Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şirvanda İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb.

Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 7 aprel 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkə başçısının dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlərdən, diplomatik danışıqlardan, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələrdən, eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın zəngin tarixi keşmişimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 143 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını bildirib. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Şəhər sakinlərinin və qonaqların səmərəli istirahətini təmin etmək məqsədilə abadlaşan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açıb. "Bizim həyət" layihəsi çərçivəsində 20 Yanvar 4, A L.İbrahimov 4 saylı binaların qarşısında yaradılan sahəsi 1, 5 hektar olan yeni abad məhəllədə görülən işlərdən və İstiqlaliyyət prospekti 7, 3 və 20 Yanvar 1,2 saylı binaların qarşısında abadlaşması nəzərdə tutulan sahəsi 1,2 hektar olan növbəti məhəllədən danışıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış yeri və mənzil olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib.

Millət vəkili İltizam Yusifov Şirvan şəhərinin uzun illər sənaye və energetika şəhəri olduğunu, lakin hazırda 127 sənaye müəssisəsindən 4-nün fəaliyyət göstərdiyini bildirib. Lakin ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, yaxın gələcəkdə bu problemlərin aradan qaldırılcağına, Şirvanın ən inkişaf etmiş və yaraşıqlı şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu bildirib.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

 

2022-04-08 09:17:00
1028 baxış

Digər xəbərlər

General Əli Nağıyevdən tarixi xatırlatma və yaxın keçmişimizə qısa baxış...

Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib? Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub. Tədbirdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev xüsusi xidmət orqanlarımızın mövcud durumu ilə yanaşı, tarixi keçmişinə də nəzər salıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın inkişafı ilə bağlı gördüyü işlərə toxunan Xidmət rəisi, Ulu Öndərin həm də bu qurumun milliləşdirilməsi istiqamətində  mühüm addımlar atdığını vurğulayıb. Əli Nağıyevin xatırlatdığı bu məqam Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən biridir və məhz bu addım ölkəmizi bir çox bəlalardan xilas edib. Azərbaycanın təhlükəsizik orqanlarında milli kadrların yüksəlişinə qoyulan “sirli maneə” Heydər Əliyev tərəfindən xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi xalqımızın gələcək inkişafı və təhlükəsizliyinə bilavasitə təsir göstərən mühüm hadisələrdən biridir. Ulu Öndər Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunduğu günə qədər, bu güc orqanında müxtəlif millətlərin nümayəndələri çalışır və adətən rəhbər vəzifələrə məhz onların təyinatı gerçəkləşirdi. Sovet rejiminin başında dayanan bəzi şəxslər, xüsusilə də Kremldəki erməni və ermənipərəst qüvvələr  azərbaycanlıların bu qurumda yüksək vəzifə tutmasına imkan vermirdi. Nəticədə, azərbaycanlı kadrlar mühüm vəzifələrdən kənarda qalır, onların bəzisi bu ədalətsizliyə etiraz əlaməti olaraq xüsusi xidmət orqanlarını tərk edirdi. Nəticədə, vəziyyət milli kadrların sayı və onların proseslərə təsiri baxımından daha da ağırlaşırdı. 1967-ci il: Böyük dəyişikliklərin başlanğıcı və tarixi ədalətsizliyin sonu! Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni bir dönəm başlandı. Sovet sisteminin azərbaycanlı milli kadrlara qarşı qərəzli və ədalətsiz münasibətinə son qoyan Heydər Əliyev, həm mərkəzi aparatda, həm də yerlərdə mühüm vəzifələrə azərbaycanlıların təyinatını həyata keçirməyə başladı. O, şəxsi nüfuzundan və siyasi əlaqələrindən istifadə edərək sovet rəhbərliyini həyata keçirdiyi yeniliklərin zəruriliyinə inandırır, bunun daha məntiqli və ədalətli olduğunu diqqətə çatdırırdı. Heydər Əliyevin Dövlət Təhlükəszlik Komitəsində həyata keçirdiyi islahatlar qısa müddət sonra öz müsbət nəticəsini verməyə başladı. Azərbaycanlı gənclər arasında xüsusi xidmət orqanlarında çalışmağa maraq artdı. Bu qurum gənclərimizin çekist kimi yetişməsində, öz peşəkarlıqlarını yüksəltməsində mühüm rol oynadı. Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar edən Lider! Ümummilli lider Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların kariyera pilləsində sürətlə irəliləməsinə yardım etməklə, ölkəmizin müqəddəratı baxımından mühüm rol oynadı. O, Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar etməklə vətənə olan sədaqət və sevgisini bir kəs daha sübut etdi. Heydər Əliyevin dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alan milli kadrlar xalqımızın və dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həssas və qayğıkeş münasibəti ilə diqqət çəkir, Ulu Öndərin etimadını layiqincə doğruldurdu. Bu isə Heydər Əliyevdə iftixar hissi yaradır, onu qürurlandırırdı. Heydər Əliyev xüsusi xidmət orqanlarını milliləşdirməklə milli taleyimizi yad insanların vicdan və mərhəmət asılılığından xilas etdi. Bu gün general Əli Nağıyevin rəhbəri olduğu Azərbaycan DTX-sı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz yüksəlişinin zirvəsində qərar tutub. Və tarix sübut edir ki, bu yüksəlişə gedən yol məhz Heydər Əliyevən, onun xüsusi xidmət orqanlarımızda həyata keçirdiyi islahatlarla başlayıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm prezident, Cənab Ali Baş Komandan!   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çoxsaylı veteran ordusu və Təşkilatın Rəyasət Heyəti adından Sizi 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, Vətənin tərəqqisi və xoş gələcəyi yolundakı fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Sizin Azərbaycan qarşısındakı tarixi xidmətləriniz, ölkəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artması sahəsindəki geniş fəaliyyətiniz xalq tərəfindən daim yüksək qiymətləndirilir. Siz ulu öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçısı kimi onun başlatdığı qüdrətli, müasir dövlət, güclü cəmiyyət və firəvan xalq modelini yeni mərhələdə inkişaf etdirməklə Azərbaycanın sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir məkana çevirmisiniz. Bu gün dünyanın əksər ərazilərində çaxnaşmaların, qanlı qarşıdurmaların baş verdiyi şəraitdə ölkəmizdə hökm sürən əmin-amanlıq və vətəndaş sülhü Sizin düşünülmüş daxili və xarici siyasətinizin nəticəsidir. Veteranlar bütün bunları yüksək qiymətləndirir, göstərdiyiniz hərtərəfli qayğı və diqqətdən bəhrələnərək ölkənin gələcək tərəqqisi naminə daim Sizinlə olduqlarını bir daha əzmlə bəyan edirlər. İnanırıq ki, uğurlu siyasi xəttiniz və gərgin səyləriniz Qarabağın azad olunmasına yol açmaqla, daha güclü, qüdrətli Azərbaycanın qurulmasına zəmin yaradacaqdır.   Dərin hörmətlə, Respublika veteranları və RVT Rəyasət Heyəti üzvləri adından:   Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik                                                            Tofiq Ağahüseynov

Hamısını oxu
Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir. Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib.  Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.   Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru  

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. Veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.   

Hamısını oxu