Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlət başçısına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Ulu öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” qanun olub ki, bu faktın özü Ümummilli liderin veteranlara olan diqqət və qayğısının göstəricisidir.

Cənab Prezident!

Ulu öndər Heydər Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bu gün Sizin tərəfinizdən uğurla  davam etdirilməsi və daha da genişləndirilməsi vətən, xalq yolunda xidmətlər göstərmiş insanları qəlbən sevindirir, onların həyat eşqini artırır, bu insanlar üçün mənəvi stimula çevrilir. Sizin şəhid ailələrinə, əlillərə, veteranlara, eləcə də digər kateqoriyadan olan vətəndaşlarımıza qayğınızı cari ilin 13 yanvar tarixində  imzaladığınız Fərman və Sərəncamlarda bir daha görürük. Verdiyiniz Sərəncamlar şəhid ailələrinə, əlillərə, veteranlara olan daimi qayğınızın növbəti təzahürüdür.

Bu Sərəncamlar veteranlar tərəfindən məmnunluq  və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni-yeni uğurlar  arzulayırıq.

Veteranlar  həmişə Sizinlədir!”

Dərin  hörmətlə,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından

Fatma Səttarova

 

2023-01-16 12:22:00
1455 baxış

Digər xəbərlər

Böyük itki verən düşmən Qarabağdan əsgər gətirir... - Ermənilər sərhəddən qaçır

Tovuz istiqamətində gecə boyunca davam edən döyüşlərdə Ermənistan tərəfi çətin vəziyyətə düşüb.Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılır.Xüsusilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepyanın döyüşlərdə cəmi iki erməni polisinin yaralanması haqda açıqlaması bəzi məqamların ortaya çıxmasına səbəb olub.Stepyan bildirib ki, “sərhəddə növbə çəkən iki polis yüngül yaralanıb”.Onun bu sözləri ermənilər tərəfindən tənqid olunub. Çünki əsgərlərin əvəzinə polisin posta olması şübhələrə yol açır.Ermənistan mediasında bununla bağlı müxtəlif məlumatlar yayılır.“Faktinfo” saytı yazır ki, yaralanan polislər əsgərlərə kömək üçün gələnlərdir. Belə ki, gecə döyüşlərində ağır itkilər verən erməni ordusu sərhədə əlavə qüvvələr gətirib və Tavuş, eləcə də ətraf rayonlardakı polis qüvvələri də döyüşlərə cəlb olunub. Bununla yanaşı, Dağlıq Qarabağda yerləşdirilmiş erməni hərbi birləşmələrindən də bəzi bölüklər Tavuş rayonuna gətirilib.Sosial şəbəkələrdə erməni istifadəçilər itkilərlə bağlı müxtəlif məlumatlar paylaşır. Bəzi məlumatlara görə, 70-dən çox itki, yüzlərlə yaralı var, başqa bir məlumatlarda hospitalların dolduğu, yüzlərlə ölünün olduğu deyilir.Ermənistan tərəfinin məlumatları gizlətməsi də düşmən ordusunun ağır itkilər verdiyindən xəbər verir.“Analitik.am” saytı isə yazır ki, əsgərlərin valideynləri nələrin baş verdiyini öyrənmək istəyir, hakimiyyət isə heç bir məlumat vermir.Sayt Ermənistanın milli təhlükəsizlik xidmətini də tənqid edib: “Azərbaycan səngərdə və internet resurslarında zərbə dalınca zərbə endirir, bizim kəşfiyyatçılarımız daxildə şeytan axtarışına çıxıb”.Hətta Tavuşd olan ermənilərin evlərini tərk etdiyi haqda məlumatlar da var.Tavuş rayonunun Movses kənd keşişi Abel Kartaşyanın sosial şəbəkələrdə “bizim üçün dua edin” paylaşımı ermənilərin narahatlığını daha da artırıb.Asif

Hamısını oxu
Организация ветеранов войны, труда и Вооруженных сил обратилась с обращением к ветеранам мира и международным организациям

Организация ветеранов войны, труда и Вооруженных сил 12 сентября 2022 года опубликовала заявление о масштабной провокации, осуществленной Арменией на государственной границе с Азербайджаном. В заявлении, адресованном ветеранам мира и международным организациям, говорится: "В результате масштабной провокации, осуществленной вооруженными силами Армении 12 сентября 2022 года на государственной границе с Азербайджаном, условия совместного заявления, подписанного между лидерами Азербайджана, Армении и России 10 ноября 2020 года, были в очередной раз нарушены, известный инцидент привел к потерям среди военнослужащих Вооруженных сил Азербайджана. Провокация Армении 12 сентября, продолжающая минный террор против нашего государства и осуществляющая постоянные диверсии против территориальной целостности и суверенитета нашей республики даже после поствоенного периода, не только грубо нарушает нормы международного права, но и создает серьезные угрозы для мира и стабильности в регионе. Эта провокация также отложила на неопределенный срок судьбу мирного договора между Азербайджаном и Арменией, нанесла удар по процессу урегулирования проблем, волнующих оба государства, в политической плоскости. Как организация ветеранов войны, труда и Вооруженных сил, мы считаем, что международное сообщество, в том числе ветераны мира, международные организации, ведущие государства не должны оставаться равнодушными к террористическим и провокационным шагам Армении в отношении Азербайджана, выражать свой протест против милитаристской политики официального Еревана, противоречащей международному праву. Потому что провокационная политика Армении, нацеленная на азербайджанский народ, представляет серьезную угрозу не только для нашей страны, но и для всего цивилизованного мира и человечества. Ветераны мира, международные организации должны выразить Армении свой протест в связи с провокацией 12 сентября, оказать серьезное давление на официальный Ереван, чтобы в ближайшем будущем подобных провокаций не произошло, держать в центре внимания инцидент и процессы. Как организация ветеранов войны, труда и Вооруженных сил осуждает провокацию 12 сентября, которую мы расцениваем как очередное проявление антироссийской, антигуманистической политики властей Армении. Надеемся, что ветераны мира и международные организации не оставят без ответа провокации Армении, поднявшей террор и саботаж до уровня государственной политики, и, руководствуясь принципом международного права и справедливости, выразят официальному Еревану свои жесткие протесты, выразят явную поддержку мирной политике Азербайджана”.   The Organization of War, Labor and Armed Forces veterans addressed an appeal to World veterans and international organizations The Organization of War, Labor and Armed Forces Veterans issued a statement on September 12, 2022 on a large-scale provocation carried out by Armenia on the state border with Azerbaijan, the report says. The statement addressed to World veterans and international organizations says: “On September 12, 2022, as a result of a large-scale provocation carried out by the Armenian Armed Forces on the state border with Azerbaijan, the terms of the joint statement signed between the leaders of Azerbaijan, Armenia and Russia on November 10, 2020 were once again violated, a known incident led to losses among military personnel of the Azerbaijani Armed Forces. The September 12 provocation of Armenia, which continued mine terror against our state after the Post-war period and carried out constant diversions against the territorial integrity and sovereignty of our republic, not only grossly violated the norms of international law, but also caused serious threats from the point of view of peace and stability in the region. This provocation postponed the fate of the peace treaty between Azerbaijan and Armenia indefinitely and dealt a blow to the process of political settlement of the problems worrying both states. As the Organization of War, Labor and Armed Forces veterans, we believe that the international community, including World veterans, international organizations and advanced states should not remain indifferent to the terrorist and provocative steps of Armenia towards Azerbaijan and express their protest against the militaristic policy of official Yerevan, which is contrary to international law. Because Armenia's provocative policy aimed at the Azerbaijani people poses a serious threat not only to our country, but also to the entire civilized world and humanity. World veterans and international organizations should express their protest against Armenia in connection with the September 12 provocation, put serious pressure on official Yerevan to prevent similar provocations in the near future, and keep the development of events and processes in the spotlight. The Organization of Veterans of War, Labor and Armed Forces condemns the September 12 provocation, which we consider as another manifestation of the anti-peace, anti-humanist policy of the Armenian authorities. We hope that veterans of the world and international organizations will not leave the provocations of Armenia, which raises terror and provocation to the level of state policy unanswered, and, guided by international law and the principle of justice, will express their strong protest against official Yerevan and express clear support for the peace policy of Azerbaijan.”

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov media nümayəndələrini təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov 22 iyul Mili Mətbuat Günü ilə əlaqədar olaraq media nümayəndələrini təbrik edib. Təbrikdə deyilir:  “Media nümayəndələrimiz istər 44 günlük Vətən müharibəsində, istərsə də post-müharibə dönəmində Azərbaycan həqiqətlərinin daxili və xarici ictimaiyyətə çatdırılmasında, milli maraqlaırmızın müdafiəsində, dövlətimizin və xalqımızın mənafeyinin qorunmasında yaxından iştirak edib, bu istiqamətdə böyük əmək ortaya qoyub. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən, möhkəmlənən Azərbaycan mediası, bu gün də milli maraqlarımızın informasiya məkanında etibarlı müdafiəçisi qismində çıxış edir.  Mən Milli Mətbuat Günü ilə əlaqədar olaraq bütün media nümayəndələrini təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm. Əminəm ki, jurnalistlərimiz hər zaman olduğu kimi, bundan sonra da dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, onlara olan ümidləri artıqlaması ilə doğruldacaqlar”.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini peşə bayramı münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xarici Kəşfiyyat Xidmətini (XKX) peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. XKX rəisi general-polkovnik Orxan Sultanova ünvanlanan təbrik məktubunda deyilir:    

Hamısını oxu