Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatı "Dayaq" Təşkilatı ilə birgə hüquqi maarifləndirici görüş keçirib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və Vətən Müharibəsi əlillərinin hüquqi problemlərinin həllinə dəstək proqramına uyğun olaraq hüqquqi maarifləndirmə yönümündə görüş keçirildi.

Maarifləndirici əhəmiyyətli görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri,  “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, Təşkilatın hüquqi məsələlər üzrə sədr müavini Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, İdarə Heyyəti və fəal üzvüləri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüləri  - tanınmış vəkillər Vüsalə Cəfərli, Vüsal Səfərov, Murad Mirzəzadə və Arbitrium Vəkil Bürosunun əməkdaşları Bağırov Namiq İmran oğlu, Cəfərov Nəsimi Abbas oğlu, Raxtari Kamilə Səftər qızı, Şəhid ailələri, Qazilər hüquqi dinləmədə fəal şəkildə iştirak edərək çıxış etdilər.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə daim diqqət və qayğı göstərdiyini bildirib. Polkovnik qeyd edib ki, həssas kateqoriyaya daxil olan bu şəxslərin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin bütün qurumlar, eləcə də hər bir vətəndaş qarşısında qoyduğu tapşırıqdır və hər kəs bu tapşırığı, şəhid ailələri, qazilər qarşısındakı öz vicdan borcunu layiqincə yerinə yetirməlidir.

Maarifləndiruci görüşdə çıxış edən qurum rəsmiləri dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar.

Təəssüf hissi bildirdilər ki, son dövrlər şəhid ailələri və qazi adından sui istifadə hallarına rast gəlinir. Bəzi dövlət qurumlarında çalışan vəzifəli şəxslərin Şəhid ailələri və Qazilərin müraciətlərinə laqeydliklə yanaşıldığı müşahidə edilməkdədir. Belə olduğu təqdirdə ölkəmizdə bu cür həssas kateqoriyadan olan vətəndaşlarımızın özlərinə qəsd etmə kimi halların baş verməsinə gətirib çıxarır.

Natiqlər onu da xüsusi olaraq vurğuladılar ki, bu kimi xoşagəlməz hadisələrin baş verməməsi, vaxtında qarşısını almaq üçün vətəndaş cəmiyyəti olaraq dövlətə dəstək yönümündə hüquqi dinləmə həyata keçirməyi məqsədə uyğun bildik.

Hər iki qurumun birgə əməkdaşlıq çərçivəsində belə bir hüquqi görüşü keçirməkdə əsas məqsədləri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi uğurlu sosial siyasətə hüquqi dəstək olmaqla yanaşı, ictimai töhvə verməkdir.

Qeyd edək ki, gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirləri davam etdiriləcək.

2022-07-26 15:27:00
1396 baxış

Digər xəbərlər

Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirildi

Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır. Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir. Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər. Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər. Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər. Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.  

Hamısını oxu
Ömər Ağayev

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. İctimai xadim, əmək veteranı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Səbayil rayon Təşkilatının sədri Ömər Ağacahangir oğlu Ağayev 2017-ci il oktyabr ayının 1-də 89 yaşında vəfat etmişdir. Ömər Ağayev  01 yanvar 1928-cı ildə Şamaxı rayonunun Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. 1944-cü ildə əmək fəaliyyətinə  başlamış, 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. Vəzifə borcuna məsuliyyətlə yanaşması və təşkilatçılıq bacarığı nəzərə alınaraq, 1960-cı ildə hopdurucular briqadasının briqadiri təyin edilmişdir. Ömər Ağayev yüksək əmək göstəriciləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də fərqlənmiş, Azərbaycanın və Sovetlər Birliyinin Ali İdarəedici orqanının qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Ömər Ağayev  3 yanvar 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının bir sıra orden və medalları, o cümlədən 2 dəfə Lenin ordeni,  1976-cı ildə Azərbaycan SSR-in dövlət mükafatını almışdır. Ömər Ağayev  Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü idi. Xidmətləri, ölkənin ictimai-siyasi hərəkatında fəal iştirakı, vətənpərvərlik xüsusiyyətləri və təşkilatçılıq qabilyyəti yüksək qiymətləndirilərək Ömər Ağayev  Səbayil rayon Veteranlar Təşkilatının  sədri vəzifəsinə seçilmiş və uzun müddət bu sahədə çalışmışdır. Azərbaycan veteran hərəkatının genişlənməsində yaxından iştirak edən Ömər Ağayev sədr olduğu dövrdə rayon təşkilatının fəaliyyəti xeyli güclənmişdir. Ömər Ağayev doğulduğu Şamaxı rayonunun (hazırda Qobustan rayonu) Təklə kəndində dəfn olunmuşdur. Ömər Ağayevin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır. Allah rəhmət eləsin. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti.  

Hamısını oxu
Vətənpərvərlik dönməz prosesdir

Vətənpərvərlik tərbiyəsi müxtəlif formalarda, müxtəlif üsullarla aparılır. Bu üsullardan biri də veteranlarla görüşlərdir. Veteranların tarixə, milli mentalitetə söykənən söhbətləri istər yeniyetmələrin orduya hazırlığına, istərsə də əsgərlərin mənəvi hazırlığına təsirsiz ötüşə bilməz. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Bu günlərdə Hərbi Dəniz Qüvvələrində keçirilən tədbirdə birinci dərəcəli kapitan Natiq Bağırov qonaqları təqdim etdi. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında bilavasitə şəxsi heyətlə işləyən zabitlərin üzərinə düşən vəzifələrdən, zabit-əsgər münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətindən əsgərin mənəvi hazırlığının döyüş hazırlığı qədər vacib olmasından danışaraq qeyd etdi ki, aprel döyüşləri həm ordumuzun gücünün, həm də ordu ilə xalqın birliyinin təsdiqi oldu. “Təsdiqləndi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir, sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın döyüş əmrinə hazırdır.” Ehtiyatda olan polkovnik Adil Haqverdiyev çıxışında dedi ki, vətənpərvərlik hisslərinin daha dinamik yüksəlişi ordunun gücü deməkdir. “Ordumuz kifayət qədər güclüdür. Ən müasir silahlar da əsgərə həvalə edilir. Deməli, əsgərin həm döyüş, həm də mənəvi hazırlığı bir-biriylə təmasda aparılmalıdır. Zabitlərimiz bu amili həmişə diqqətdə saxlamalıdırlar.” Silahlı Qüvvələrimizdə, əsasən də Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli kapitan Aleksandr Qritçenko yaxşı tanınır. O, 51 kitab müəllifidir, 95 yaşı var. İstər təcrübəsini, istərsə də xatirələrini Silahlı Qüvvələrimizin əsgər və zabitləriylə böyük səxavətlə bölüşür. Tədbirdə iştirak edən qocaman hərbçi Böyük Vətən müharibəsində azərbaycanlı əsgər və zabitlərin xidmətlərindən, şücaətlərindən söz açaraq bildirdi ki, mən ömrümün yarısını Bakıda yaşamışam. “Özümü bakılı hesab edirəm. Silahlı Qüvvələrimizlə həmişə fəxr etmişəm. Ona sevinirəm ki, yazdığım kitablar Azərbaycan Ordusunun əsgər və zabitlərinin mənəvi hazırlığında az-çox gərəkli olur.” Sonra tədbir iştirakçılarına müraciətlə "Sevin Vətəni" - dedi. "Vətəni sevin, Xəzəri sevin. Gəncliyimin şahidi olan Bakı da, Xəzər də mənim ömrümün məbədidi...". 1-ci dərəcəli kapitan Zaur Hümmətov gərəkli tədbir üçün qonaqlara minnətdarlığını bildirdi. Sonda bir qrup zabit Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının idarə heyəti adından ordenlə, fəxri fərmanla təltif edildi. Tədbir bir daha təsdiqlədi ki, vətənpərvərlik dönməz prosesdir...   Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər. İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb: “Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”. Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək. Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”. Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır: “Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu