Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

MDTF-nin elan etdiyi “Dəyərləri paylaşaq” müsabiqəsinin qalibləri müəyyən olunub

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən  iyunun 25-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 25 avqust tarixində başa çatıb. Məlumat üçün bildirək ki, sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında keçirilən müsabiqəyə 30 iştirakçı qoşulub. Fondun müəyyən etdiyi həştəqlərlə sosial şəbəkə istifatəçiləri tərəfindən paylaşılan statuslar əhatəlilik, tutarlılıq, kreativlik və ictimai rəğbət meyarları əsasında aşağıda adları qeyd edilən müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur:

 

1) Anar Məcidzadə - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

2) Sevinc Cəfərova - 525-ci qəzetin xüsusi müxbiri, jurnalist

 

3) Fərəh Rəsulova – Müstəqil ekspert

 

Qalibləri təqdim edirik:

 

1-ci yer – Fidan Nəsirli

 

2-ci yer – Elçin Bayramlı

 

2-ci yer – Mina Rəşid

 

3-cü yer – Lalə Mehralı

 

3-cü yer – Ramin Xudayev

 

3-cü yer – Səxavət Hidayətoğlu

 

Həvəsləndirici yer - Bədiyyə Sadıqova

 

Həvəsləndirici yer - Şəhadət Abbasov

 

Həvəsləndirici yer - Vüsalə Fətullayeva

 

Həvəsləndirici yer - Kənan Həmzəoğlu

 

Həvəsləndirici yer - Kənan Bağırov

2021-09-09 12:45:00
948 baxış

Digər xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri arasında mühüm görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi məqsədilə işçi görüşü keçirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində olub, maddi texniki bazaya baxış krçirib. Həmçinin Azərbaycan və Özbəkistanın ordusunun mədəniyyət və incəsənət nümayəndələrinin birgə iştirakı ilə konsert proqramı təşkil olunub. Yekunda qarşılıqlı hədiyyə mübadiləsi aparılıb və xatirə fotoları çəkdirilib.  

Hamısını oxu
“Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”

Talıb Əliyev: “Onun xalqımızın rifahı və təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığının şahidiyəm” “Heydər Əliyev zəkası və fədakarlığı ilə tarixin gedişatını dəyişən böyük şəxsiyyətdir”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin nəhəng dühası, xalqına və vətəninə olan sevgisi Azərbaycanı XX əsrin 90-cı illərinin əvvəlindəki mürəkkəb vəziyyətdən, labüd fəlakətdən xilas edib: “XX əsrin 90-cı illərinin əvvəli müstəqil Azərbaycanın həyatında çox böyük təbəddülatlar dövrü idi. Bir tərəfdən Ermənistanın həyata keçirdiyi işğal faktoru, digər tərəfdən xarici qüvvələrin respublikamıza göstərdiyi təzyiq, digər tərəfdən iqtisadi-sosial çətinliklər, habelə ölkədaxili qarşıdurmlar Azərbaycanın vəziyyətini ümidsiz edirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə ona öndərlik edən Ümummilli lider, hələ Naxçıvanda olarkən erməni işğalının qarşısını almaq istiqamətində ciddi addımlar atmağa başladı. Bu addımlardan ən önəmlisi isə heç şübhəsiz Naxçıvanda ordu formalaşdırmaq, bu ordunun silah-sursata olan tələbatını qarşılamaq idi. Və mənim üçün qürurvericidir ki, Naxçıvanda nizami ordunun formalaşdırılması prosesində Heydər Əliyevlə birlikdə çalışmaq, onun tapşırığı ilə bu istiqamətdə fəaliyyət göstərmək mənə nəsib olub”. Talıb Əliyevin sözlərinə görə, Heydər Əliyev xalqı erməni işğalından qorumaq, düşmən ordusunun irəliləməsinə imkan verməmək üçün bütün imkan və vasitələrdən, o cümlədən şəxsi əlaqələrindən maksimum istifadə edirdi: “Həmin vaxt bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət gərgin idi. Ölkəmiz bir deyil, bir neçə problemlə üz-üzə qalmışdı. Heydər Əliyev məhz belə bir zamanda əsl fədakarlıq və əzm sərgiləyərək problemlərin həlli istiqamətində prinsipial addımlar atdı. İlk öncə Naxçıvanda formalaşan ordunun silah-sursatla təminatı yönündə ciddi iş aparıldı. Həmin vaxt Ulu öndərin tapşırığı ilə ordumuzun silaha olan ehtiyacını qarşılamaq üçün mütəmadi iş aparır, müxtəlif yollarla bu ehtyacı təmin etməyə çalışırdıq. Sevindiricidir ki, biz çox böyük çətinlikər hesabına olsa da, buna nail ola bildik. Mən hələ o zaman Ulu öndərin xalqımızın rifahı, təhlükəsizliyi üçün necə böyük qəhrəmanlıqlara imza atdığına şahid oldum. Məhz onun səyləri nəticəsində Azərbaycan erməni işğalının genişlənməsinin qarşısını ala, daxili qarşıdurmalara son qoya, iqtisadi baxımdan ciddi inkişafa nail ola bildi. Ulu öndərin vəfatının 19-cu ildönümündə Ümummilli lideri sevgi və minnətdarlıq hissi ilə anır və əminlikliklə bildirirəm ki, Azərbaycan xalqı var olduqca Heydər Əliyev də yaşayacaq və var olacaqdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Yeni dünya nizamı və Azərbaycanın orta güc statusu

Hamısını oxu
“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”

“Uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılan bu məsələ bir çox aspektdən mühüm önəm kəsb edir: “Dünən Mili Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olduqca böyük əhəmiyyətə malikdir. Müzakirə edilən dəyişikliklər uşaq və yeniyetmələrin internetin zərərli təsirlərindən qorunması, onların yad təsirlərin altına düşməsinin əngəllənməsi, milli ruhda- vətənpərvərlik ruhunda yetişdirilməsi üçün daha optimal informasiya mühitinin formalaşdırılması baxımından olduqca vacibdir. Sözügedən qanun uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhdidlərindən - dezinformasiya, zorakılıq, eləcə də aqressiv məzmun, manipulyativ təsir və s.-dən qorunmasında mühüm rol oynayacaq, daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına bilavasitə təsir göstərəcək. Yəni qanun dəyişikliklərində əsas məqsəd uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşması, onların təhlükəsizliyinin daha etibarlı şəkildə təşkilidir. Yəni söhbət 16 yaşa qədər olan uşaqlara internet qadağasının tətbiqindən deyil, onların təhlükəsizliyinin təminindən, bu prosesə valideynlərin və dövlətin nəzarətinin artırılmasından gedir”. Polkovnik qeyd edib ki, uşaq və yeniyetmələrlə bağlı məlum qanun dəyişikliyi beynəlxalq təcrübə də özünü doğruldub: “Dünya təcrübəsinə, eləcə də beynəlxalq konvensiyalara nəzər salsaq görərik ki,16 yaşına qədər uşaqlarla bağlı oxşar müddəalar qabaqcıl dövlətlərin təcrübəsində də mövcuddur. Həmin ökələrdə 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə hesab yaratmasına yol verilmir. Buna səbəb həmin yaş həddinə qədər olan uşaqların daha tez təsir altına düşməsi ilə bağlıdır. Hazırda Azərbaycanda müzakirə edilən qanun dəyişikliyi də sosial platformalarda qeydiyyatın 16 yaşından başlanmasını nəzərdə tutur. Hansı ki, bu yenilik ilk növbədə uşaqların özünün həyat və sağlamlığının qorunması baxımından son dərəcə zəruridir. Bir məqamı da vurğulamaq lazımdır ki, uşaq və yeniyetmələrlə bağlı qanun dəyişikliyinin tətbiqi gələcəkdə gənc nəslin milli dəyərərə bağlı ruhda tərbiyəsinə də müsbət təsir göstərəcək. Xatırladım ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev yeniyetmə və gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərlərinə bağlı şəkildə tərbiyəsinə böyük önəm verib, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə mühüm önəm kəsb etdiyini bildirib. Bu baxımdan, hesab edirəm ki, məlum qanun dəyişikliyinin qəbulu milli təhlükəsizliyimizin daha dolğun təminatı, uşaq və gənclərimizin ruhi-mənəvi sağlamlığının qorunması, uşaqların internet resurslarından istifadəsinə valideynlərin nəzarətinin artırılması baxımından olduqca zəruridir. İnanıram ki, biz yaxın gələcəkdə bu dəyişikliyin qəbuluna şahid olacaq, bununla da uşaq və yeniyetmələrin rəqəmsal dünyanın təhlükəsindən qorunması baxımından ciddi yeniliyə imza atacağıq. Mən bu zəruri, həyati dəyişikliyi gündəmə gətirdiyinə görə başda Mili Məclisin sədri hörmətli Sahibə Qafarova olmaqla, bütün millət vəkillərimizə, xüsusilə də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruca, təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayıram. Onu da vurğulayıram ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də uşaq və yeniyetmələrin daha təhlükəsiz rəqəmsal mühitdə fəaliyyəti, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə tərbiyəsi, milli təhlükəsizliyimizin etibarlı şəkildə qorunması üçün əlimizdən gələni əsirgəməyəcək, bu istiqamətdə təbliğati işlər, maarifləndirici tədbirlər həyata keçirməkdə davam edəcəyik”. Seymur ƏLİYEV  

Hamısını oxu