Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 15 sentyabr 2021-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Sumqayıt, Zaqatala, Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”nin 27-ci il dönümü ilə əlaqədar “Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilmişdir.

 

Tədbirdə Millət vəkilləri Sadiq Qurbanov və Tamam Cəfərova, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, XRMİ-nin Şabran rayon üzrə Nümayəndəsi Xalidə Əsgərova,YAP Şabran rayon təşkilatının Aparat rəhbəri Tahirə İbrahimova, Gəndov kənd məktəbinin direktoru Samirə Baladadaşova ,rayonlarda olan Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları,təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. İlk öncə tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açmış ,o çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

 

Daha sonra Millət vəkili Sadiq Qurbanov “Zəfər yolumuz əsrin müqaviləsindən başlandı” mövzusunda çıxış etdi. Sadiq müəllim qeyd edərək bildirdi ki, 20 sentyabr 1994-cü ildə baglanmış olan “Əsrin müqaviləsi” Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Bu gün bu siyasət Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir.

 

Millət vəkili Tamam Cəfərova çıxış edərək bildirmişdir ki,xalqımızınÜmumilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və beynəlxalq aləmdə yüksək qiymətləndirilimiş”Əsrin müqaviləsi” respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub. Dahi şəxsiyyət çox gözəl anlayırdı ki,görülən bütün bu nəhəng işlər gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyinin əsasının təşkil edir.Tarix onun haqlı oldugunu sübut etdi.

 

Sonda Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ,Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış etmişlər.

 

2021-09-16 16:30:00
1359 baxış

Digər xəbərlər

Azərbaycan Prezidentinin qəhrəman Vətən övladlarına ehtiram və qayğısının daha bir nümunəsi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi - həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində haqq - ədaləti bərpa etdi, xalqımızın uzun illər ərzində çəkdiyi yurd həsrəti başa çatdı. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə unudulmaz Zəfər salnaməsi yaradıldı, Qələbə dastanı yazıldı. Bütün dünya Azərbaycan dövlətinin gücünü, xalqımızın mübarizə ruhunu gördü. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə, eyni zamanda, tarixi ədalətin və milli ləyaqətin bərpası oldu.   Döyüş meydanında qətiyyətlə və əzmlə mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin igid əsgər və zabitlərinin cəsarət və fədakarlıq nümunəsi ortaya qoymaları xalqımızın qürur mənbəyidir. Biz iftixar edirik ki, onlar Vətən qarşısında borclarını şərəflə və ləyaqətlə yerinə yetirdilər, gələcək nəsillər üçün örnək vətəndaşlıq nümunəsi yaratdılar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəman Vətən övladlarına sonsuz minnətdarıq.   Bu gün Azərbaycan dövləti və cəmiyyəti şəhid ailələrinə, qazilərimizə xüsusi hörmət, yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı bu istiqamətdə son bir neçə ay ərzində müvafiq sənədlər imzalayıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalaması təqdirəlayiq hal kimi olduqca mühüm əhəmiyyətə malikdir.   Qeyd etmək lazımdır ki, Vətən Müharibəsində tarixi qələbənin əldə olunmasında digər bölgələrdə olduğu kimi, respublikamızın Ermənistanla ən böyük sərhədə malik bölgəsi Naxçıvanın da qəhrəman övladları yüksək rəşadət nümayiş etdiriblər. Sıravi əsgərdən polkovnik rütbəsi daşıyan zabitə qədər Naxçıvan hərbçiləri Ordumuzun xilaskarlıq missiyası çərçivəsində cəsarətlə döyüşərək şəhidlik zirvəsinə yüksəliblər.   Dövlət başçısının bəhs olunan Sərəncamı mühüm sosial və mənəvi əhəmiyyətə malik olmaqla, yüksək hörmət, ehtiram və qayğı nümunəsidir. Bütövlükdə, Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük Qələbənin qazanılmasında mühüm rol oynayan Naxçıvanın qəhrəman övladlarının, şəhidlərimizin ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması milli birliyimizi gücləndirən çox önəmli amillərdəndir.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
lham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Axar.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Hamısını oxu
Nərimanov rayonunda məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Bakı Avrasiya” Universitetinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar məktəblilər arasında “Cəbrayıl işğaldan azaddır!” mövzusunda rəsm müsabiqəsinə start verilir.   Müsabiqənin məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş Vətən oğullarının tanıdılması, Müzəffər Ordumuzun möhtəşəm qələbələrinin əks etdirilməsi, böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması, asudə vaxtının səmərəli təşkil edilməsidir.   Rəsmlər 29 sentyabr – 02 oktyabr 2021-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinə çatdırılmalıdır. Rəsmlər A3 formatda və çərçivədə olmalıdır.  

Hamısını oxu
“Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”

“Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm”. Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, xüsusi olaraq bir nüsxədə “Xilaskar” ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə  təltif olunsun.   Deputat Məlahət İbrahimqızı həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən “Ordu Marşalı” adı verilsin. Könül Cəfərli

Hamısını oxu