Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”

Cəlil Xəlilov: “Bu çıxış bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyüki töhfələr verdiyini sübut etdi”

 

“Prezidentin VIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın haqq səsinin növbəti təntənəsidir”.

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İlk öncə dövlət başçısının pandemiyaya qarşı mübarizə məqsədi ilə atdığı addımlara diqqət çəkən Cəlil Xəlilov, Prezident İlham Əliyevin problemə yanaşma tərzinin digər dünya liderlərinə də örnək olduğunu vurğulayıb:

 

“Prezidentimizin VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı istər siyasi və iqtisadi, istərsə də elmi-mədəni baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki dövlət başçısı bu çıxışda bir sıra məsələlərə münasibət bildirdi, özünəməxsus yanaşma tərzi sərgilədi. Bu baxımdan prezident İlham Əliyevin koronaviris pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi töhfə xüsusilə qeyd edilməlidir.

 

Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən bu bəlaya qarşı birgə mübarizə aparmağın zəruriliyini vurğuladı, bununla bağlı dünya dövlətlərinə çağırışlar ünvanladı. Koronavirusa qarşı vaksin yaradılanda isə Azərbaycanın dövlət başçısı bildirdi ki, bu vaksin iqtisadi gücündən, siyasi nüfuzundan asılı olmayaraq, dünya dövlətləri arasında ədalətli şəkildə bölünməlidir. Hansı ki, Asiya və Afrikanın əksər dövlətlrinin, o cümlədən bir sıra Latın Amerikası dövlətlərinin bu prosesdən əsaslı şəkildə kənarda qaldığı bir həqiqət idi. Məhz belə bir məqamda Prezident İlham Əliyev vaksinlərin ədalətli şəkildə bölüşdürülməsi təklifi ilə çıxış etdi, dünya liderlərini, beynəlxalq təşkilatları bu məsələdə vicdanla davranmağa səslədi.

 

Xatırladım ki, məhz Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Sammitində BMT-nin Baş Assambleyasının COVİD-ə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu çağırış əksər BMT dövlətləri tərəfindən dəstəkləndi və nəhayətdə 2020-ci ilin 3-4 dekabr tarixlərində bu sessiya reallaşdı.

 

Azərbaycan dövləti ölkə daxilində də pandemiyaya qarşı mübarizə istiqamətində böyük işlər həyata keçirdi. Qısa zamanda 13 yeni dövlət xəstəxanası açıldı ki, bu xəstəxanalar pandemiyadan əziyyət çəkən vətəndaşlarımızın müalicəində mühüm rol oynadı. Vətəndaşlar arasında kütləvi vaksinləmə prosesi həyata keçirildi. Bu və bu kimi addımlar sayəsində pandemiyaya qarşı mübarizədə böyük uğurlara nail olundu. Bununla yanaşı, Azərbaycan bri sıra dövlətlərə tibbi yardımlar göndərdi. Bununla da öz humanist mövqeyini nümayiş etdirdi”.

 

Cəlil Xəlilov ölkə başçısınınm Vətən müharibəsi və bunu doğuran səbəblər haqqında VIII Qlobal Bakı Forumunun açılışında səsləndirdiyi fikirlərə də münasibət bildirdi:

 

“Dövlət başçısı məlum Forumda Vətən müharibəsi və bunu doğuran səbəblər, habelə post-müharibə dönəmində dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi geniş quruculuq layihələrinə də diqqət çəkdi. Prezidentimiz qeyd etdi ki, Ermənistan uzun müddət problemin sülh yolu ilə həllindən imtina etməklə yanaşı, 2020-ci ildən etibarən Azərbaycana qarşı hərbi müstəvidə ciddi təxribatlara əl atdı. Dövlət başçısı bidlirdi ki, sentyabrda Ermənistanın həyata keçirməyə cəhd etdiyi növbəti təxribat müharibəni tətiklədi və bu müharibə Ermənistan ordusunun məğlubiyyəti ilə başa çatdı. Azərbaycan ordusu cəmi 44 gün içində düşməni darmadağın edərək işğaldakı torpaqları azad etdi.

 

Müharibədən sonra Azərbaycanın bu torpaqlarda həyata keçridiyi qurucluq işləri bir daha dünyaya kimin-kim olduğunu göstərdi. Baş verənlər əməli surətdə göstərdi ki, Azərbaycan xalqı sülhpərvər və yaradıcı xalqdır. Baş verənlər göstərdi ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi altında düşmənin daşı-daş üstündə qoymadığı Qarabağı cənnətə döndərməyə qadirdir və bu istiqamətdə böyük işlər həyata keçirir.

 

Bir sözlə, Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz”.

 

 

 

2021-11-05 15:40:00
1383 baxış

Digər xəbərlər

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yeni məlumatı təqdim edib. Milli.Az nazirliyə istinadən bildirir ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir. Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Hamısını oxu
Müxtəlif peşə sahibləri Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

Azərbaycanda çalışan müxtəlif peşə sahələrinin nümayəndələri Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. Milli.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində paylaşılan videoda müxtəlif sahələrdə çalışan insanlar Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Milli.Az

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri general-mayor Polad Həşimovun ailəsini ziyarət edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığına əsasən, qurumun hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayeva Qəbələ Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin baş məsləhətçisi Arzu Rəsulov və Vəndam qəsəbə icra nümayəndəliyinin müavini Xəyal Rəsulzadənin iştirakı ilə Qəbələnin Vəndam kəndində anadan olmuş, Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, ailə üzvlərinin qayğıları ilə maraqlanan nümayəndələr Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun başsağlığını şəhid ailəsinə çatdırıblar. Söhbət zamanı şəhid general-mayor Polad Həşimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Respublika Veteranlar Təşkilatının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, general-mayor Polad Həşimov Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub. O, ikinci Fəxri xiyabanda dəfn edilib. Prezident İlham Əliyevin general-mayor Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tapşırığına əsasən Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə onun adı verilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq.    

Hamısını oxu