Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İmişlidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

Veteran.gov.az xəbər verir ki, İmişli rayonunda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunub. Yeni istifadəyə verilən bulağın açılış tədbiri keçirilib. Bulaq İmişli rayonunun Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Qurbanov Mayıl Mayis oğlunun xatirəsinə inşa edilib.

 

Açılış tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin yaxınları, məktəblilər və kənd sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icra başçısı 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Tədbirdə digər çıxış edənlər torpaqlarımızın azad olunmasında zabit və əsgərlərimizin göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyduqlarını söyləyiblər. Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Qeyd edək ki, şəhidimiz Mayis Qurbanov Qubadlı istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılıln azad olunmasına görə” medalları ilə təltif olunub.

 

2021-09-16 17:49:00
1169 baxış

Digər xəbərlər

Həzrət Əzizlini dəstəkləyən qazilər, idmançılar, muğamsevərlər...

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 2005-ci ildən ölkəmizdə Muğam Televiziya Müsabiqəsi keçirilir. Builki müsabiqəyə mayın 10-da start verilib. Muğam müsabiqəsinin keçirildiyi qısa zamanda televiziya ekranlarından daha əvvəl də tanıdığımız, bənzərsiz ifa tərzi ilə muğamsevərləri öz səsinin sehrinə salmağı bacaran Həzrət Əzizli müsabiqədə uğurla addımlayır, gözəl ifası, avazı ilə muğamsevərləri valeh edir. Bu həftə Həzrətin ifasını dinləməyə gələnlər arasında “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev və Biləsuvar rayonundan gəlmiş Vətən müharibəsi qaziləri, Məhərrəm Aslanov, Ramin Şirinov, Əlihüseyn Şahbazli, Nurlan Qurbanov, Əli Qurbanov və Biləsuvarın hörmətli insanlarından olan beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, Xocalı idman klubunun direktoru Ehram Məcidov da var idi. 1001info.az Ehram Məcidovdan müsahibə alıb. Məşhur idman xadimi Vətən muharibəsi Qəhrəmanları, Qazilərlə birlikdə Mugam Müsabiqəsində Həzrətə dəstək olduqlarını vurğulayıb, gənc ifaçının bənzərsiz ifasından böyük zövq aldıqlarını söyləyib.Biləsuvar rayonun fəxri, Azərbaycan muğamının istedadlı gənc ifaçısı, gələcəyin böyük sənətkarı kimi yetişməkdə olan Həzrət Əzizlininin üzərində böyük əməyi olan müəllimi , gözəl sənətkar Aytən Məhərrəmovaya Biləsuvar rayon əhalisi adından, idmançılar adından dərin təşəkkürünü bildirib. Ehram Məcidov və onunla birğə müsabiqədə qonaq olan qazilər yaranmış imkandan istifadə edib muğam müsabiqəsinin təşkilatçılarına, xalqımızın mədəni irsinin, mənəvi dəyərlərinin qorunub saxlanmasında müstəsna xidməti olan Mehriban xanım Əliyevaya böyük hörmət və təşəkkürlərini çatdırıblar. Millixeber.az

Hamısını oxu
Ordu quruculuğu - böyük Qələbəni təmin edən vacib amil

Hamısını oxu
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)  məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı  fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu
“Vaşinqton Bəyannaməsi İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və həmin görüşün yekununda imzalanmış Birgə Bəyannamə İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğur Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini təmin etməklə yanaşı, regional tərəqqi baxımından da böyük imkanlar açdı: “Prezident İlham Əliyevin səyi ilə imzalanan Vaşinqton Bəyannaməsi uzun müddətidi ki, Cənubi Qafqazda mövcud olan hərbi kataklizmlərə, münaqişə və qarşıdurmalara son qoydu. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə siyasi müstəvidə möhkəmləndi. Cənubi Qafqazda sülh və təhlükəsizlik de-fakto təmin edildi. Vaşinqtonda sülh mətninin paraflanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün də ciddi zəmin formalaşdırdı. Ermənistan konstitusiyasıdan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxaracağı təqdirdə, sülh müqaviləsinin imzalanması üçün heç bir ciddi problem qalmayacaq. Vaşinqton Bəyannaməsinin digər bir önəmi Cənubi Qafqazda iqtisadiyyat və sosial rifahın yüksəlməsi üçün yeni imkanlar açması ilə bağlıdır. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması regiona böyük miqdarda investisiyasının cəlb edilməsini, mövcud imkanlardan maksimum şəkildə istifadəni sitimullaşdırdı. Bu isə yalnız Azərbaycanın deyil, bütün regionun adına böyük uğurduyr. Bu misilsiz uğurun müəllifi isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Əminliklə demək olar ki, 8 Noyabr zəfəri kimi 8 avqust zəfəri də tarixin yaddaşında dövlətimizin böyük, təkrarsız nailiyyəti kimi daim yaşayacaq və hər zaman iftixar hissi ilə yad ediləcək”. Seymur ƏLİYEV  

Hamısını oxu