Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vüsal Quliyev: “QHT-lər Ermənistanın terror aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək”

“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”.


Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.

 

V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək.

Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.

 

 

 

2021-10-05 09:40:00
1503 baxış

Digər xəbərlər

Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda beynəlxalq onlayn elmi konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, 12 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən “Tibbi Biotexnologiya sahəsində Yeniliklər” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd tibbi biotexnologiya sahəsində aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi, müasir yanaşmaların və innovativ texnologiyaların təqdim edilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən yerli və xarici mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi olub. Tədbirdə Azərbaycan, Türkiyə və Kipr universitetlərini təmsil edən alim və mütəxəssislər iştirak edərək tibbi biotexnologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Çıxışlarda biotexnologiyanın tibbdə tətbiqi, müasir laborator tədqiqat metodları, infeksion xəstəliklərin diaqnostikasında yeni yanaşmalar, molekulyar biologiya və genetik tədqiqatların perspektivləri kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb. Konfrans çərçivəsində təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb. Onlayn formatda təşkil olunan konfransda müxtəlif elmi və tibbi müəssisələri təmsil edən tədqiqatçılar, həkimlər, müəllimlər, tələbələr və bu sahəyə maraq göstərən mütəxəssislər daxil olmaqla 200-ə yaxın iştirakçı qoşulub. Konfransın sonunda iştirakçılar belə elmi platformaların tibbi biotexnologiya sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynadığını qeyd ediblər. Tədbirdə iştirak edənlərə elektron sertifikatların təqdim olunacağı bildirilib.

Hamısını oxu
"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub

Veteran.gov.az xəbər verir ki, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, X-men şirkətinin rəhbəri Vüsal Bayramov, Guess, Santoni, Ayans, Meqa, Armani, Bilyoner, Avva, Versaci, Klimber, Kinq, şirkətlərinin rəhbərləri, iş adamlarıAnar Xasməmmədov, Aqil Mahmudov qardaş ölkəmiz olan Türkiyədəki soydaşlarımıza dəstək aksiyasına qoşulub. Bu gün "Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  idarə heyəti və fəal üzvləri qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişmiş çoxsaylı soydaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmək məqsədilə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliyin önünə gələrək təlafat qurbanlarının ruhlarına dualar oxuyaraq tər qərənfil düzüblər. Sonra Dayaq"  Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək  Təşkilatı-nın  İdarə Heyəti və fəal üzvləri qardaş Türkiyədə zəlzələdən əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə topladıqları zəruri ləvəzimatları Bakı şəhəri Abbas Səhhət küçəsində nəzərdə tutulan Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirərək öz soydaşlıq borclarını yerinə yetiriblər. Təşkilat sədri Qalib Əliyev çıxışında qardaş Türkiyədə təbii fəlakət nəticəsində dünyasını dəyişmiş insanların vaxtsız ölümündən kədərləndiklərini, sarsıldıqlarını dərin hüznlə ifadə edib. Təşkilat rəsmiləri qeyd ediblər ki, Türkiyənin acısı Azərbaycanın acısıdır, Türkiyənin dərdi, Azərbaycanın dərdidir! Oğuzdan gələn Azərbaycan Türkiyə qardaşlığı, birliyi daimidir, əbədidir. Var olsun Azərbaycan Türkiyə qardaşlığı!

Hamısını oxu
Mehriban Əliyevadan şəhid ailələrinə böyük jest

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Уважаемый Джалил Маликович!   Поздравляем Вас с избранием Председателем Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики.   Желаем Вам успехов в поддержке и защите ветеранов в Вашей прекрасной стране.   Лично Вам хорошего здоровья, благополучия необходимого для работы с ветеранами.         С уважением,   ПредседательКомитета «Ветеранов Чернобыльцев» лиц, пострадавших от катастрофы на  Чернобыльской атомной электростанции     Владимир Каменков

Hamısını oxu