Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.

 

Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.

 

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

 

2021-09-29 08:40:00
859 baxış

Digər xəbərlər

İmişli Rayon Veteranlar Təşkilatına yeni sədr seçilib

5 mart 2026-cı il tarixində İmişli Rayon İcra Hakimiyyətində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İmişli Rayon Təşkilatının hesabat tədbiri keçirilib. Tədbirdə  “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  sədr müavini ədliyyə polkovniki İmran Əhmədov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birnci müavini Mirzə Quliyev, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak ediblər. Tədbirdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısından bəhs edib, bu münasibətin hər bir vətəndaş üçün nümunə olduğunu bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov müasir dövrdə veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub. Sədr müavini qeyd edib ki, veteranlar müharibə zamanında olduğu kimi, post-müharibə dönəmində də Müzəffər Ali Baş Komandanın hər bir çağırışına çevik şəkildə cavab verməli, dövlətimizin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra əmək veteranı Rahim Zaidovun İmişli Rayon Veteranlar Təşkilatının sədrliyinə namizədliyi irəli sürülüb və Rahim Zaidov yekdilliklə rayon təşkilatının sədri seçilib.  Ədliyyə polkovniki İmran Əhmədov Rahim Zaidova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  

Hamısını oxu
Zəfər təntənəsi: milli güc amili və qardaşlıq dastanı

Hamısını oxu
İlham Əliyev: “Bayraktar” uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı”

“Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənaye məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik yer tutur”. Bu sözləri bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliklərə səbəb olub. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş olduğunu bir daha gördü”, - ölkə başçısı bildirib.

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılışı olub

Açılışda Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri də iştirak edib Veteran.gov.az xəbər verir ki, Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub. Büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub. Şəhidin anım günündə reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri,  qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, rayon Veteranlar Təşkilatının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Cəlilabad İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Rəşad Abdullayevin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Rəşad Abdullayevin atası Arif Abdullayev, anası Sevil Abdullayeva, şəhidin həyat yoldaşı, yaxınları və digər çıxış edənlər öz şücaəti ilə tarix yazan şəhidlər haqqında danışıb, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu söyləyiblər. Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  Ədalət  Salmanov,  Cəlilabad rayon  Veteranlar Təşkilatının sədri       

Hamısını oxu