Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib

Veteran.gov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib.

 

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq"  mövzusunda təqdimatla çıxış edib.

M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.

 

Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

 

2021-09-17 14:53:00
1127 baxış

Digər xəbərlər

"SOS" mühafizə xidməti Zəfər bayramını şəhid ailələri ilə birlikdə qeyd edib

Peşəkar mühafizə xidməti "Security Operation Services" MMC-nin əməkdaşları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailə üzvləri ilə birlikdə yeni açılmış "Zəfər" parkını ziyarət ediblər. "AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin şəxsi heyəti və kollektivi şəhidlərimizin əziz xatirələrinə hörmət əlaməti olaraq, şəhid ailə üzvləri ilə birgə üçrəngli bayrağımızla yürüş edərək, abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir bir süfrə arxasında davam etmişdir. Qeyd edək ki, "SOS" mühafizə xidməti abidənin təməli qoyulan dövürdə də "Zəfər" parkını ziyarət edib. Tədbirdə Respublika Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov, Xətai rayonu Ağsaqqalar şurasının sədri, şəhid atası Mürvət Rüstəmov, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov da iştirak etmişdir. "SOS" MMC-də çalışan şəhid ailələrinin üzvlərinə, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə və veteranlarına möhtəşəm zəfərimizin dördüncü ildönümü ilə bağlı pul mükafatı təqdim olunub. Tədbirdə milli qəhraman Riad Əhmədovun bacısı, əməkdar incəsənət xadimi, bəstəkar Mehriban xanım Əhmədova da iştirak etmiş, tədbir üçün hazırlanan videorolikdə Aygün Bəylərin ifası altında "Mənim Xalqım" mahnısından istifadə olunmuşdur.      

Hamısını oxu
“Azərbaycan Ordusu qələbənin, qürurun və dövlətçilik əzminin rəmzidir”

“Azərbaycan dövlətçiliyinin ən möhtəşəm sütunlarından biri olan milli ordumuzun tarixi xalqımızın azadlıq, müstəqillik və vətən sevgisi ilə yoğrulmuş şərəf salnaməsidir. Bu salnamənin hər səhifəsində qəhrəmanlıq, fədakarlıq, vətənə sədaqət və milli ruhun təntənəsi yaşayır.”.  Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteeranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Ordusu Cümhuriyyət dönəmində də böyük uğurlara imza atıb: “1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov yeni hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular. Hərb sahəsində ilk böyük uğur 1918-ci il sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı, milli ordunun gücünü və xalqın iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Azadlıq Meydanında - Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Lakin Milli Ordumuzun ömrü uzun olmadı. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı. Bununla belə, milli ordu ideyası xalqın yaddaşından silinmədi, gələcək nəsillərin qəlbində müqəddəs amal kimi yaşadı. Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün və misilsiz təşkilatçılıq qabiliyyətinin nəticəsidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünərək milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olunması bunun ən parlaq nümunəsidir. Ulu Öndər yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin zabitlər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıq salnamələri yazaraq xalqımızın sonsuz rəğbətini qazandılar”. Polkovnik Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna xüsusi diqqət yetridiyini vurğulayıb: “Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda əsaslı dönüş yarandı. Ordumuzda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş ruhu yüksəldildi. Məhz həmin dövrdə xalqda və orduda qələbəyə qəti inam formalaşdı. Azərbaycan Ordusunun ilk ciddi sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu uğurlu əməliyyatlar Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi və gələcək böyük zəfərlərin müjdəçisi oldu. Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Həmin gündən etibarən bu tarix xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı, döyüş hazırlığı daha da gücləndirildi. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü ordusuna çevrildi və dünyanın ən qüdrətli hərbi qüvvələri sırasında öz layiqli yerini tutdu. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, bu da ölkəmizin hərbi potensialının güclənməsinə mühüm töhfə verir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını bildirib: “2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi. Bu gün XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyatları dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Dövlətimiz tərəfindən döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçular yüksək orden və medallarla təltif edilmiş, şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir. Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir, yeni komando birlikləri yaradılır, müasir silah və texnika arsenalı genişləndirilir. Qəhrəman əsgər və zabitlərimiz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyurlar. Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı bütün veteranlarımızla birgə Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi, qürur və təntənə ilə qeyd edir. Xalqımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin qüdrətinin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün əbədi qorunacağına dərin inam nümayiş etdirir. Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları, ehtiyatda olan zabitləri və hərbi qulluqçuları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq. Qoy qüdrətli Azərbaycan Ordusu daim zəfərdən zəfərə yürüsün, üçrəngli bayrağımız ölkəmizin hər guşəsində əbədi dalğalansın! Qoy Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dövləti daha böyük uğurlara imza atsın! Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın xalq - ordu birliyi!”  

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçısı Tofiq Hüseynov vəfat edib

101 yaşlı müharibə veteranı Tofiq Hüseynov vəfat edib.  Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Tofiq Hüseynovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınların dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!      

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı hərbi hissədə keçirilən tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda  tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin  500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.  

Hamısını oxu