Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Böyük Vətən Müharibəsi veteranı Kazım Quliyevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:

 

“Böyük Vətən Müharibəsi veteranı Quliyev Kazım Seyid oğlu vəfat edib.

 

Kazım Quliyev 1925-ci ildə Bakı şəhərində anadan olub. İkinci Dünya Müharibəsi dönəmində faşist işğalına qarşı mübarizəyə qoşulan Kazım Quliyev, Qafqaz və Ukrayna cəbhəsinin aviasiya hissələri tərkibində bir çox yaşayış məntəqələrinin  faşist işğalından azad edilməsində iştirak edib, hərbi əməliyyatlar zamanı böyük şücaətlər göstərib.  Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə polkovnik-leytenant Kazım Quliyev çoxlu sayda orden və medallarla təltif olunub.

 

İkinci Dünya Müharibəsi iştirakçısı Kazım Quliyevin işıqlı xatirəsi veteranların, o cümlədən onu tanıyan hər kəsin qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!”

 

 

2021-11-30 11:09:00
1156 baxış

Digər xəbərlər

Cəsur Vətən oğlu, Böyük Vətən Müharibəsi iştirakçısı Şamil Həsənovun döyüş yolu gənclərimizə örnəkdir.

Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir. Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir. Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”,  “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.

Hamısını oxu
“Polkovnik Cəlil Xəlilov veteranların mənəvi atasıdır”

Veteran.gov.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elşən Məhərrəmov Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasubətilə təbrik edib, onunla bağlı fikirlərini dilə gətirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınən Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmov qeyd edib ki, polkovnik Cəlil Xəlilov veteranlar üçün böyük mənəvi dayaq, əsl örnəkdir: “Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır. Biz hər zaman onun veteranların yanında olduğuna, öz imkan və əlaqələri çərçivəsində veteranlara dəstək verdiyinə şahid olmuşuq. Veteranlarla müvafiq dövlət qurumlarının əlaqələndirilməsi, onların üzləşdiyi problemlərl bağlı aidiyyati insatnsiyaların məlumatlandırılması, veteranları düşündürən sualların cavablandırılması, müharibədə böyük şücaətlər göstərən veteranlarımızın təbliği, onların döyüş yolunun ictimaiyyətə çatdırılması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilov hər zaman böyük fəallıq sərgiləyib, veteranlara mənəvi sitimul verib. Mən ad günü münasibətilə polkovnik Cəlil Xəlilovu təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Əminəm ki, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını bugünə qədər olduğu kimi, bundan sonra da uğurla fəaliyyət göstərməkdə davam edəcək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Prezident İlham Əliyev siyasətinin təbliğində, veteran və gənclərin dövlətimizin ətrafında sıx birləşməsində yeni-yeni nailiyyətlərə imza atacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Şəkidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Veteran.gov.az xəbər verur ki, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıb, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən bəhs edib, son müddət regionumuzda cərəyan edən proseslərə toxunub. İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.      

Hamısını oxu
Polkovnik topladığı bütün pulunu Ordumuza verdi

Şəmkir sakini, ehtiyatda olan polkovnik-leytenant, keçmiş hərbi hissə komandiri Nəbi Əhmədov alqışalayiq addım atıb. Axar.az xəbər verir ki, polkovnik xaricdə yaşayan övladlarının onun ehtiyacı üçün göndərdiyi və öz təqaüdündən topladığı 50 min manat pulu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib. Rəşadətli əsgərlərimizə müqəddəs Vətən müharibəsində uğur arzulayan N.Əhmədov Azərbaycan Ordusunun böyük qələbəsinin uzaqda olmadığını deyib: “Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!”

Hamısını oxu