Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü münasibəti ilə veteranlarla növbəti görüş keçirilib.

 

Veteran.gov.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onları qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik edib, bu zəfərin tarixi önəminə diqqət çəkib. Təşkilat sədri qeyd edib ki, bu zəfər Azərbaycan ordusu ilə yanaşı, həm də Azərbaycan xalqının gücünü, onun həmrəylik və fədakarlıq keyfiyyətini bütün dünyaya göstərdi.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi qələbənin Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Sədr müavini qeyd edib ki, bu zəfər erməni işğalına son qoymaqla yanaşı, xalqımızın mübarizlik əzmini, ədalətsizliklə barışmazlıq keyfiyətini dünyaya nümayiş etdirdi.

 

Daha sonra çıxış edən veteranlar Vətən müharibəsində əldə edilən qələbənin önəmindən bəhs edib, veteranlara, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

 

Tədbirin sonunda veteranlara xüsusi mükafatlar və bayram sovqatları təqdim edilib.

 

2021-11-05 12:24:00
1528 baxış

Digər xəbərlər

Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.   Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib, onun müalicəsi ilə maraqlanıb.  Ziyarətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Anna Xarkovskaya Bakı Sağlamlıq Mərkəzinin tibbi personalının müalicəsinə həssaslıqla yanaşdığını, ona hərtərəfli diqqət və qayğı göstərdiyini vurğulayıb, həkim kollektivinə öz təşəkkürünü bildirib.  O, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru  Dos.Dr.Asiman Həsənova da müalicəsi ilə mütəmadi maraqlandığına görə minnətdarlığını bildirib. Veteranların xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, dövlət başçısının hər zaman şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb, bu münasibətin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, həkimlərimiz Vətən müharibəsi dönəmində də ordumuzla çiyin-çiyinə səngərlərdə yer alıb, yaralanan minlərlə hərbçimizi öz fədakarlıqları, peşəkarlıqları ilə həyata qaytarıb. Polkovnik bu gün də həkimlərin veteranların, müharibə əlillərinin müalicəsinə həssaslıqla yanaşdığını söyləyib, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından təşəkkür edib. Seymur ƏLİYEV  

Hamısını oxu
"Dayaq" Təşkilatından Qazi Şirinov Ramin Şahin oğluna etimad...

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib   Veteran.gov.az xəbər verir ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. "Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik! Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi 44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

Hamısını oxu
Azərbaycan ordusu aprel döyüşlərini hər an təkrarlaya bilər

“Aprel döyüşləri erməni ordusu ilə bağlı yaranan “mifi” alt-üst etdi. Sübut olundu ki, Azərbaycan ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib O bildirib ki, aprel döyüşlərindən öncə erməni tərəfindən yayılan yalan informasiyalar bu zəfərdən sonra bir daha aşkara çıxdı: “Həm dünya ölkələri, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan ordusu nə qədər güclüdür, silahların arxasında əzmlə dayanan əsgərlər və zabitlərimizin döyüşlə bağlı mənəvi, psixoloji hazırlığı yüksək səviyyədədir. Aprel döyüşlərində əldə olunan əsas qələbələrdən biri torpaqlarımızın müəyyən hissəsinin işğaldan azad edilməsi oldu. Bu baxımdan aprel döyüşləri bizim qürur mənbəyimizdir”. C.Xəlilov söyləyib ki, Böyük Aprel qələbəsi Azərbaycan tarixinə şərəfli tarix kimi daxil olub: “3-4 gün müddətində davam edən döyüşləri heç zaman unutmayacağıq. Azərbaycan ordusu bu gün də həmin döyüşlərə sadiqdir. Ordumuzun hazırkı döyüş hazırlığı, mənəvi-psixoloji durumu 3 il bundan öncəkindən də yüksəkdir”. Polkovnik vurğulayıb ki, döyüşlərdən çətin vəziyyətə düşən Ermənistan atəşkəsi bərpa etmək üçün bütün vasitələrə əl atdı: “Düşmən tərəfi qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll etməyə hazır olduqlarını ifadə etməklə, Azərbaycandan döyüşlərin dayandırılmasını xahiş etdi. Amma Ermənistan bundan sonra da sözünü tutmadı, danışıqları imitasiya etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışdı”. Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək səviyyəli diplomatiya nəticəsində bütün dünya ictimaiyyətinə məlum oldu ki, Ermənistan münaqişənin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutur, problemin həlli istiqamətində heç bir beynəlxalq qanunu, tələbələri, qəbul olunan qətnamələri yerinə yetirmir: “Belə olan halda, Azərbaycan haqlı olaraq mübarizə aparmaq iqtidarına malikdir. Çünki, ölkəmiz heç kimə ərazi iddiaları irəli sürmür, əksinə öz torpaqlarını işğal altından azad etmək marağındadır. Ölkəmiz işğal altında olan torpaqlarında terrora, separatizmə, narkotik maddələrin becərilməsinə qarşı mübarizə aparır. Azərbaycan ərazi bütövlüyünün təmini nəticəsində ərazisində sülh yaranmasını istəyir, ermənilərin də ölkəmizin qanunlarına riayət etməklə başqa millətlər kimi Dağlıq Qarabağda yaşamaq haqqını istisna etmir”.

Hamısını oxu