Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Texniki Universitetində 27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU)  27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə rektor Vilayət Vəliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, həmçinin universitetin əməkdaşları iştirak edib.

Əvvəlcə torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Rektor Vilayət Vəliyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bütün dünyaya Azərbaycan ordusunun gücünü nümayiş etdirib. Bu müharibə həm də düşmən üzərində müasir texnika və texnologiyalardan istifadə etməklə də qələbə qazanmağın mümkünlüyünü sübut edib. Rektor qələbənin qazanılmasında AzTU-nun 240-dan çox tələbə və məzununun da iştirakının qürurverici olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasında 28 nəfər şəhidlik zirvəsinə ucalıb. Azərbaycan bayrağını işğaldan azad olunmuş Suqovuşanda dalğalandıran əsgər İlkin Fərzəliyev də AzTU-nun məzunu olub. Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Elnur Allahverdiyev, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisi, polkovnik Aqil Babayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Suqovuşanda Azərbaycan bayrağını yüksəldən Vətən müharibəsi iştirakçısı, AzTU-nun məzunu İlkin Fərzəliyev, AzTU-nun prorektoru Çetin Elmas Azərbaycan xalqının 44 günlük müharibədə dəmir yumruq kimi birləşdiyini xüsusi qeyd ediblər.

 

Bildirilib ki, 44 günlük müharibə Azərbaycan gənclərinin Vətən sevgisinin böyüklüyünü nümayiş etdirib. Düşmənin “yenilməz Ermənistan ordusu” barədə yaratdığı miflər “Dəmir yumruq” hərbi əməliyyatı zamanı 44 gün ərzində məhv edilib.

 

Qeyd olunub ki, vaxtilə işğal altında olan torpaqlarımızda tarixi Qələbədən sonra həyat canlanıb.  

Çıxışlardan sonra AzTU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Tədbir Anım Gününə həsr olunan şeirlər və tələbələrin ifasında təqdim olunan “Xudayar təsnifi” ilə başa çatıb. 

 

2021-09-28 09:23:00
1250 baxış

Digər xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.    Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Hamısını oxu
AFFA Millinin oyunlarından əldə olunan gəlirin bir qismini Qarabağ Dirçəliş Fonduna ianə edəcək

Veteran.gov.az xəbər verir ki, sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10%-i Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.   Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündür. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.   Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün vahid və əlçatan platformadır.   İanələrin köçürülməsi ilə bağlı daha ətraflı burada: https://qdf.gov.az/iane-et/  

Hamısını oxu
“Heydər Əliyev məktəblilərin gözü ilə” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki,Müharibə Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 01 may  2023-ci ildə Bakı şəhəri   Səbail rayonu Badamdar qəsəbəsində  tədbir təşkil ediblər. Tədbir  329 saylı tam orta məktəbdə  baş tutub. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev məktəblilərin gözü ilə”adlı tədbirdə Səbail rayon VT-nın sədri Adilə Yaqubova, məktəbin direktoru  Elnur Mirzəyev, şagird və müəllim kollektivi İştirak etdilər. Tədbiri məktəbin direktoru  Elnur Mirzəyev açdı. O,qonaqları tədbir iştirakçılarına təqdim etdi . Ulu Öndər Heydər Əliyevin və onun timsalında torpaqlarımızın qorunması yolunda şəhidlik zirvəsinə yüksələn soydaşlarımızı bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən polkovnik Adil Haqverdiyev bildirib ki, Ulu Öndər Heydər  Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən polkovnik qeyd etdi ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır: “Heydər Əliyev  siyasətini uğurla davam etdirən, bizim əzimkar, qətiyyətli Prezidentimiz Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva  ilə birlikdə uşaqlaın və gənclərin yaxşı təhsil almaları üçün daima onlara diqqət və qayğı gostərirlər.Yeni-yeni təhsil mərkəzlərinin təmiri və tikintisi buna əyani sübutdut. Mənim siz şagirdlərə tövsiyəm odur ki, valideynlərinizin zəhmətinin dəyərləndirib, müəllimlərinizin tapşırıqlarını səylə yerinə yetirib, ölkəmizin dəyərli vətəndaşları olasınız”. Daha sonra Nəbi Hacıyev və Adilə Yaqubova çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.          

Hamısını oxu
Nəsimi rayonunda xalqa xidmət nümunəsi: Təbiətə sevgi, milli-mənəvi dəyərlərə ehtiram, vətəndaşlara həqiqi qayğı...

Vətəndaşlara qayğı, onların sosial rifahının, həyat şəraitinin yüksəldilməsi, ekoloji mühitin yaxşılaşdırılması, mili-mənəvi dəyərlərin təbliği dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biri, başlıca fəaliyyət istiqamətidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də  dəfələrlə öz çıxış və müsahibələrində bu amillərin vacibliyinə toxunmuş, məmurları xalqla daha çox təmasda olmağa, xalqa xidmət etməyə, təvazökar davranmağa səsləmişdir. Dövlət başçısının “Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” ifadəsi də dövlətimizin xalqa, vətəndaşa, onun qayğı və problemlərinin həllinə nə qədər böyük önəm verdiyini göstərir. Bu mənada Bakının Nəsimi rayonunda görülən işlər, həyata keçirilən layihələr, vətəndaşların arzu və ehtiyaclarına olan həssas münasibət Prezidentin tapşırıqlarının praktiki icrası baxımından gözəl örnək, layiqli nümunədir. Nəsimi rayonundakı xalqa xidmət nümunəsinin miqyas və əhəmiyyətini anlamaq üçün bəzi nünslara diqqət yetirmək kifayətdir. Artan yaşıllıqlar, davamlı abadlıq işləri və kütləvi iməcliklər... Nəsimi rayonunda görülən işlər fonunda diqqət çəkən ən mühüm məqamlardan biri dövlət başçısının çağırışına uyğun olaraq rayon ərazisindəki yaşıllıqların genişləndirilməsi, ekoloji mühitin davamlı şəkildə yaxşılaşdırılmasıdır. Bu, özünü park və xiyabanlarıkı yaşıllıqların timsalında daha aydın göstərir. Bununla yanaşı, son illər rayon ərazisindəki küçə və yolların kənarında, eləcə də məhəllələrin daxilində minlərlə ağac əkilib ki, bu da təbiətə qayğının sistemli hal aldığını göstərir. Rayon ərazisində əkilən ağaclar sırasında şam ağacları ilə yanaşı, zeytun və çinar ağacları çoxluq təşkil edir ki, bu da yerli iqlimə uyğun ağacların seçiminə daha çox üstünlük verildiyini göstərir. Nəsimi rayonunda abadlıq işlərinin həyata keçirilməsi də sistemli və mütəmadi şəkildə aparılır. Görülən işlər çərçivəsində binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri həyata keçirilir. Parklarda yararsız vəziyyətə düşən oturacaqların təmiri, tamet daşlarının yenilənməsi, kiçik tutumlu zibil konteynerlərinin quraşdırılması, sanitar-təmizlik işlərinin aparılması, ağac və yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi də başlıca fəaliyyət istiqamətlərindəndir. Nəsimi rayonunda iməcliklərin keçirilməsinə də xüsusi diqqət yetirilir, bu iməcliklər zamanı prospekt və küçələr, səki kənarları, bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, vitrinlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənir, yaşıllıqlara qulluq göstərilir. Nümunə üçün qeyd edək ki, 15 mart 2025-ci il tarixində Nəsimidə ümumrayon iməcliyi çərçivəsində prospekt və küçələrin yuyulub təmizlənməsi, yaşıllıqlara daha genişmiqyaslı qulluğun göstərilməsi təmin edilmişdir. Bundan başqa, cari ilin aprel ayında rayon ərazisində bir neçə dəfə iməcliklər təşkil edilmiş, bu iməcliklər zamanı genişmiqyaslı təmizlik işləri ilə yanaşı, həm də gənc nəsildə ekoloji mədəniyyəti inkişaf etdirməyə yönəlik maarifləndirici addımlar atılmışdır. Milli-mənəvi dəyərlərə sadiqlik, qəhrəmanların cəmiyyətə tanıdılması, şəhidlərə sonsuz ehtiram... Nəsimi rayonunda milli-mənəvi dəyərlərin təbliğinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də mühüm diqqət yetirilir, hər ay bu istiqamətdə böyük tədbirlər, önəmli layihələr icra edilir. Bu tədbirlərə qəhrəmanların cəmiyyətə tanıdılması, onların göstərdiyi igidliklərin təbliğ edilməsi, şəhdilərin doğum və anım günərinin qeyd olunması, Ulu öndər Heydər Əliyevdən bəhs edən ədəbi-bədii kompozisiyaların keçirilməsi və s. daxildir. Bunü nümunə olaraq 10 may 2025-ci il tarixində Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun doğum gününün rayon rəhbərliyi və ictimaiyyətinin birgə iştirakı ilə ehtiramla yad edilməsini göstərmək olar. Həmin gün şəhidin məzarı ziyarət edilmiş, məzar üzərinə gül-çiçək dəstələri düzülmüş, şəhidin xatirəsinə ehtsan süfrəsi verilmişdir. Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliuyev və onun ideyalarının təbliğinə də xüsusi diqqət yetirilir, bu yöndə çoxsaylı tədbirlər keçirilir. Bu qəbildən olan tədbirlərdən biri cari ilin may ayında Nəsimi rayonu Tahir Həsənov adına 23 № li tam orta məktəbdə keçirilmiş,  Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı “Vətənə, xalqa həsr olunan ömür” adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Milli-mənəvi dəyərlərimizin təbliği və qəhrəmanlarımızın cəmiyyətə tanıdılması istiqamətində Nəsimi Rayon İcra Hakimiyyətinin rəsmi saytının da fəaliyyəti olduqca təqdirəlayiqdir. Saytda rayon ərazisində keçirilən tədbir və görülən işlərlə yanaşı,  şəhidlərin doğum və anım günləri ilə bağlı da mütəmadi məlumatlar verilir, onlar haqqında informasiyalar təqdim olunur. İcra Hakimiyyəti sayt vasitəsilə milli dövlətçilik maraqlarımızın təbliği istiqamətində geniş iş aparır, gənclərin Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev ideyalarından faydalanması üçün bütün mümkün imkanlardan sitifadə edir. Məhz görülən bütün bu kompleks işlərin nəticəsidir ki, bu gün Nəsimi rayonu paytaxt rayonları arasında xüsusilə seçilir və öz sürətli inkişafı ilə diqqət çəkir. İnanırıq ki, Nəsimi rayonunda mövcud olan bu ənənə sonrakı illərdə də davam edəcək və paytaxtımızın, respublikamızın ümumi inkişafına bundan sonra da öz töhfəsini verəcək. Seymur ƏLİYEV  

Hamısını oxu