Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”

 

“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .

 

Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:

 

“Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.

 

Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.

 

Seymur ƏLİYEV

 

2021-09-17 11:27:00
1219 baxış

Digər xəbərlər

TƏBİB şəhidlə bağlı məlumat yaydı

Dmitriy Solntsev Aleksandoroviç Bakıda anadan olub. Orta və ali təhsilini də burada bitirib. Azərbaycan ordusunda hərbi xidmət keçib. Publika.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, o, 2020-ci ilin mayından pandemiya dövründə könüllü olaraq TƏBİB sıralarına qatılıb. TƏBİB-in tabeliyində olan müəssisələrdə biomühəndis kimi fəaliyyət göstərirdi.Dmitriy Solntsev bu ilin sentyabrında könüllü olaraq Vətən Müharibəsinə yollanıb. Oktyabrın 23-ü Qubadlı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq isə heç şübhəsiz ki, əsl vətənpərvərlik nümunəsidir və Azərbaycanın milliyyətindən asılı olmayaraq burada yaşayan hər kəs üçün müqəddəs olduğunun göstəricisidir...

Hamısını oxu
Ermənistan təxribatına layiqli cavab verildi

Hamısını oxu
İlham Əliyevin hakimiyyəti dövründə yetişən NƏSİL - Onlar İNANILMAZI BACARDI

“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Publika.az-ın xəbərinə görə, bunu Preizdent İlham Əliyev Şuşaya səfəri çərçivəsində Cıdır düzündə çıxışı zamanı deyib. “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü”.

Hamısını oxu
Möhkəm təməl üzərində qurulan əməkdaşlıq

Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub.2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.Statistikaya görə Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir.Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaq. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik.Prezident İlham Əliyevin carı ilin 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyət məqsədlə münasibətlərimizin möhkəm qanunvericilik bazasını yaradırıq.Cari ilin 24 aprel tarixində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”; “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”; “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qırğız Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Nazirlər Kabineti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında 2024-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı”; “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətdə statistik məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”; “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”; “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”; “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”; “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” Azərbaycan-Qırğızıstan arasında əlaqələrin daha da şaxələnəcəyindən xəbər verir.Ötən həftə Bakı şəhərində hər iki ölkənin dövlət başçısının iştirakı ilə Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılış mərasimu oldu. Abidə dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu