Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın dövlətçilik tarixinin daha bir şanlı səhifəsi

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri misilsizdir. O, fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqın isə rifahının artmasına xidmət edən tarixi işlər görüb, mühüm nailiyyətlərə imza atıb. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyevin düz 30 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

 

Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Məlumdur ki, həmin dövrdə ölkəmiz mürəkkəb şəraitlə qarşı-qarşıya idi. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca gərginləşdirmişdi. O zaman müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun ağır olduğu şəraitdə - 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox mühüm işlər görüldü. Muxtar Respublikada tənəzzülün qarşısı alındı, sabitlik təmin edildi. Aqrar islahatlar reallaşdırıldı, infrastruktur quruculuğu istiqamətində ardıcıl işlər görüldü.

 

Bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin atdığı addımlar tarixi və dövlətçilik ənənələrinin bərpası baxımından çox mühüm əhəmiyyətə malik oldu. Belə ki, 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Həmçinin Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Muxtar Respublika ərazisindən çıxarıldı. Bunlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edilməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar verilməsi xüsusi vurğulanmalıdır.

 

Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı.

Göründüyü kimi, Naxçıvanın xilası və dirçəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də milli maraqlarımızın, dövlətçilik ənənələrimizin qorunması baxımından olduqca əlamətdardır.

 

Qalib və güclü Azərbaycan Ulu Öndərin ideyaları əsasında uğurla inkişaf edir

 

Ümummilli Lider Heydər Əliyev müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində isə gördüyü tarixi işlərlə Azərbaycanı tərəqqi yoluna çıxarıb və ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıb. Bir sözlə, Azərbaycanın inamlı inkişafı məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Həmçinin Naxçıvan bu gün Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.

 

Beləliklə, qalib və güclü dövlət olan Azərbaycan Ümummilli Liderimizin ideyaları əsasında uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanaraq zirvələr fəth edir. Ölkəmizin bugünkü reallıqları Ulu Öndərin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir!

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

 

 

2021-09-03 17:31:00
744 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.    

Hamısını oxu
“DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin ekstrekmist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir. Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir. Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidməti təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır. Lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.  

Hamısını oxu
Ağdamda Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Qasımova həsr edilən filmin təqdimatı olub

19 sentyabr 2026 cı il tarixdə Ağdam rayonunda Azərbaycanın Milli Qəhrəmanı şəhid Natiq Qasımovun filmi sərgilənib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məcilisin deputatı  Bəxtiyar Əliyev, Ağdam rayonu Yeni Azərbaycan Partiyasının sədri Mansur Quliyev, qəhramanın ailə üzvüləri, Ağdam Veteranlar Təşkilatının nümayəndələri, Ağdam Rayon İcra Hakimiyyətinin təmsiçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdən öncə Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublukasının Dövlət Himni səsləndirilib. Ağdam Rayon İcra Hakimiyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev çıxış edərək Milli Qəhrəman Natiq Qasımovun qəhrəmanlığından bəhs ediblər.      

Hamısını oxu
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Növbədənkənar Prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub Bakı, 5 fevral, AZƏRTAC Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Hamısını oxu