttarovanın timsalında Azərbaycan insanının faşizmə qarşı mübarizəsinə diqqət çəkib.  Fatma Səttarovanın həyat yolunun hər bir gəncə nümunə olduğunu bildirən Elmira Süleymanova, təşkilat sədrinə uzun və  sağlam həyat arzulayıb. “Siz bütün həyatınızı insanlığa həsr etmisiniz”   Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib:   “Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”.   Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.   Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Fatma Səttarovaya nazir Kəmaləddin Heydərovun təbrikini çatdırıb, xoş arzularını bildirib. Azərbaycan Respublikasının Müdafə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin şöbə rəisi polkovnik Habil Talıbov çıxışında Fatma Səttarovanı yubiley münasibəti ilə təbrik edib, onun Azərbaycan gəncliyinə bundan sonra da örnək olacağını bildirib. Rossotrudniçestva Agentliyinin Azərbaycandakı rəhbəri Zinnurov İrek Xaydaroviç Fatma Səttarovanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.   Sumqayıt VT-nın sədri Sovet Şükürov çıxışında Fatma Səttarovanı həm Sumqayıt veteranları, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından təbrik edib, Fatma xanımı icra başçısı adından Sumqayıta dəvət edib.   Daha sonra çıxış edən prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev Fatma Səttarovanı prokurorluq əməkdaşları adından təbrik edib. O, qeyd edib ki, Fatma Səttarovanın həyat yolu əsrlər sonra da gənclər və yeniyetmələr üçün böyük məktəb, böyük örnək olaraq qalacaqdır.   Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Rövşən Qaracayev Fatma Səttarovaya xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb, Fatma xanımın həyat yolundan məmnunluqla bəhs edib.   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev yubileyarı nazir Sahil Babayevin adından təbrik edib, Fatma xanımı gənclər üçün örnək adlandırıb. “Bir əsrin qəhrəmanı”   Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxışında Fatma Səttarovanı bir əsrin qəhrəmanı adlandırıb. O, qeyd edib ki, həm dövlət başçısı, həm də I vitse-prezident Mehriban xanımın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. Səmyar Abdullayev Fatma Səttarovaya dövlətin verdiyi bu yüksək dəyəri ümumilikdə veteranlara verilən dəyər kimi xarakterizə edib.   Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov yubileyara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini çatdırıb. Fatma Səttarova və silahdaşlarının XX əsrdə faşizmə qalib gəldiyini vurğulayan Elmin İmanov qeyd edib ki, XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxazov Fatma Səttarovanı Konfederasiya sədri Səttar Möhbalıyev adından təbrik edib.   Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin şöbə müdiri Əli Məmmədov Fatma Səttarovanı nazir Fərid Qayıbov və nazirliyin kolektivi adından təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva çıxışında Fatma Səttarovanı Bakı şəhər veteranları adından təbrik edib, xoş arzularını çatdırıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı Rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov yubileyarı təbrik edib, Fatma Səttarovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb. Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.   Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti          

Hamısını oxu
Cəlilabadda 20 Yanvar faciəsinə həsr olunmuç tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 1990- cı il 20 Yanvar hadisərinin 35 illiyi ilə bağlı tədbir keçirib. Tədbirdə ölkəmizin müstəqilliyi uğrunda canlarını  qurban  vermiş  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri,  yazıçı-publisist  Ədalət Salman tədbiri giriş sözü ilə  açaraq Sovet imperiyasının 1990-cı il Yanvarın 19-dan 20- nə keçən gecə və növbəti günlərdə  Azərbaycanda əliyalın insanlara qarşı törətdiyi  vəhşiliklərdən danışıb,  Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət vrrilməsini xüsusi vurğulayıb. ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,  Milli Cəbhə Partiyasının rayon təşkilatının sədri Nadir Şükürov, “Qarabağ Qaziləri” İctimai Birliyi Cəlilabad filialının rəhbəri Maşallah Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Gülbala Teymur, İman Abdulla, Əlövsət Tahirli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov, müharinə veteranı Qurban Əhməd, veteran müəllim Əsəd Əliyev və başqaları çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın milli-azadlıq hərəkatında və qan yaddaşımızda dərin iz buraxdığını qeyd ediblər, ölkəmizin suverenliyi yolunda  qurban getmiş şəhidlərimizin  unudulmaz xatirəsinin həmişə böyük ehtiramla yad olunacağını bildiriblər.  

Hamısını oxu
Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib.   Tədbirdə kitabın müəllifi Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova,Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,Şəmkir Regional Mədəniyyət İdarəsinin rəyisi Zöhrab Adıgözəlov, Tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq,Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər. Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etdi ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm".   Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.   Ardınca kitabın təqdimatı üçün söz Əkbər Qoşalıya verilib. O çıxışında bunları deyib: "Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir". Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub .Eyni zamanda Gədəbəy rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən qonağa həfiyyələr təqdim edildi.   Şəmkir Regional Mədəniyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, 44 günlük mübarizəmizdə biz birliyimizlə qalib gəldik : "Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir, eyni zamanda türk qardaşlığının,türk dostluğunun bariz nümunəsidir.Və bu görüş Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafına təkan verən əlamatdar hadisədir. Bir daha xoş gəlmisiniz deyir və sizlərə Regional Mədəniyyət İdarəsi adınnan təşəkkürümü bildirirəm.   Sonra Akademik Valeh Cəfərov,Tİbb Universitesinin dosenti Rəşid Mahmudov,tanınmış şair Elsen Əzim,Aşıq məktəbinin direktoru Etibar Əliyev,Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,İ ncəsənət Univeristetinin müəllimi Nemət Qasımlı və digər qonaqlar mövzu ətrafında çıxış etdilər. 44 gün kitabının müəllifi Özbəkistanlı qonaq Xasiyyət Rüstəm cıxış etdi.,yüksək qonaqpərvərliydən dolayı hər kəsə təşəkkürünü bildirdi,və qeyd etdiki 44 günlük haqq savaşı sizlərin vətən sevgisinin dünyada yeganə nümunəsidir.   Tədbirin təşkilatçısı Dünya Gənc Türk Yazarlar birliyininn başqanı İntiqam Yaşar çıxışı zamanı bu günün cox əlamətdar gün olduğunu vurğuladı,Özbəkistanda Xasiyyət xanımın ayağı dəyən hər yerdə Azərbaycan gördüm,və yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı və kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi. Yekun olaraq RİH başçısı İbrahim Mustafayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur!

    Tarix bəzən bir kitab olur – illərlə yazılır, bəzən isə bir an olur – əsrlər boyu unudulmur. Azərbaycan tarixində 8 Noyabr – Zəfər Günüdə məhz belə bir gündür. Bu gün təkcə hərbi zəfərin deyil, həm də bir xalqın birlik və iradə ilə ayağa qalxaraq öz haqqını bərpa etdiyi gündür. Bu zəfərin arxasında qanı ilə torpağı sulayan, canı ilə tarix yazan şəhidlərimizin müqəddəs izi var. Onlar bu torpağın azadlığı uğrunda ölümsüzlüyə qovuşan igidlərdir. Bu gün biz onların qəhrəmanlığı qarşısında baş əyirik, qürur və minnətlə xatırlayırıq. Xüsusilə də oktyabr ayında doğulmuş şəhidlərimizi ehtiramla anırıq. Onların doğum günləri bu torpaqda yeni həyatın, dirçəlişin rəmzinə çevrilib. Onlar bu dünyadan getsələr də, qəlblərimizdə daim yaşayır, hər doğum günlərində bir xalqın başı dik, ürəyi dolu olur. Respublika Veteranlar Təşkilatı olaraq bir daha sübut edirik ki, əsl döyüşçü silahdaşını heç zaman unutmur. Qəlbi hələ də səngər xatirələri ilə döyünən veteranlarımız üçün şəhidlər sadəcə keçmişin yox, həm də gələcəyin ilham mənbəyidir. Onlar bir zamanlar eyni bayrağın altında çiyin-çiyinə döyüşdükləri qardaşlarının ruhunu daim yaşadır, onların əmanətinə sahiblənirlər. Onların hər biri Azərbaycanın qəhrəmanlıq salnaməsinə öz adını qızıl hərflərlə yazdırıb. Ruhları qarşısında baş əyir, ailələrinə səbir, xalqımıza isə daim sülh və əmin-amanlıq arzu edirik. Unutmayaq: şəhidlər ölməz, Vətən bölünməz!     Həsən Abdullayev 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Abdullayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.   Vaqif Abdullayev 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub. Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Abdullayev noyabrın 6-da Laçın döyüşləri zamanı şəhid olub. Ağsu rayonunda dəfn olunub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   MAHHXHQ əsgər Dəmirli Elşən Gündüz oğlu 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Dəmirli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.   Leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu oktyabrın 15-i 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhər 2 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2011-2014-cü illərdə hərb sənətinə yiyələnmək üçün Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirərək leytenant rütbəsinə yüksəlib və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində xidmətə başlayıb. Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 44 gün müharibədə qanı-canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Xüsusi Təyinatlı Qoşunların zabiti olan Ceyhun Dünyamalıyev 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə ayağından aldığı qəlpə yarası səbəbilə qan itkisindən şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız anadan olduğu Culfa şəhərində dəfn edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il oktyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilinə Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə başlayıb. 2019-cu il oktyabrın 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olanda atası dünyasını dəyişib. Rüfət Əhmədzadə 2021-ci il sentyabrın 29-da Tərtər - Ağdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Oktyabrın 1-də Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.     Gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb. M.Ələkbərovun ilk xidmət yeri olan Lənkərandakı “N” saylı hərbi hissədə qüsursuz xidmətlərinə görə seçilib. 2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ildən xidmət yeri Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu. Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cəbrayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda uğurlu əməliyyatlarda iştirak edib. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb. Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində qəhrəmanlıq göstərib. 21 oktyabr 2020-ci ildə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hücumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub. 22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib. Vətənə əmanət iki övladı qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.     Əsgər Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çataq kəndində anadan olub. 2003–2014-cü illərdə X.Cəfərov adına Çataq kənd tam orta məktəbində, 2014-2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Eltac 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyulunda Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb. Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac xalqının Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sərrast pulemyotçu olan Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhid olub. Şəhidimiz Tovuz rayonunun Çataq kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltac Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq qısa müddət ərzində ön cəbhəyə yollanır. O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn ötən il noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.     Gizir Həsənov Səddam Aydın oğlu 15 oktyabr 1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olub. 1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə daxil olub və 2010-cu ildə həmin məktəbi bitirib. 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi ilə fərqlənib. Hərbiyə olan marağı onu 2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmasına gətirib çıxarır. Həmin kursu müvəffəqiyyətlə bitirən S.Həsənov Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Taborun qrup komandirinin müavini vəzifəsində təyin olunub. Şəhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fərqlənib. Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak edib, Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərib. Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsinin azad olunmasında və Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Həmçinin Cəbrayıl və Qubadlı şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərib və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırıb. Döyüşlərdə fərqlənən S.Həsənov oktyabrın 17-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Səddam ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.   Əsgər Hüseynli Əkbər Azər oğlu 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Lakin Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb. Əkbər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan Vətən müharibəsinin ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib. 27-29 sentyabr tarixlərində döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.     MAHHXHQ əsgər Novruzlu Pərviz Qorxmaz oğlu 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunub. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olub. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.     Əsgər Osmanov Əyyub Azər oğlu 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbdə təhsil alıb. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanıb. 2018-ci il iyul ayında ordudan təxris olunub. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Sentyabrın 29-da Vətənin müdafiəsinə yollanıb. Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidin nəşi 16 dekabrda ailəsinə təhvil verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.       MAHHXHQ əsgər Sarıyev Xəzri Elnur oğlu 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. 2018-ci ildə Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edib. Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyir. Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib. Qəhrəmanımız sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra “Vətən uğrunda”, “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.       MAHHXHQ əsgər Vəlixanov Rövşən Aydın oğlu 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001-2012-ci illərdə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Vəlixanov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.       Rauf Süleymanov 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. 1994-2005-ci illərdə Abasallı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Rauf Süleymanov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2007-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Rauf Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Süleymanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunun Abasallı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhid Rauf Süleymanova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir     İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.         Nizami Aydəmirov oktyabrın 5-də Füzuli rayonu Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Aydəmirov Nizami ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda medalları ilə təltif edilib. ”   Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1996-cı ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan Vətən müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən ölümündən sonra «Vətən uğrunda», “Şuşanın azad olunması uğrunda”, “3-cü dərəcəli Vətənə xidmətə görə”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.   Tural Dəmirçiyev 1992-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Rixard Zorge adına 90 saylı orta məktəbin 1-ci sinifinə qədəm qoymuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə «Azərbaycan Dövlət Pedaqoji Universitetinin» «Menecment» fakültəsinə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Tərtər rayonu «N2 saylı hərbi hissədə xidmət etmişdir. Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirmiş 2015-ci ildə tərxis olunmuşdur. Daha sonra 2017-ci ildə «SOCAR»-ın «Təhlükəsizlik idarəsinin» mühafizəçisi vəzifəsində çalışmağa başlamışdır. Tural sentyabrın 21-də könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən biri idi. 2-ci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti və mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. 5 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev qəlpə yarası alaraq Şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra Azərbaycan Respublikası Ali Baş Komandanı İlham Əliyevin Fərmanına əsasən «Vətən uğrunda» «Füzulinin azad olunması uğrunda» medalları ilə təltif olunmuşdur.   Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub.Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.   Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. C.Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbdə təhsil almışdır. Ceyhun Hüseynov 2009-cu ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Top komandiri olaraq xidmət etmişdir. 2016-cı ilin aprel ayında Cəbrayıl-Füzuli və Tərtər rayonu istiqamətində baş verən Aprel döyüşlərində Ceyhun Hüseynov iştirak etmişdir. O, təkbaşına 4 topdan 27 atəş açaraq Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini və artilleriya divizionunu müdafiə etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur.   Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.   Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edildi.   Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Suqovuşanın azad olunmasına" medalı ilə təltif edildi.   Əsgər Əzimov Saatmirzə Feyruz oğlu 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olub. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil alıb. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçib. Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib, döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından iştirak edərək fərqlənib. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov sentyabr ayında hərbi xidmətə çağırılıb. Əsgər Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.   İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur.Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   Müşfiq İsmayılzadə 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən  Müşfiq İsmayılzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.   Baş leytenant Gülüşov Tərlan Salman oğlu 16 oktyabr 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.   Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və  Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu