Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

25 yanvar 2022-ci il saat 14:00-da İkinci Dünya müharibəsi veteranı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilən tədbir keçirilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəllilov Fatma Səttarovanın 100 illik yubileyinə həsr edilmiş tədbiri giriş sözü ilə açıq elan edib, Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətinə diqqət çəkib:

 

“ Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri,  müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma xanım Səttarovanın anadan olmasının 100 illik yubileyinə toplaşmışıq. Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında günlərlə, hətta aylarla danışmaq olar.  Gəncliyini faşizmə qarşı ağır döyüş cəbhələrində keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranı - 100 yaşını bu gün qeyd edən Fatma xanım Səttarova məhz müharibənin canlı örnəyi, həmin dövrün qaynar xatirələri ilə bir növ qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı və sevgi ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan ictimaiyyəti və xalqı tanıyır. O, bir ziyalı kimi bu gün də ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fatma xanımı “İstiqlal” ordeni ilə təltif etməsi buna nümunədir. Bu, həm də veteranlara, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətinə verilən qiymətdir və biz buna görə dövlət başçısına öz təşəkkürümüzü bildiririk”.

Daha sonra polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın Fatma Səttarovaya ünvanlanan təbrik məktublarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Cəlil Xəlilovun çıxışından sonra Azərbaycan Televiziyasının Fatma xanım Səttarova haqqında  çəkdiyi “Həyat yolu” filmi nümayiş olunub.

Bundan sonra söz Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya verilib. Elmira Süleymanova çıxışında Fatma Səttarovanın timsalında Azərbaycan insanının faşizmə qarşı mübarizəsinə diqqət çəkib.  Fatma Səttarovanın həyat yolunun hər bir gəncə nümunə olduğunu bildirən Elmira Süleymanova, təşkilat sədrinə uzun və  sağlam həyat arzulayıb.

“Siz bütün həyatınızı insanlığa həsr etmisiniz”

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Fatma Səttarovanın həyatını bütövlükdə insanlığa, insanlığın rifahına həsr edilən ömür yolu kimi dəyərləndirib:

 

“Hörmətli Fatma xanım. Mənim üçün şərəfdir ki, mən bütün həyatını insanlığa, dövlətə, dövlətçiliyə həsr edən sizin kimi bir ananın qarşısında çıxış edirəm. Siz öz cəsarətiniz, vətənə olan sevginiz, fədakarlğınızla hər bir gəncə örnəksiniz. Xalq sizi sevir. Bu məhəbbəti siz özünüz öz əməllərinizlə, zəhmətinizlə qazanmısınız. Sizin qarşınızda baş əyir, ad gününüzü təbrik edir, ən xoş arzularımı çatdırıram”.

 

Sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Fövqəladə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanov çıxışında Fatma Səttarovaya nazir Kəmaləddin Heydərovun təbrikini çatdırıb, xoş arzularını bildirib.

Azərbaycan Respublikasının Müdafə Nazirliyinin İdeoloji iş və mənəvi-psixoloji təminat idarəsinin şöbə rəisi polkovnik Habil Talıbov çıxışında Fatma Səttarovanı yubiley münasibəti ilə təbrik edib, onun Azərbaycan gəncliyinə bundan sonra da örnək olacağını bildirib.

Rossotrudniçestva Agentliyinin Azərbaycandakı rəhbəri Zinnurov İrek Xaydaroviç Fatma Səttarovanı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

 

Sumqayıt VT-nın sədri Sovet Şükürov çıxışında Fatma Səttarovanı həm Sumqayıt veteranları, həm də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov adından təbrik edib, Fatma xanımı icra başçısı adından Sumqayıta dəvət edib.

 

Daha sonra çıxış edən prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev Fatma Səttarovanı prokurorluq əməkdaşları adından təbrik edib. O, qeyd edib ki, Fatma Səttarovanın həyat yolu əsrlər sonra da gənclər və yeniyetmələr üçün böyük məktəb, böyük örnək olaraq qalacaqdır.

 

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi polkovnik Rövşən Qaracayev Fatma Səttarovaya xidmət rəisi general-polkovnik Arzu Rəhimovun təbrikini çatdırıb, Fatma xanımın həyat yolundan məmnunluqla bəhs edib.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev yubileyarı nazir Sahil Babayevin adından təbrik edib, Fatma xanımı gənclər üçün örnək adlandırıb.

“Bir əsrin qəhrəmanı”

 

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxışında Fatma Səttarovanı bir əsrin qəhrəmanı adlandırıb. O, qeyd edib ki, həm dövlət başçısı, həm də I vitse-prezident Mehriban xanımın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. Səmyar Abdullayev Fatma Səttarovaya dövlətin verdiyi bu yüksək dəyəri ümumilikdə veteranlara verilən dəyər kimi xarakterizə edib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov yubileyara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təbrikini çatdırıb. Fatma Səttarova və silahdaşlarının XX əsrdə faşizmə qalib gəldiyini vurğulayan Elmin İmanov qeyd edib ki, XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxazov Fatma Səttarovanı Konfederasiya sədri Səttar Möhbalıyev adından təbrik edib.

 

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin şöbə müdiri Əli Məmmədov Fatma Səttarovanı nazir Fərid Qayıbov və nazirliyin kolektivi adından təbrik edib, ona uzun ömür, cansağlığı arzulayıb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəsimi Rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva çıxışında Fatma Səttarovanı Bakı şəhər veteranları adından təbrik edib, xoş arzularını çatdırıb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı Rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov yubileyarı təbrik edib, Fatma Səttarovaya Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin təbriklərini çatdırıb.

Fatma Səttarovanın nəvəsi Vasif Bayramov yubileyara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

 

Sonda çıxış edən Fatma Səttarova tədbir iştirakçılarına təşəkkür edib, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan dövlətinə, Azərbaycan xalqına əsgər kimi xidmət edəcəyini bildirib.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib. 

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

         

2022-01-25 17:15:00
2274 baxış

Digər xəbərlər

“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”

“21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar Forumun əhəmiyyətini göstərir: “Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi. Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”. Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib: “Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu. Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. Forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir. Hesab edirəm ki, Forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu
“Məmurlar həssas kateqoriyadan olan vətəndaşların yanında olmalıdır”

Arzu Nağıyev: “Bu, dövlət başçısının onların qarşısında qoyduğu əsas tapşırıqlardan biridir”  “Şəhid ailələrinin, qazilərin sosial problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır”  Dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluq probleminin həllinə diqqət çəkib, dövlət qurumlarının işə qəbul zamanı ilk öncə bu cür şəxslərə üstünlük verməsinin vacibliyini vurğulayıb. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev dövlət başçısının həssas kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məmurlar, o cümlədən icra başçıları qarşısında konkret vəzifələr qoyduğunu, hər kəsin bu vəzifələrin icrasına mühüm diqqət yetirməsinin vacibliyini qeyd edib: “Dövlət başçısı yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən onlara vətəndaşlarla, xüsusilə də həssas təbəqənin nümayəndələri ilə geniş təmas qurmağı tapşırdı. Birmənalı şəkildə müharibə iştirakçılarının, qazilərin, şəhid ailələrinin yanında olmağın vacibliyini vurğuladı. Cənab prezident bu açıqlaması bir daha göstərdi ki, icra başçılarının, məmurların həssas təbəqənin nümayəndələri ilə davamlı ünsiyyət halında olması, onların qayğıları ilə maraqlanması, onlara yardım göstərməsi dövlət başçısı səviyyəsində qarşıya qoyulan bir vəzifədir. Prezidentimizin açıqlamasında dövlətimizin Vətən müharibəsi qazilərinə olan diqqət və qayğısı öz əksini tapmaqdadır.   44 günlük müharibənin qələbə ilə başa çatmasında qazilərimizin rolu danılmazdır. Eyni zamanda, qələbənin əsas meyarı Ali  Baş Komandan, onun qətiyyəti, Azərbaycan xalqının fədakarlığı, ordumuzun rəşadəti, insanlarımızın vəhdətidir. Biz şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbəni əldə etmişik. Biz bütün bunların sayəsində illərlə arzusunda olduğumuz ərazi bütövlüyümüzə nail olmuşuq. Buna görə də məmurların şəhid ailələri, müharibə əlilləri, qazilərlə mütəmadi təmas qurması, onlara qayğı göstərməsi vacibdir. Qürurvericidir ki, bu istiqamətdə ciddi işlər aparılır. Icra hakimiyyətində bu kateqoriyadan olan vətəndaşlarımızla iş üzrə müvafiq şöbələrin yaradılması, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi və s. kimi çoxsaylı addımlar buna nümunədir. Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də olduqca böyükdür. Şəhid ailələrinin, qazilərin sosial məsələlərlə bağlı problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır. Düşünürəm ki, dünənki videomartdakı qəbulda səsləndirilən fikirlər dövlətimizin həssas təbəqədən olan vətəndaşlarımıza nə qədər böyük önəm verdiyini göstərir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki müvafiq strukturları icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Hər bir qurum öz səlahiyyətləri və imkanları çərçivəsində həssas kateqoriyadan olan vətəndaşlarımızın yanında olmalıdır. Dünən yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən dövlət başçısının verdiyi əsas tapşırıqlar da bundan ibarət idi”. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Lourens Fink rəhbərlik etdiyi şirkət barədə Prezident İlham Əliyevə məlumat verdi. O, hazırda 30-dan çox ölkədə 70-dən artıq ofisi olan “Black Rock” şirkətinin 6,3 milyard ABŞ dolları investisiya portfeli ilə dünyanın ən böyük investisiya şirkəti olduğunu bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafının, bu sahədə həyata keçirilən islahatların maraqla izlənildiyini deyən Lourens Fink ümidvar olduğunu bildirdi ki, yaxın illərdə Azərbaycan Respublikası “Black Rock” şirkətinin təkcə investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcək. Lourens Fink yaxın zamanlarda Azərbaycana səfər edəcəyini və ölkəmizin investisiya imkanları ilə bir daha tanış olacağını məmnunluqla bildirdi. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə “Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı son illər ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən səmərəli islahatlardan danışdı. Prezident İlham Əliyev Azərbaycanın liderliyi və təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Ələt azad ticarət zonası layihələrindən danışdı, bu layihələrin investisiya qoyuluşu üçün çox səmərəli olduğunu bildirdi.

Hamısını oxu
TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu