Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov millət vəkili Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir::

“Hörmətli Ülvi müəllim!

Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhə yoxdur ki, bu təltif sizin dövlətimizin ictimai-siyasi həyatında aktiv fəaliyyətinizə verilən yüksək qiymət, böyük dəyərdir. Əminik ki, bundan sonra da ölkəmizin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edəcək, milli maraq və mənafeylərimizin müdafiəsinə töhfə verməkdə davam edəcəksiniz.

Qürur hissi ilə xatırladıram ki, siz Azərbaycan Karate Federasiyasının prezidenti kimi də ölkəmizdə idmanın inkişafına böyük fayda vermiş, Prezident İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın idman ölkəsi kimi tanınmasında mühüm rol oynamısınız və bu şərəfli missiyanız günümüzdə də davam edir. İnanırıq ki, yaxın gələcəkdə idman sahəsindəki yeni uğurlarınızla da bizləri sevindirəcək, xalqımızı qürurlandıracaqsınız.

Bir daha sizi təbrik edir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

 

2026-09-17 11:36:00
15 baxış

Digər xəbərlər

"Ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır"

"Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Həm texniki imkanlarına görə, həm də əsgər, zabitlərin döyüş hazırlığına, mənəvi-psixoloji, fiziki durumuna görə. Ordumuz üçün müxtəlif şəraitlər yaradılıb və bu imkanlardan maksimum şəkildə istifadə olunur". Bu sözləri SİA-ya verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib Onun sözlərinə görə, bizim ordu sıralarımızda sağlam gənclərimiz var. Müxtəlif rayonlarda idman mərkəzləri yaradılıb, əsgərlər orduya hazırlaşarkən bu distansiyalardan keçib gəlirlər. Orta məktəblərdə hərbi hazırlıq dərsləri keçilir: "Müharibə dönəmində Azərbaycanın hər bir vətəndaşı əsgər oldu. Xalqımız həm dövlətimizə, həm də ordumuza öz dəstəyini göstərdi. Əsgərlərimizin yanında oldular. Mənəvi-psixoloji cəhətdən Azərbaycan cəmiyyətinin orduya rəğbəti, qələbədən sonra ordunun aftoriteti, əsgərlərə, zabitlərə diqqət və qayğı həm dövlət tərəfindən, həm də ictimaiyyət tərəfindən çox artdı. Ona görə də gənclərimiz bu gün fəxrlə orduda, cəbhə zonalarında xidmət etmək istəyirlər. Respublikamızın Prezidentinin də qeyd etdiyi kimi, son 30 ildə yetişən gənclərimiz xüsusi hərbi hazırlıq və xüsusi vətənpərvərlik ruhuna malikdirlər. Ordunun təminatı hazırda yüksək səviyyədədir. Hazırda Amerika, Çexiya, Rusiya, Çin, Pakistan, Türkiyə kimi ölkələrin ordularında istifadə olunan texnikaların öyrənilməsi prosesi sürətlə davam etdirilir. NATO ölkələrində keçirilən təlimlərdə Azərbaycanın iştirakı çox yüksək səviyyədədir. Bunlar hamısı ordunun güclənməsində, proffesionallaşmasında böyük rol oynayır. İkinci Qarabağ müharibəsində ordumuzun qələbə təcrübəsini xarici ölkələr mənimsəməyə çalışır. Günü-gündən ordumuz güclənir və bizim bölgələrdə düşmən hər nə qədər təxribata əl atsa da əsgər və zabitlərimiz vətənin keşiyində möhkəm dayanır. Ərazilərimizdə Ermənistanın terror qruplarının qalması, tez-tez törədilən təxribatlar ordudan daha yüksək hazırlıq, peşəkarlıq tələb edir. Ona görə də, Ali Baş Komandan bu tapşırıqları ordu qarşısına qoyub və ordumuz günü-gündən Prezidentin etimadını, inamını doğruldur". Fazil Mehdixanlı  

Hamısını oxu
Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 21 aprel 2026-cı il tarixində Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüş zamanı qonaqlara Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə bu cür görüş və müzakirələrin daha intensiv şəkildə həyata keçirilməsi qərara alınıb.         

Hamısını oxu
“COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir”

Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti başa çatsa da, tədbirlə bağlı təəssüratlar, habelə, sammitin nəticələrindən irəli gələn vəzifələrin müzakirəsi davam edir.  Sammitlə bağlı diqqət çəkən məqamlardan biri tədbirin yüksək təhlükəsizlik şəraitində təşkili ilə bağlıdır. Maraqlıdır, 80 min nəfərə yaxın qonağın iştirak etdiyi sammitdə təhlükəsizliyin yüksək səviyyədə təşkili hansı mətləblərdən xəbər verir? Saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “COP29 sammitində təhlükəsizliyin yüksək səviyyədə təmini DTX və digər güc orqanlarının peşəkarlığını göstərir. Beynəlxalq sammit zamanı ölkəmizə gələn 80 minə yaxın qonağın təhlükəsizliyi etibarlı şəkildə təmin edildi ki, bu da hər şeydən öncə güc orqanlarımızın – Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin, Prezidentin Təhlükəsizlik Xidmətinin peşəkarlığını göstərir. Bu fakt bi daha sübut edir ki, ölkəmizin hüquq-mühafizə və təhlkəsizlik orqanlarında iş yüksək səviyyədə təşkil edilib və onların hazırlıq səviyyəsi beynəlxalq əhəmiyyətli ali tədbirlərin təhlükəsiz şəkildə keçirilməsinə imkan verir. Şübhəsiz, COP29-un təhlükəsiz ortamda təşkili məsələsində DTX-nın üzərinə xüsusi məsuliyyət düşürdü. Qürurvericidir ki, adıçəkilən qurum bu işin öhdəsindən çox böyük bacarıqla gəldi. Sammit zamanı kiçik də olsa xoşagəlməz hadisə baş vermədi. Sammit sakit və təhlükəsiz bir ortamda öz fəaliyyətinə başladı və bu cür də başa çatdı. Təşkilatçılıqla yanaşı, təhlükəsizliyin yüksək səviyyədə təşkili, qonaqlara göstərilən yüksək diqqət və qayğı ölkəmizə səfər edən hər kəsdə xoş təəssürat yaratdı. Əminliklə demək olar ki, Azərbaycan COP29-dan  mənəvi-diplomatik baxımdan böyük qazancla çıxdı. COP29-un yüksək səviyyədə təşkili bütün dünyaya göstərdi ki, ölkəmiz bu cür mühüm tədbirlərə ev sahibliyi etmək üçün ideal ölkədir. Yəqin ki, bu faktor gələcək tədbirlər zamanı da nəzərə alınacaq və ölkəmiz bundan sonra da öz zəngin təşkilatçılıq təcrübəsi ilə hər kəsi heyrətləndirməkdə davam edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hacı Vəliyevlə bağlı həbs qərarı verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur. Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  

Hamısını oxu