Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İşəgötürənin əsas vəzifələri və məsuliyyəti artırıldı

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklə işəgötürənin əsas vəzifə və məsuliyyəti artırılıb.

Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrinə edilən dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu və işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.

Əmək Məcəlləsində edilmiş bu dəyişikliklərə uyğun olaraq "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi də yeni redaksiyada təsdiq edilib. Yeni redaksiyaya görə işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməlidir. İşin bərabər dəyərli sayılması üçün əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas xüsusiyyətləri nəzərə alınır.

Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.

E.Hüseynov

 

2026-06-04 15:12:00
1125 baxış

Digər xəbərlər

Səbaildə Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

Səbayil  rayonu 160 №-li Klassik Gimnaziyda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi qeyd olunub.                                       Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev 12 may 2025-cü il tarixində Səbayıl rayonu 160 №-li Klassik Gimnaziyda  tədbir  təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyinə həsr edilmiş”Sən elə bir zirvəsən” və  İkinci Dünya  Müharibəsinin 80 illiyinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı   tədbirdə Səbayil rayonu VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, məktəbin direktoru Gülnarə Mustafayeva, müəllimlər, şagirdlər və digər qonaqlar  iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olanların və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri  məktəbin direktoru Gülnarə Mustafayeva  açıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin müharibə dövrünü əks etdirən filmlərdən hazırladıqları səhnələr təqdim edilib.   Daha sonra çıxış üçün söz Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərdə Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxarmışdır. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağrışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. İkinci Dünya müharibəsi illərində Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Onların əziz xatirələri daim xalqımızn qəlbində yaşayacaq. Daha sonra Kəmalə Həşimova, Adilə Yaqubova və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.      

Hamısını oxu
Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazi sağalaraq Vətənə geri dönüb.     Fonddan APA-ya verilən məlumata görə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.   Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.   Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır: 1. Mehtiyev Namiq Mureddin oğlu 2. Həsənov Bəxdiyar Dilqəm oğlu 3. Əliyev Cahangir Gülbala oğlu 4. Hüseynov Tural Araz oğlu 5. Babayev Elnur Əlihüseyn oğlu 6. Cavadzadə Fuad Sənani oğlu 7. Atakişiyev Rəşad Nazim oğlu   "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.   “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.   Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.  

Hamısını oxu
ролковнику Джалилу Халилову

Hamısını oxu
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər. Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb. Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.    

Hamısını oxu