Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

SON DƏQİQƏ: Azərbaycan Ordusu Ağdamda

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın öhdəlikləri çərçivəsində Ermənistan hərbi birləşmələri və bəzi kəndlərə sonradan yerləşdirilən ermənilər Ağdamı tərk edir. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bölgəyə Azərbaycan ordusu daxil olub. Sosial mediada paylaşılan görüntülərdə Azərbaycan ordusuna aid zirehli texnikaların Ağdama doğru hərəkət etdiyi və yol kənarındakı azərbaycanlıların əsgərlərə alqışları əks olunub. Bu arada, Ağdamdan çıxan Ermənistan ordusu istifadə etdiyi bölmələri, bina və nəzarət məntəqələrini yandırıb. Qeyd edək ki, öhdəliyə əsasən, Ermənistan 20 noyabrda Ağdamı Azərbaycana təhvil verməlidir. Ağdamın 77%-i 1993-cü ildə erməni separatçıları tərəfindən işğal olunmuşdu. 200 minə yaxın azərbaycanlı yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Zümrüd

2020-11-19 00:00:00
3513 baxış

Digər xəbərlər

Danışır Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov

Hamısını oxu
Səbaildə Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

Səbayil  rayonu 160 №-li Klassik Gimnaziyda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi qeyd olunub.                                       Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev 12 may 2025-cü il tarixində Səbayıl rayonu 160 №-li Klassik Gimnaziyda  tədbir  təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyinə həsr edilmiş”Sən elə bir zirvəsən” və  İkinci Dünya  Müharibəsinin 80 illiyinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı   tədbirdə Səbayil rayonu VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, məktəbin direktoru Gülnarə Mustafayeva, müəllimlər, şagirdlər və digər qonaqlar  iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olanların və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri  məktəbin direktoru Gülnarə Mustafayeva  açıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin müharibə dövrünü əks etdirən filmlərdən hazırladıqları səhnələr təqdim edilib.   Daha sonra çıxış üçün söz Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərdə Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxarmışdır. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağrışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. İkinci Dünya müharibəsi illərində Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Onların əziz xatirələri daim xalqımızn qəlbində yaşayacaq. Daha sonra Kəmalə Həşimova, Adilə Yaqubova və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.      

Hamısını oxu
Şəhid kəşfiyyatçı Səyyaf Əhmədovun mövlud günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 5 aprel 2026-cı il tarixində “Xanı” ləqəbl şəhid kəşfiyyatçı Səyyaf Əhmədovun mövlud günü qeyd olunub. Tədbirdə Ağdam Rayonu İcra Hakimiyəti Başçısının müavini Xəqani Nəzərov, Ağdam rayonu Yeni Azərbaycan Partiyasının sədri Mansur Quliyev, Ağdam rayonu Veteranlar Təşkilatının sədri polkovnik-leytenant Elşən Zeynalov, Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin rəhbəri Sahib Məmmədov, veteranlar, şəhid ailələri, qazilər, Ağdam Alpaqut idman döyüşçüləri, Ağdam ictimaiyyəti, şairlər - German Agdamlı, İlqar Boranoglu, şəhidin ailə üzvüləri iştirak ediblər. Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi ugrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhid Səyyaf Əhmədovun qəhrənanlıgı haqındada nitqlər söylənilib, xatirələr dinlənilib.  Daha sorna şəhidlərin xatirəsinə ehsan süfrəsi verilib.  

Hamısını oxu
Ermənistan Yunanıstanla hərbi əməkdaşlığını genişləndirir - Hədəf nədir?

Hamısını oxu