Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənpərvərlik hər bir gəncin ürəyində.

23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan  Respublikası Müharibə, Əmək  ve Silahlı Qüvvələr Veteranları Təşkilatın  gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.

2018-10-26 00:00:00
3946 baxış

Digər xəbərlər

Daha 40 avtomobil müharibə əlillərinə təqdim edildi

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm tarixi qələbə işğal olunmuş ərazilərimizin cəmi 44 gün ərzində düşməndən azad edilməsi müharibə əlillərində sonsuz fəxr və iftixar hissləri yaradıb. Onlar Ali Baş Komandanla, qüdrətli ordumuzla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün "Xəzər" markalı 40 avtomobilin müharibə əlillərinə təqdim edilməsi tədbirində vurğulanıb. Tədbirdə çıxış edən nazirliyin tabelyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Prezident İlham Əliyevin həssas qruplara qayğısından bəhs edib. O, ölkədə bütün sosial proqramların uğurla davam etdiyini və genişləndirildiyini deyib. Avtomobillə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin uğurlu sosial siyasətindən, şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğısından razılıqla bəhs edərək, bu gün avtomobillə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu
SON DƏQİQƏ: Azərbaycan Ordusu Ağdamda

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub. Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub. Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb. Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir. Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Zümrüd

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlət başçısına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” qanun olub ki, bu faktın özü Ümummilli liderin veteranlara olan diqqət və qayğısının göstəricisidir. Cənab Prezident! Ulu öndər Heydər Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bu gün Sizin tərəfinizdən uğurla  davam etdirilməsi və daha da genişləndirilməsi vətən, xalq yolunda xidmətlər göstərmiş insanları qəlbən sevindirir, onların həyat eşqini artırır, bu insanlar üçün mənəvi stimula çevrilir. Sizin şəhid ailələrinə, əlillərə, veteranlara, eləcə də digər kateqoriyadan olan vətəndaşlarımıza qayğınızı cari ilin 13 yanvar tarixində  imzaladığınız Fərman və Sərəncamlarda bir daha görürük. Verdiyiniz Sərəncamlar şəhid ailələrinə, əlillərə, veteranlara olan daimi qayğınızın növbəti təzahürüdür. Bu Sərəncamlar veteranlar tərəfindən məmnunluq  və minnətdarlıq hissi ilə qarşılanmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni-yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir!” Dərin  hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova  

Hamısını oxu