Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək.

 

Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır.

Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər.

 

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.

 

Ətraflı məlumat: +994 77 717 33 37

 

 

 

2021-09-13 14:12:00
3357 baxış

Digər xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu Anım Gününü qeyd edib

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsi Veysəloğlu Şirkətlər Qrupu tərəfindən də ehtiramla yad edilib, Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinin önünə əkillər qoyulub.   Məlumat üçün qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 645 əməkdaşı Vətən müharibəsində iştirak edib, onların 13 nəfəri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.   Onu da qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirir, onların sosial rifahının yaxşılaşması istiqamətində sistemli addımlar atır.   Seymur ƏLİYEV    

Hamısını oxu
İşəgötürənin əsas vəzifələri və məsuliyyəti artırıldı

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklə işəgötürənin əsas vəzifə və məsuliyyəti artırılıb. Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrinə edilən dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu və işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur. Əmək Məcəlləsində edilmiş bu dəyişikliklərə uyğun olaraq "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi də yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya görə işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməlidir. İşin bərabər dəyərli sayılması üçün əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas xüsusiyyətləri nəzərə alınır. Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır. E.Hüseynov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

8 avqust 2025-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.  Təbrik məktubunda deyilir: “Çox hörmətli Cənab Prezident! Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Sizinlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında sülh mətninin paraflanması ilə bağlı əldə edilən razılıq bütün Cənubi Qafqazda yeni bir mərhələnin – sülh və təhlükəsizlik dönəminin başlanğıcını qoydu. Siz bu tarixi qələbə ilə Azərbaycan Silahlı Qüvvələrinin hərb meydanında əldə etdiyi 8 Noyabr zəfərini siyasi müstəvidə uğurla başa çatdırdımız. Bununla sübut etdiniz ki, Azərbaycan həqiqətən də sülh dövlətidir və bütün regionun gələcəyini, inkişaf və tərəqqisini sülhdə görür. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq 8 Avqust zəfəri ilə bağlı Sizi və Azərbaycan xalqını  bütün veteranlar adından təbrik edir, Sizə - dövlətimizin liderinə öz təşəkkürümüzü bildiririk. Əminik ki, 8 Avqust razılaşması Cənubi Qafqazda yeni gərginliklər yaratmaq istəyən bütün məkirli qüvvələrin təxribatlarına birdəfəlik son qoyacaq, regionun çiçəklənməsində, bölgənin iqtisadi tərəqqisində mühüm rol oynayacaq”. Hömətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi və tabe müəssisələrdə Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir: “Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb. Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır. Seymur ƏLİYEV  

Hamısını oxu