Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr olunan tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 30 illiyinə həsr olunan tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fatma Səttarova bu tarixi günün əhəmiyyətinə diqqət çəkib, müstəqilliyin hər bir xalq üçün qürur mənbəyi olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov xalqımızın Azərbaycan Xalq Cümhuriyyəti dönəmində müstəqillik qazandığını, lakin bu müstəqilliyin cəmi 23 ay davam etdiyini bildirib. polkovnik qeyd edib ki, yalnız 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi.

 

Müstəqilliyyimizin möhkəmlənməsində, dövlətimizin hərbi, iqtisadi, siyasi və digər müstəvilərdə güclənməsində ümummilli lider Heydər Əliyevin roluna diqqət çəkən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin sayəsində bu prosesin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdirildiyini söyləyib.

 

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdosiyyə Əhmədova AXC və 90-cı illərin əvvəllərində əldə edilən dövlət müstəqilliyimizlə bağlı tarixi məqamları şərh edib. Tarixçi alim qeyd edib ki, AXC dönəmindən fərqli olaraq, xalqımız son 30 ildə öz müstəqilliyini nəinki qoruyub saxladı, onu regionun ən güclü dövlətinə çevirməyə nail oldu.

 

Bəzi dövlət və güclərin bu gün də Azərbaycanla bağlı siyasətində ciddi ədalətsizliyə yol verdiyinə diqqət çəkən tarixçi alim, bütün bu təzyiqlərə tab gətirmək, dövlətimizin maraqlarını qətiyyətlə müdafiə etmək üçün xalqın dövlətimiz, dövlət başçımız ətrafında sıx birləşməsinin vacibliyini qeyd edib.

 

F.Əhmədova həmçinin qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qalibiyyəti əvvəlki dönəmlərədən fərqli olaraq, builki 18 oktyabr tarixinin daha yüksək əhval-ruhiyyədə qeyd edilməsinə səbəb olub.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadrlar şöbəsinin müdiri Bəhram Zahidov bəzi qonşu dövlətlrin ölkəmizə təzyiq göstərmək cəhdlərinə diqqət çəkib, hazırkı həssas məqamda bütün veteranları dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb. Professor qeyd edib ki, eyniylə Vətən müharibəsində olduğu kimi vətəndaşlarımız bu gün də Prezident İlham Əliyevin hər bir çağırışını dəstəkləməli, milli maraqlarımızın müdafiəsində ciddi aktivlik və ayıq-sayıqlıq sərgiləməlidir.

 

Tədbir maraqlı müzakirələrlə davam edib.

 

 

 

2021-10-15 14:02:00
1252 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:  

Hamısını oxu
Millət vəkili və icra başçısı şəhdilərin xatirəsinə inşa olunan bulağın açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışında Şamaxı rayonundan millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.   Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.   Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.   Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.   Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb. Subay idi.   Yusif Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.   Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Əliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.   İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.   Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Geosiyasi çağırışlara uğurlu cavab

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş, prinsipial siyasət yürüdən dövlət kimi təsdiq edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsində həlledici rol oynayır.2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.Son səfər və müsahibə göstərir ki, iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu görüş 2024-cü ilin iyul ayında baş tutub və bu görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Həmin görüşdə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Aprel səfəri çərçivəsində isə iki ölkə arasında "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat" imzalanıb. Bu sənədin imzalanması, eyni zamanda müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin qəbul edilməsi, əməkdaşlığın hərtərəfli və dərin olduğunu təsdiqləyir. Milli maraqlara hörmət və qarşılıqlı dəstək də əsas diqqət çəkən məqamlardır.Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir.Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu "Çinin yaxın dostu" adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub.Çin modeli və Azərbaycanda islahatlar barədə də bəzi nüansları qeyd etmək yerinə düşər.Çinin modernləşməsi və iqtisadi tərəqqisi bir çox ölkələr üçün olduğu kimi Azərbaycan üçün də ilham mənbəyi olub. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın daxili sabitliyi qorumaq, iqtisadi islahatlar aparmaq və sosial rifahı artırmaq siyasəti Çinin inkişaf təcrübəsindən bəhrələnərək həyata keçirilib. Azərbaycanın bu gün malik olduğu möhkəm iqtisadi təməl və aşağı səviyyədə xarici borc, yoxsulluğun və işsizliyin azalması, yaşıl enerji strategiyası da bu müsbət təsirlərin bariz nümunəsidir.Bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.İqtisadiyyatla yanaşı humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi prioritetdir.İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda Çin dili və mədəniyyəti ilə bağlı layihələrin icrası, həmçinin Çində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması bu siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev Çində Çin-Azərbaycan Universitetinin yaradılmasını da vacib perspektiv kimi qeyd etdi.Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında viza rejiminin tamamilə aradan qaldırılması oldu. Azərbaycan bir il əvvəl birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə hər iki ölkə arasında qarşılıqlı vizasız gediş-gəliş tətbiq edilir. Bu addım turizm, xalqlar arasında əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açır. Statistikaya baxanda görünür ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Prezident İlham Əliyev qeyd etdi ki, Çin hazırda Azərbaycanın idxal baxımından birinci, ümumi ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Azərbaycanın Çində açdığı 6 Ticarət Evi isə məhsulların Çinə ixracını təşviq edir.Hesab edirəm ki, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səslənən fikirlər Azərbaycanın yeni dünya düzənində layiqli yer tutduğunu və beynəlxalq əməkdaşlıqda balanslı siyasət yürütməyə davam etdiyini göstərir. Azərbaycanın prinsipial mövqeyi — suverenlik, müstəqillik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər — ölkəmizi yeni imkanlar qarşısında daha da gücləndirir.Nəticə etibarilə, dövlətimizin başçısının bu müsahibəsi, Azərbaycanın xarici siyasətinin düzgün, uzaqgörən və dinamik olduğunu bir daha təsdiq edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Cəlil Xəlilov: "Ordudakı islahatlar dövlətimizin müdafiə qüdrətini daha da artıracaq"

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı müşavirədə bir çox məsələlərlə yanaşı, ordudakı islahatlara da toxunub, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayının artırıldığını, bu prosesin davam etdiriləcəyini bildirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov aparılan islahatların Azərbaycanın müdafiə qabiliyyətini daha da artıracağını vurğulayıb: “Dövlət başçısı müşavirədəki çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırılıb və bu proses gələcəkdə də davam edəcək. Ordudakı son islahatlarla bağlı diqqət çəkən məqamlardan biri də yeni qoşun növünün - Komando növünün yaradılması ilə bağlıdır. Ali Baş Komandan müşavirədə komandoların sayını ildən-ilə artıracağını bildirdi. Hesab edirəm ki, bu islahatlar əsasən 44 günlük Vətən müharibəsinin nəticə və gedişatından qaynaqlanır. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələr işğalçılar üçün əsl kabusa çevrildi, erməni faşizminin məğlub edilməsində mühüm rol oynadı. Məhz bu baxımdan Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması, onların təchizatının, döyüş hazırlığının daha da yüksəldilməsinə xüsusi diqqət yetirilir. Komanda qoşun növünün yaradılması gerçəyi də məhz bu amillə əlaqədardır”. Polkovnik qeyd edib ki, Azərbaycanın maliyyə imkanları, iqtisadi gücü istər Xüsusi Təyinatlı Qüvvələrdə, istərsə də Komanda qoşun növündə xidmət edən əsgərlərin sayının artırılmasına, onların təchizatının daha da gücləndirilməsinə imkan verir: “Ali Baş Komandan açıq şəkildə qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin artırılması bundan sonra da həyata keçiriləcək və hərbi məsələlərin həlli üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, o qədər də vəsait ayrılacaq. Yəni hərbi məsələlərin həlli, ordudakı islahatların davam və inkişaf etdirilməsi üçün heç bir maliyyə problemi yoxdur. Dövlətimizin maliyyə imkanları, iqtisadi gücü bu islahatların dərinləşməsinə imkan verir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə biz daha güclü, daha qüdrətli orduya sahib olacağıq”.  

Hamısını oxu