Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu çirkin əməlləri əks etdirən bir çox video, foto... - Prezident

Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir. Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib. "İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram. Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir", - İ.Əliyev söyləyib.

2020-09-07 00:00:00
3593 baxış

Digər xəbərlər

callber

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 03

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Layihə həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınacaq. Təşkilatın növbəti tədbiri iyun ayının 24-də Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 328 saylı tam orta məktəbdə oldu. Tədbir məktəbin rəhbərliyinin təklifi ilə burada müəllim və texniki heyətlə keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Qarabağ veteranı, t.ü.f.d., Ruslan Ağamalıyev tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Tədbiri davam edən layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq, layihə haqqında iştirakçılara geniş məlumat verdi. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, tarixin müxtəlif zamanlarında azərbaycanlıların Ermənistandan sürgün ediləsi haqqında iştirakçıların ətraflı məlumat verdi. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”  İctimai Birliyinin layihə rəhbəri:    prof. Bədirxan Əhmədli      «25»  iyun 2025- ci il       Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru

Hamısını oxu
“Erməni vəhşiliyinin Xocalı səhnəsi” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Erməni vəhşiliyinin Xocalı səhnəsi" mövzusunda tədbir keçirib. Rayon Veteranlar evində təşkil edilən tədbirdən öncə nümayiş olunan "Xocalı qətliamı uşaqların gözü ilə" adlı rəsm sərgisi barədə Rəsm Qaleriyasının direktoru Elçin Nəzərov tədbir iştirakçılarına məlumat verib. Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının şöbə müdiri, əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazov açdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub. Göytəpə şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Fürudin Zeynalov Xocalı sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə geniş məlumat verdikdən sonra  qeyd edib ki, o soyuq qış gecəsi uşağa, qocaya aman verilməyib, 613 dinc əhali qətlə yetirilib, 1275 nəfər əsir aparılıb, 450 nəfər şikəst edilib. Bu qanlı hərbi cinayətə yalnız ulu öndər hakimiyyətə gələndən sonra hüquqi-siyasi qiymət verilib, Xocalı faciəsi haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, YAP Cəlilabad rayon aparatının rəhbəri Rafiq Məmmədov, Qarabağ qaziləri ictimai birliyinin sədri Maşallah Əliyev, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Xocalıdan olan Zaur Kəngərli,   rayonun Soltankənd orta məktəbinin müəllimi Dadaş Bayramov, Aypara cəmiyyətinin rayon bölməsinin sədri İlkin Qubadov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, Mikayıl İnçəçaylı, əmək və müharibə veteranları Kamran Sadıqov, Adil Hüseynov, Qurban Əhmədov, Sakit İsayev, Adıgözəl Nuriyev və başqaları çıxış edərək  Xocalı soyqrımını son yüz ildə baş vermiş ən qatı terror hadisəsi adlandırıblar və təəssüflə vurğulayıblar ki, bu qanlı faciəni hələ də dünya ictimaiyyətinə  insanlığa qarşı törədilmiş  soyqrım kimi tanıda bilməmişik. Amma təsəllimiz budur ki,  44 günlük Vətən müharibəsində azğın ermənilərin başını dəmir yumruğumuzla əzdik və dünyaya göstərdik ki, haqq-ədalət həmişə zəfər çalacaq.

Hamısını oxu
İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb

Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.  

Hamısını oxu