Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər.

Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb.

Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır.

Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.

 

 

2024-04-04 20:12:38
3122 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi veteranı Tacirə Qaziyeva vəfat edib

Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsinin veteranı Qaziyeva Tacirə Həmid qızının  vəfatından kədərləndiyinii bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Qaziyeva Tacirə Həmid qızı  29.12.1924-c ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1942-ci ildə Naxçıvan MR Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qafqazın alman faşistlərindən azad olunmasında tibb bacısı kimi fəal iştirak etmişdir Azərbaycan Respublikasının ictimai-siyası həyatında və veteran hərəkətanında, Təşkilatımızın keçirdiyi tədbirlərdə, ali və orta məktəblərdə gənclər arasında vətənpərvərlik mövzusunda sistematik görüşlərdə fəal iştirak etmişdir. Bir çox medallarla təltif olunmuşdur. Allah rəhmət eləsin!  

Hamısını oxu
Müharibədə şəhid olmuş hərbi qulluqçuların - Siyahısı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

Hamısını oxu
“Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər”   “Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir:   “Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki, bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır.   Şübhəsiz, rəsmi İrəvan təxribatlarından əl çəkməsə, bu, Azərbaycanın anti-terror əməliyyatına start verməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səbr nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil. Azərbycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır.  Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir.   Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev bütün dünyaya göstərdi

Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də qardaşlıq münasibətləri olduğunu bir daha sübut etdi. Dövlət başçısının bu sözləri hər bir türk tərəfindən böyük rəğbətlə qarşılandı. Axar.az xəbər verir ki, bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib. Göstərdiyi qətiyyətli mövqeyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Akkan Suver deyib: “Azərbaycan Prezidenti ölkəmizə və millətimizə dəstəyini göstərməklə bərabər bütün dünyaya göstərdi ki, Türkiyə yalnız deyil. Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli hərbi əməkdaşlığa toxunan dövlət başçısı bu əməkdaşlığın narahatdoğurucu məqamlarını diqqətə çatdırdı, bunun Azərbaycan üçün təhdid törətdiyini vurğuladı. Bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu bilir. İşğalçı dövlətlə əməkdaşlıq təcavüzkar tərəfə dəstək vermək deməkdir”. Türkiyə-Azərbaycan münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini vurğulayan professor fikirlərini belə tamamlayıb: “Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlar Türkiyənin qürur mənbəyidir. Fəxr edirik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənir və müstəqil siyasət yürüdür. Prezident İlham Əliyevin hər fürsətdə Türkiyəni dəstəkləməsi bizə ayrıca qürur hissi yaşadır. Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və bundan sonra da olacaq. Bizim qardaşlığımız əbədidir”.

Hamısını oxu