Digər xəbərlər
Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi"nin 4.4-cü bəndinə uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri. Milli.Az
Hamısını oxu
Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsinin əvvəlindən başlamışdı. Onların müsəlmanlara qarşı özlərini təkəbbürlü aparmaları, milli və dini heysiyyətlərini açıq aşkar təhqir etmələri müşahidə olunurdu. 1917-ci ilin fevralından etibarən çar hakimiyyət orqanlarının ləğvindən istifadə edərək ermənilər gizli şəkildə silah anbarını ələ keçirdilər. Erməni və malakanlardan ibarət qarnizon təşkil etdilər, bu barədə yerli müsəlman Milli Şurasına və qəza komissiyasına məlumat vermədilər. Getdikcə Şamaxı şəhərində və ətraf kəndlərdə silahlanan ermənilər əvvəlcə özlərini müsəlmanlara elə göstərirdilər ki, guya onlara qarşı heç bir düşmənçilik hissi bəsləmirlər. Əslində isə hər şey tam əksinə idi. Belə ki, Cənubi Qafqazın müxtəlif ərzilərindən gizli şəkildə Mədrəsə kəndinə gələn erməni əsgərlərinin köməyinə əlavə olaraq martın əvvəlində Bakıdan bolşevik hakimiyyəti tərəfindən xeyli hərbi sursat, top və pulemyotlarla silahlanmış üç min erməni qoşun dəsətəsi göndərildi. Şamaxı şəhəri 1918-ci il martın 18-də səhər tezdən güclü top atəşinə tutulmağa başlandı, şəhər cənub hissədən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Bu müsəlman əhali üçün gözlənilməz idi, çünki cəmi bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov müqəddəs Xaç və İncil qarşısında and içmişdilər ki, heç vaxt azərbaycanlılara qarşı silah işlətməyəcəklər, sülh və qardaşlıq şəraitində yaşayacaqlar. Lakin bu and bir gün sonra pozuldu. İlk olaraq Piran-Şirvan ərazisinə soxulan ermənilər müsəlman evlərini talan edib yandırır, mülki əhalini öldürürdülər. Yandırılan evlər arasında qəza müftisi Hüseynbəyovun, həmçinin Hacı Vahab Ələkbərovun, Şıxıyevlərin, Həsənovların, Veysovların, Məhərrəmovların və başqalarının mülkləri də var idi. Heç kimə aman verməyən daşnaklar insanları qəddarlıqla, işgəncə verərək qətlə yetirirdilər. 1918-ci ilin martın 18-də şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırdılar: Biz bu günü on iki ildir ki, gözləmişik. Bu Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özününzün müqəddəs Həzrət Abbasınızı çağırın. Şamaxı şəhərindəki bu vəhşiliklər bir neçə gün davam etmişdir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrin Şamaxıya köməyə gəlməsini eşidən ermənilər və malakanlar Qozlu-çay malakan kəndinə çəkilirlər. Köməyə gələn qoşuna tanınmış ictimai-siyasi xadim, I Dövlət Dumasının deputatı İsmayıl Xan Ziyadxanov başçılıq ediridi. Dörd gün sonra qüvvələrin qeyri bərabər olması səbəbindən azərbaycanlı silahlı dəstələr şəhərdən çıxmağa məcbur olurlar və demək olar ki, müsəlman əhalinin böyük hissəsi də şəhəri tərk edir. Ancaq bu proses çox tələsik olduğuna görə əhalinin bir hissəsi şəhərdə qalır. Bir neçə gün sonra yenidən erməni və malakan quldur birləşmələri ikinci dəfə şəhəri ələ keçirirlər. Bu dəfə talanların, əhaliyə divan tutulmasının daha böyük qəddarlıq və qanişənliklə törədilməsi müşahidə olunurdu. Şəhərin azərbaycanlı əhalisi tamamilə məhv edilmiş, əmlakları qarət edilmiş, bütün müqəddəs yerlər, 13 məsçid, o cümlədən 800 illik tarixi olan Cümə məsçidi yandırılmışdı. Ermənilərin xüsusi qəddarlıqla qətlə yetirdikləri nüfuzlu insanlar içərisində axund Hacı Cəfərqulu (xilas olmaq üçün onun evinə və həyətinə pənah gətirmiş çoxlu qadın və uşaqlarla birlikdə), şəhər hakimi Teymur bəy Xudaverdov, eləcə də Məmməd Əliyev, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Mir İbrahim Seyidov, Hacı Əbdül Hüseyn Zeynalov üç qardaşı ilə, Əbdürrəhim ağa Ağalarov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Məhiyyədin Əfəndizadə və bir çox başqaları var idi. Şamaxıya hər iki hücum Daşnaksutyun partiyası tərəfindən əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirilmişdir. Soyqırım əməliyyatlarına daşnak cəllad Stepan Şaumyanın xeyir duası ilə Stepan Lalayan, Qavril Karaoğlanov, Arşak Gülbəndiyan, Mixail Arzumanov, Karapet Karamanov, Sedrak Vlasov, Samvel Doliev, Armenak Matirosyants, Aleksandr Xaçaturov və başqa vandallar rəhbərlik etmişdir. Şamaxı qəzasının azərbaycanlı əhalisinə 1 milyard rubldan çox ziyan dəymişdir, qəzanın 86-dan çox kəndi erməni daşmaklarının hücumlarına məruz qalmışdır. Xüsusilə Əngərxan, Mərzəndiyyə, Quşçu, Sündü, Dilman, Kalva, Ərəbqədim, Nəvahi, Qubalı Baloğlan, Təkəli, Yəhyalı, Bağırlı, Ağsu, Müci, Naburda soyqırıma məruz qalanların sayı çox olmuşdur. Ümumilikdə ermənilər tərəfindən 10000-dən şox azərbaycanlı qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər haqqında Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hökuməti qurulduqdan sonra istintaq dayandırılmış və bu işə xitam verilmişdir. Beləliklə 1918-ci ilin mart-iyul aylarında Şamaxı qəzasında baş verən dəhşətli hadisələr bunun ən qatı soyqırım cinayəti olduğunu sübut edir. Əsrin əvvəlində erməni daşnakları Şamaxı qəzasında və digər ərazilərdə həyata keçirdikləri soyqırım aktını əsrin sonunda Xocalıda təkrarladılar. Bu isə onların mənfur xislətinin dəyişməz olduğunu bir daha isbatladı. Ancaq 2016-cı ildə 4 günlük aprel döyüşləri, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatlarında şanlı ordumuz ölkə prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq kimi birləşib erməni vandallarını darmadağın edərək işğal olunan Qarabağ torpaqlarını azad etdi, əsrin əvvəli və sonunda günahsız olaraq öldürülən soyqırım qurbanlarının intiqamını aldı. Rasim Nazimoğlu AMK nəzdində MK-in və ADİU (UNEC) nəzdində QSK-in müəllimiTarix və siyasi elmlər üzrə araşdırmaçı
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Vətən müharibəsi iştirakçıları ilə görüşüb. Bu barədə millət vəkili özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlimatda deyilir: “44 günlük Vətən Müharibəsinə dairəmizdən 158 sakinimiz yollanıb. 4 şəhidimiz var. Allah onlara rəhmət etsin! Evlərinə sağ-salamat dönən müharibə iştirakçıları və qazilərimizlə mütəmadi görüşlərim olur - seçici qəbullarında, Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbirlərdə, son bir aydır ki, Fəxri Xiyabanda, - şəhidlərimizi anma mərasimlərində. Bir neçəsinin evində olub, valideyinləri ilə tanış olmuşam. Ötən aydan etibarən isə cəngavərlərimizlə çay süfrəsi arxasında görüşüb söhbətləşir, onları maraqlandıran suallara cavab, narahat edən problemlərə əlac, qarşılaşdıqları çətinliklərdən birlikdə çıxış yolu axtarmağa çalışırıq. Görüşlərimizin bu formatı həm mənim, həm də onların ürəyincədir. Səmimi atmosferdə, rahat, qeyri-formal şəraitdə döyüş yollarından bəhs edirlər. Növbəti dəfə bu gənclərin necə böyük ürəyə malik olduqlarının şahidinə çevrilirik. Allah hamısının ürəyincə versin! Bu gün növbəti görüşümüzü gerçəkləşdirdik. Dairəmizin 11 müharibə iştirakçısı ilə çay süfrəsi arxasında bir araya gəldik. Bu, bu gün keçirəcəyim görüşlərdən ilki oldu. Görüşdə iştirak edən hər birimizin qəhrəmanlarımızdan aldığı bu müsbət enerji ötənilki Zəfərimizin nə qədər önəmli tarixi hadisə olduğunu təsəvvürlərimizdə bir daha canlandırmış oldu. Budəfəki görüşümüzdə I Qarabağ savaşının qazisi Elxan Abbasov və müharibə iştirakçısı Rövşən İmanov da iştirak edirdi. R.İmanovun qardaşı ilk Qarabağ müharibəsində şəhid olub. İki Qarabağ müharibəsinin iştirakçıları, iki nəsil vətənpərvər döyüşçülərimizin fikir mübadiləsi görüşümüzə əlavə rəng qatdı. Qarşıdakı günlərdə qazilərimizlə görüşlərim davam edəcək. Yaşasın Azərbaycan gəncləri! Qarabağ Azərbaycandır!” Seymur ƏLİYEV
Hamısını oxu