Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Görülən işlər sadəcə başlanğıcdır...”

Xəyal Rza: “Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik”

 

Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.

 

Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?

 

Saytımıza açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:

 

“Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab işıq üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.

 

Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.

 

Seymur ƏLİYEV

 

 

2021-09-06 08:34:00
1315 baxış

Digər xəbərlər

“BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq”

“Çalışmalıyıq ki, dünya erməni faşizmini tanısın və ədaləti dəstəkləyənlərin sayı çoxalsın”   Azər Badamov: “Ermənistanla informasiya müharibəsinin davam etdiyi bir zamanda bu cür hesabatlar mühüm əhəmiyyətə malikdir”   Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlsə də, Ermənistanla informasiya cəbhəsində mübarizə davam edir. Ermənistanın vaxtiylə işğalda saxladığı torpaqlarımızda törətdiyi vəhşiliklərin ifşası, rəsmi İrəvanın son 30 ildə vurduğu maddi-mənəvi ziyana görə kompensasiya ödəməsinin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu baxımdan Bakı Dövlət Univbersitetinin rektoru Elçin Babayevin ideya müəllifliyi və rəhbərliyi altında hazırlanan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat” erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, həm də ingilis dilində hazırlanan sözügedən hesabat dünyanın əksər dövlətlərinin rəsmi dairələrinə, o cümlədən vətəndaş cəmiyyəti institutlarına təqdim ediləcək.   Məlum hesabatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov, bu cür layihələrin milli maraqlarımız baxımından böyük önəm kəsb etdiyini vurğulayıb:   “Ermənistanla müharibə döyüş meydanında bitsə də, informasiya məkanında davam edir. Vətəni sevən hər bir şəxs özünün informasiya yaymaq imkanından istifadə edərək erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışmalıdır.   BDU rektorunun rəhbərliyi altında belə bir hesabatın hazırlanmasını faydalı və təqdirəlayiq hesab edirəm. Dünya ictimaiyyəti torpaqlarımız işğal altında olduğu 30 ildə azərbaycanlıların tarixi, mədəni abidələrinə, o cümlədən insanlığa qarşı törətdikləri vəhşilikləri bilməlidir. Belə olan halda ermənilərin əsl faşist sifəti haqqında beynəlxalq ictimaiyyət məlumatlı olar və ədaləti dəstəkləyənlərin sayı çoxalar. Bu baxımdan “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat”ın ingilis dilində dünya dövlətlərinə yayılması olduqca əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətin erməni vəhşiliyi, Azərbaycan məcburi köçkünlərinin pozulan hüquqları haqqında daha aydın və ətraflı məlumat almasının təmin edilməsi baxımından mühüm önəm kəsb edir. Düşünürəm ki, dünya ictimaiyyətinin konkret və inkaredilməz faktlarla zəngin olan bu cür hesabatlar vasitəsi ilə məlumatlandırılması, sadəcə yaxın keçmişdə baş verən olayların tanıdılması deyil, həm də gələcək fəaliyyətimizin stimullaşdırılması, Ermənistana yönəlik siyasi və hüquqi sahədə daha effektiv addımların atılması baxımından faydalıdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Sabirabadda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov Sabirabad rayonunda İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Sabirabad rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Ceyran Xəlilova ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Hamısını oxu
Ordumuz tezliklə xalqımıza qələbə sevinci yaşadacaq - Əhliyyət Mehdiyev

“Dünəndən başlayaraq ehtiyatda olan hərbi vəzifəlilər təlim və hərbi yoxlama üçün xüsusi toplanışlara çağırılırlar. Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir və vətənpərvər gənclərimizlə qürur duyuruq”. Bu fikirləri Publika.az-a danışan Aprel döyüşlərinin iştirakçısı, Qarabağ müharibəsi əlili Əhliyyət Mehdiyev deyib. O qeyd edib ki, vətəndaşlarımız dövlət-ordu-xalq vəhdətini həm Aprel döyüşlərində, həm Tovuz hadisələrində, həm də hazırkı vaxtda ən yüksək səviyyədə nümayiş etdirir: “Bu, hər bir azərbaycanlı kimi bizi də sevindirir. Son illərdə, xüsusilə Aprel döyüşlərindən sonra və Tovuz hadisələrində gördük ki, yüz minlərlə Azərbaycan gənci Ali Baş Komandana, ordumuza, dövlətimizə dəstək nümayişlərinə qatıldı və əsgərlərimizin yanında olduqlarını bildirdilər. Bu gənclər bu gün də Səfərbərlik Xidmətinə, Müdafiə Nazirliyinə müraciət edirlər. Minlərlə gənc döyüş bölgələrinə yollandı və döyüşməyə hazır olduğunu bildirdi. Biz bu gün öz gəncliyimizlə, vətəndaşlarımızla qürur duyuruq, mütəmadi olaraq gənclərlə görüş keçiririk, onlardan özümüz də müsbət enerji alırıq. Hər bir auditoriyada görürük ki, yüzlərlə yeni Poladlar, Mübarizlər, Raquflar, Samidlər və neçə-neçə igidlər yetişir. Bu, bizi qürurlandırır. Bir daha əmin oluruq ki, sabahımız etibarlı əllərdədir. İnanıram ki, tezliklə ordumuz qələbə sevincini xalqımıza yaşadacaq. Xalqımız qələbəyə layiqdir və bu, tezliklə olacaq. Hər şey göz önündədir. Gəncliyimizlə, vətənpərvər gənclərimizlə, vətəndaşlarımızla qürur duyuruq”. Akqabay Mıradov

Hamısını oxu