Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur

Dövlət Bayrağı Günü münasibətilə Səbail rayonunun idarə və təşkilatlarında, o cümlədən orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, Resppublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, veterankar, gənclər, ictimaiyyət nümayəndələri, rayondaki hərbi hissələrin şəxsi heyəti iştirak edirlər. RİH-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Bayrağı Gününə həsr olunmuş növbəti “Bayrağımız – and yerimizdir” adlı ədəbi-bədii tədbir rayonun Bayıl yaşayış sahəsində yerləşən 91 saylı orta məktəbdə təşkil olunub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə başlanıb. Sonra məktəbin direktoru Svetlana Zülfüqarova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Qeyd olunub ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mübarizələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. “Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur”,- Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov qeyd edib ki, onu uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Məhz ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın bayrağı kimi qəbul edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirdə çıxış edənlər də bildiriblər ki, babalarımız milli və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə ediblər. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Tədbirdə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi kompozisiyalar nümayiş etdirilib.

2017-11-09 00:00:00
3793 baxış

Digər xəbərlər

Prezident AÇIQLADI: Füzulidən Şuşaya YOL ÇƏKİLİR

"Biz artıq quruculuq işlərinə başlayırıq. Qarabağın tacı olan Şuşa şəhərinə aparacaq Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu yolun xüsusi əhəmiyyəti var. Çünki işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən ilk layihədir". Publika.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev "Twitter" səhifəsində yazıb. Ölkə başçısı bildirib ki, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir: "Hər şeyi dağıdıb, mədəni, tarixi, dini irsimizi silmək istəsələr də, buna nail ola bilməyiblər. Bütün dünya erməni vəhşiliyini görməli və səssiz qalmamalıdır. Dəymiş ziyan hesablandıqdan sonra şəhərsalma üzrə yerli və xarici mütəxəssisləri dəvət edəcək, yeni şəhərsalma planı quracağıq. Necə ki, torpaqlarımızı qaytardıq, üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.    

Hamısını oxu
Ağdamda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

17 aprel 2023-cü il tarixdə Agdam rayon Qərvənd kəndi Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Ağdam rayonu Abdal-Gülablı kəndindən olan şəhidimiz Hüseynov Fizuli Əhəd oğlu, Ucar rayonundan olan, Ağdam rayonu Qərvənd kəndi ugrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Ələkbərov Məhəmməd Mehti oğlunun və itkin düşmüş 11 hərbi qulluqçumuzun ildönümü  Ağdam rayonu Veteranlar Təşkilatı tərəfindən keçirilən tədbirdə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid valideyinləri, qazilər,veteranlar, icra nümayəndələri, bələdiyyə sədrləri, Ağdam rayon orta məktəb müəllim və şagirdlər, Ucar rayonundan dəvət olunmuş müəllim və şagirdlər iştirak ediblər. Tədbir Ulu öndərimizin və  şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov öz çıxışında şəhidlərimizin valideyinlərinə öz minnatdarlıgını bildirib. Şəhid valideyinləri, ailələri və qazilər ölkə başcısı Ali  Baş Komandan İlham Əliyev cənablarının daimi diqqət mərkəzində oldugunu bildiriblər.Ağdam rayon və Ucar rayonu orta məktəb şagirdləri tərəfindən şəhidlərimizin igidliyi haqda şeirlər söylənilib. Müəllimlər tərəfindən nitqlər deyilib. Sonda icra başcısı Vaqif Həsənov və Ağdam rayonu Veteranlar Təşkilatı sədri Elşən Zeynalov tərəfindən Qərvənd kənd şəhidlərinin məzarları üstünə gül dəstələri qoyulub. Ağdam rayon Veteranlar Təşkilatı tərəfindən şəhidlərimizə ehsan süfrəsi verilib. Qeyd edək ki, Ucardan dəvət olunmuş şəhidlərin ailə üzvülərinin yol xərcləri Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Ağdam rayon Veteranlar Təşkilatı şəhdi ailələrinə göstərdiyi mütəmadi diqqətə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova minnətdarlığını bildirib.  

Hamısını oxu
Dövlətimiz hər bir imkanı şəhid ailələri və qazilərin xeyrinə maksimum dəyərləndirir

Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 3-də keçirilmiş iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Dəyişikliyə əsasən Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad edilib.   Bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.   Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Milli Məclisin dekabrın 3-dəki iclasında müzakirəyə çıxarılan bu dəyişiklik hər şeydən öncə dövlətin şəhid ailələri və qazilərə qayğı və diqqətinin növbəti təzahürüdür: “Bu dəyişiklik Vətən müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsinə, onların sosial müdafiəsinin güclənməsinə xidmət edir.   Bir fakta nəzər salım ki, dövlətimiz bugünə qədər şəhid ailələrinin, o cümlədən müharibədə əlil olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və çoxşaxəli addımlar atıb. Şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunub ki, bu da dövlətimizin bu kateqoriyadan olan şəxslərə hansı miqyasda diqqət göstərdiyini əks etdirir".   Polkovnik qeyd edib ki, Qarabağda geniş quruculuq işlərinin həyata keçirildiyi bir zamanda dövlətin şəhid ailələrinə, qazilərə yönəlik sosial layihələri genişləndirməsi, dövlətin vətən müdafiəçilərinə olan münasibətini əks etdirir. Artıq bir ilə yaxındır ki, erməni işğalı nəticəsində viran qalan Qarabağ və ətraf rayonlarda geniş quruculuq işləri həyata keçirilir. Bu işlər böyük maliyyə vəsaiti tələb edir. Lakin buna baxmayaraq dövlətimiz şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahını daha da yaxşılaşdırmaq üçün heç bir fədakarlıqdan çəkinmir, hər bir imkanı Vətən müharibəsi iştirakçılarının xeyrinə maksimum dəyərləndirir. Bu yanaşma Prezident İlham Əliyevin müharibə iştirakçılarına, vətən müdafiəçilərinə nə qədər böyük dəyər verdiyini göstərir”.   “Mən Milli Məclisin iclasında müzakirə edilən vergi dəyişikliklərini alqışlayıram. Əminəm ki, bu dəyişiklik şəhid ailələrinin, qazilərin, müharibə əlillərinin sosial rifahını daha da yaxşılaşdıracaq, onların sosial müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək”, - deyə polkovnik vurğulayıb.  

Hamısını oxu