Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakı şəhərinin rayon təşkilat sədrləri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhərinin veteran təşkilatlarının sədrləri ilə görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qarşıda duran işlər işlər haqqında danşıb, bu işlərin gerçəkləşməsində rayon təşkilatlarının üzərinə düşən öhdəliklərə diqqət çəkib. Polkovnik veteran və qazilərin vətənpərvərlik təbliğatında iştirakının təmin olunması, dövlət siyasətinin müdafiəsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müharibə iştirakçılarının imkanlarndan istifadə edilməsinin vacibliyini vurğulayıb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərinə daim yüksək diqqət və qayğı göstərdiyini bidlirib, bu kateqoriyadan olan vətəndaşlarla əlaqə və əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunub.

 

Tədbirdə rayon təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

2021-09-16 15:19:00
1067 baxış

Digər xəbərlər

Sumqayıt Tibb Mərkəzi daha bir ilkə imza atıb

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb. Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib. Bildirilib ki, 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib. Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir. Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.  

Hamısını oxu
İlham Əliyev Qubadlıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonuna səfər edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videoməlumat paylaşılıb. Qubadlıda hərbçilərlə görüşən dövlət başçısı Azərbaycana məxsus torpaqların müharibə yolu ilə qaytarıldığını xüsusi vurğulayıb. “Qarabağ danışıqlar yolu ilə yox, döyüş meydanında əldə edildi. Danışıqlar yoluna qalsaydı, hələ 30 il də davam edəcəkdi. Bizim başımızı aldadırdılar. Amma görün, 27 ildə ermənilər özləri üçün burada qəsəbə salıblar. Xaricdən ermənilər gətiriblər. Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, əbədi bizim torpaqlarımızda oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedik, irəli. Məğrur Azərbaycan əsgəri özü gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrinin ali məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu bir yenilikdir. 21-ci əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, həm milli ruh, həm də qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik”.

Hamısını oxu
Bu çirkin əməlləri əks etdirən bir çox video, foto... - Prezident

Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib. "İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram. Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir", - İ.Əliyev söyləyib.

Hamısını oxu
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.  O, fikirlərini rəsmi “Instagram” hesabında bölüşüb:   “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!” 

Hamısını oxu