Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 30 avqust Zəfər bayramı münasibəti ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Omar Atçılıq Klubu, Azərbaycan mədəniyyəti, Bakı Nəqliyyat Agentliyi, Diplomatiya könüllüləri, Badamlı, Shams Group Azerbaycan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Bakıtorpaq Layihə Smeta Bürosu, Bakı tikiş evi,  Azerco,  "H" music, Ritm Rəqs qrupunun tərəfdaşlığı ilə 30 Avqust 2021-ci il tarixində Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin Zəfər bayramı münasibətilə açıq hava şəraitində tədbir keçirildi.

 

Tədbirdə Dövlət rəsmiləri, Millət vəkilləri, Türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak iştirak etdilər.

 

Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildirdilər ki, bu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulandı.

 

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

 

30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.

 

Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.

 

Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib.

Zəfər bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir.

 

Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir.

Zəfər bayramın mübarək Türkiyə Azərbaycan!

 

2021-08-31 11:56:00
989 baxış

Digər xəbərlər

Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 21 aprel 2026-cı il tarixində Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüş zamanı qonaqlara Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə bu cür görüş və müzakirələrin daha intensiv şəkildə həyata keçirilməsi qərara alınıb.         

Hamısını oxu
Veteranlar Təşkilatının üzvləri şəhid məzarını ziyarət ediblər

Cəlilabad rayon Veteranlar Təşkilatının üzvləri şəhid Şamo Kərimovun anım günündə iştirak etmək üçün rayonun Maşlıq kəndinə gedib, şəhidin məzarını ziyarət ediblər. Anım tədbirində Rayon İcra Hakimiyyətində "Şəhid ailələri və qazilərlə işin təşkili" şöbəsinin müdiri Füzuli Cəfərov, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti idarəsinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Rasim Həsənov, şəhid ataları, qazilər və ictimaiyyət  nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, idman ustası olan Şamo Kərimov Vətən müharibəsinin ilk günündən ön cəbhəyə yollanıb. O, silaha sarılaraq döyüş yoldaşları ilə birgə Füzuli və Cəbrayıl istiqamətində düşmənin istehkamlarını və canlı qüvvələrini məhv edib. Şamo torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında 2020-ci il oktyabr ayının 6-da qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Kərimov Şamo Elman oğlu Prezidentin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib. AZƏRTAC-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir: "Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!".

Hamısını oxu
“Qusar əməliyyatı xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”

“Bugünlərdə DTX və DİN tərəfindən Qusarda dini-ekstremist qruplaşmanın de-şifrə edilərək zərərsizləşdirlməsi dövlətimizin gücündən, xüsusi xidmət orqanlarımızın peşəkarlığından xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, terror qrupu ilə bağlı informasiyanın əldə edilməsi, əməliyyatın yüksək  məxfiçilik şəraitində peşəkarlıqla yerinə yetirilməsi DTX-nın yüksək hazırlıq səviyyəsindən xəbər verir:  “Qusar ərazisində məskunlaşan və burada gələcək terror fəaliyyətləri üçün hazırlıq işləri həyata keçirən terror qrupu ilə bağlı informasiyaların əldə edilməsi, bu informasiyalar əsasında qısa zamanda effektli əməliyyatın təşkili dövlətimizin, güc orqanlarımızın adına böyük uğurdur. Bu fakt bir daha sübut edir ki, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığı yüksək səviyyədədir və onlar istənilən təhdidin qarşısını vaxtında almağa, onu elə hazırlıq mərhələsindəcə ifşa etməyə qadirdir. Mən buna görə DTX və DİN-ə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, baş verən bu hal beynəlxalq anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı məkirli planlarından xəbər verir. Bu fakt sübut edir ki, bu gün də bəzi düşmən qüvvələr ölkəmizdə dincliyi, sabitliyi pozmağa, ölkə daxilində gərginlik yaratmağa çalışır. Doğrudur, güc orqanlarımız bütün bu təhdid və təhlükələrin qarşısını böyük peşəkarlıqla alır. Lakin dövlətimizi, dövlətçiliyimizi, konstitusyon quruluşumuzu hədəf alan bu təhlükələrə qarşı mübarizə aparmaq yalnız hüquq-mühafizə orqanlarımızın deyil, hər birimizin borcudur. Bu məsələdə hər bir qurum, hər bir vətəndaş ayıq-sayıq olmalı, dövlətimizə, aidiyyati qurumlara dəstək verməlidir. Yalnız belə olduğu halda biz hər cür kənar təhlükələrdən sığortalana, özümüzü tam təhlükəsizlikdə hiss edə bilərik. Dövlətimizə qarşı düşmən mövqedə dayanan bədxahlar isə bilməlidir ki, Azərbaycan sözün həqiqi və bütün mənalarında güclü dövlətdir. Dövlətimizin və xalqımızın təhlükəsizliyinə zərrə qədər də olsun təhdid yaradan hər bir təhlükənin, hər bir məkirli əməlin qarşısı xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə alınacaq və heç bir qüvvə respublkamızın tərəqqisinə, rifahına mane ola bilməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu