Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi!

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən III yazı

 Qurbanlığa soyun məni,

Topuğumdan asın dara.

Və sonra duzlayın məni,

Büründüm qapqara qara.

 

Hansı casusa nəsibdir tac,

Səltənət de zəng çalacaq, zəng.

Mən zindanda ödəmişəm bac –

Saç ağardı, ağarmadı səhər.

 

Bu alnıma basılmış damğa:

Nəsiminin beytləri küfr.

Cəllad, artıq eləmə nəğmə,

Şeirə deyil, üzümə tüpür.

 

Ağrımaz tən,

Edərəm huzur,

Siz dərimi soyduğunuz an.

Mən haqqına girməyim, üzr,

Azan, ya təkbir söyləyin, aman.

 

Günəş üfqə qoyduğutək baş,

Qəlbin hüftan oldu mu, ey Şərq?

Yeri altını parlatsa Günəş –

Yer üzü də çeçəkləyəcək.

 

Qurbanlığa soyun məni,

Və dağıtın bütün Bəşərə...

 

Bu dünya…

 

Bu günəş anamtək qocalmış,

Anamtək qocalmış yer üzü.

Mən batdım günəşin altına,

Gündüzü, gündüzü, gündüzü.

 

Bu külək Cənubdan əsdimi,

Cənubdan əsdimi sabalar?

Qaranquş, qanadın kəsdimi,

Səvdalar, səvdalar, səvdalar.

 

Ağ yağış qarlara dönüşdü,

Qarlara dönüşdü leyləklər.

Bu dünya darlara dönüştü,

Sarlara dönüşdü leyləklər.

 

Nələrdən xəbərdir bu təsvir,

Yuxulu gözlərin süzülüb.

Gələn bu müsibət müsəvvir,

Gedərəm ip kimi mən qopub.

 

Müsəvvir, gümanla tapdınmı,

Sən məni adım ya ismimdən?

Təndirə çörəktək yapdınmı,

Ulduzlar tökülsə cismimdən?

 

Ağlasan, doğru ağla, gül süni,

Adın var keçmişə adanan.

Bu dünya bir dəstə gül süni,

Mən də bir dünyayam xətərli.

 

Axtarış

 

Axtarışda qalan insantək,

Özümü axtarıram səsdən.

Adımdan ta bədəniməcən

Müharibə elan etdim qəsdən.

 

Dörd bir yandan alıb nişanə,

Atılacaq kamandan yaylar.

Soyguncuya dönüşüb dünya,

Durbin ilə addımım sayar.

 

Dağ qoynunda qapqara şərpə,

Qanad çırpan bir şahin kimi.

Mən izinsiz yox oldum, əfsüs,

Elə düşməz intiqam kimi.

 

Özümü axtarıram hələ,

Axtarıram mağara, dərədən.

Yadımda yox hətta simam da,

Əfsüs, min il keçdi aradan.

 

Ayın on beşi zülmət olsa,

Mən axtardım günəşlərindən.

Damladım anamın son nəfəsi

Və sonuncu göz yaşlarından.

 

Ağı

 

Bu sözlərə çəkiç dəyməmiş,

Balta ilə doğranıb amma.

Qılınc gəlsə başın əyməmiş,

Pərdə kimi örtülüb amma.

 

Burda bülbül oxuyar səssiz,

Təfəkkürü çaxır əqrəb də.

Yaşayıram qürub, gecəsiz,

Yaşayırsan hansı tərəfdə?

 

De, haradan alınıb torpağın,

Torpağına qarışıb laşım.

Qarışqalar öpmüş ayağın,

Onlar mənim gözüm və qaşım.

 

Bax ki, mənim gözlərim kordur,

Çiynin tutar nədənsə dul-dul?!

Alnımdan bir ayə oxuyar,

Yenə həmin dili yox bülbül.

 

Sinəm yırtar kipriyinin tığı,

Bir Söz hələ ki can istəyər.

Mən dünyaya yetəcək ağı,

Dünya isə bir qan istəyər.

 

Dənə kimi səpilmişdir…

 

Dənə kimi səpilmişdir bədənim,

Gözümdəki gölməçə də Nilə dönər.

Doğuluş…

Doğuluş – mən ölən tarıx,

Bu tarıx, bəlkə də, bir gülə dönər.

 

Dənə kimi səpilib dilə gəlir,

Basdığım o izlər, tutmuş əllərim.

Yanımda səssizcə kimsə dayanır,

Sonra…

Boş qalacaq sağım, sollarım.

 

Dənə kimi səpilib nalələrim də,

Şərab içən kimi yenə sərxoşum.

Qasırğada qırıldı budaqlarım,

Kökünü qurd yemiş elə ağacım.

 

Dənə kimi səpilib bütün soyum,

Soyuq ölkələrdə qartallara yem.

Yaram yeniləndi, ağrıyır yaram,

Kaş bu ağrı olsa bədənə məlhəm.

 

Bir gün başıma yetəcək dünya,

Babaqəndlər gəlir, gəlir Mirzalar.

Dənə kimi səpilir o zaman dünya,

Sonra közə dönər dəstxət, imzalar.

 

Sonra dənə kimi səpilirim mən...

 

Babaqənd MİRZƏ

Özbəkistan Respublikası Nəvai şəhər Xalq Deputatları Şurasının deputatı,

“Dustluq bayrağı” və “Знамя дружби” qəzetlərinin baş redaktoru

 Özbək dilindən uyğunlaşdıran: Rəhmət Babacan

2025-03-24 17:57:33
669 baxış

Digər xəbərlər

“Respublikamızın Silahlı Qüvvələri müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır”

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür?  Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir? Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı: “Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız  növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi. Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur. Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir.  Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır. Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentdən Ermənistana: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get, başqa ölkənin tərkibində yaşa”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”. Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident bildirib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz:   “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. İ.Əliyevin sözlərinə görə, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub”. “İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get, başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq”, - deyə Prezident əlavə edib.

Hamısını oxu
İş adamı 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırıb

Veteran.gov.az xəbər verir ki, hər il olduğu kimi bu ildə Naxçıvan torpağının yetirməsi, vətənpərvər iş adamı, hər zaman şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərən tanınmış iş adamı Səfər Əlirzayev tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan 710 şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə iş adamına təşəkkür edib, minnətdarlıqarını bildiriblər. (https://www.tiktok.com/@qazi_tarverdiyev085/video/7615930436245556500?_r=1&_t=ZS-94baxqVUWM1 )   

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   Möhtərəm cənab Prezident,   Sizi ad gününüz, həmçinin qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edir,  möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə, milli maraqlara, ali dəyərlərə əsaslanan, ölkəmizin qüdrətinin artmasına xidmət edən çoxşaxəli fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm. Siz, hər bir azərbaycanlının Prezidenti olmaq yolunda inamla və qətiyyətlə, yorulmadan hər daim çalışdınız. Sadə Azərbaycan vətəndaşı da bütün vədlərinizin, ələlxüsus, torpaqlarımızın işğaldan azad olunması barədə sözünüzün gerçəkləşməsini səbrsizliklə gözlədi. Və vaxt yetişdi – bizlər böyük Qələbənin canlı şahidləri olduq. Beləliklə, müstəqil Azərbaycanın vətəndaşı öz dövlətinin qüdrətini, Ordusunun zəfər yürüşünün şahidi oldu, xalqımızın 30 illik torpaq – yurd həsrəti bitdi. Siz, xalqına Zəfər paradını görməyi nəsib edən yenilməz sərkərdə kimi adınızı tarixin yaddaşına əbədi həkk etdirdiniz! Biz veteranlar buna inanırdıq, hər zaman da Sizin qətiyyətli siyasətinizi dəstəkləmişik. Bizim əyani şəkildə gördüyümüz Azərbaycanın uğurları Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır. Bu yeni tarixin müəllifi Sizsiniz, Müzəffər Ali Baş Komandanımız! Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bir daha səmimi qəlbdən təbrik edir və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar arzulayıram.   Hörmətlə, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu