Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Polkovnik Cəlil Xəlilov veteranların mənəvi atasıdır”

Veteran.gov.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Elşən Məhərrəmov Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovu ad günü münasubətilə təbrik edib, onunla bağlı fikirlərini dilə gətirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınən Yasamal Rayon Şöbəsinin sədr müavini Elşən Məhərrəmov qeyd edib ki, polkovnik Cəlil Xəlilov veteranlar üçün böyük mənəvi dayaq, əsl örnəkdir:

“Mən hər zaman qeyd etmişəm və bu gün də bildirirəm ki, polkovnik Cəlil Xəlilov veteranların mənəvi atası, onların mənəvi dayağıdır. Biz hər zaman onun veteranların yanında olduğuna, öz imkan və əlaqələri çərçivəsində veteranlara dəstək verdiyinə şahid olmuşuq. Veteranlarla müvafiq dövlət qurumlarının əlaqələndirilməsi, onların üzləşdiyi problemlərl bağlı aidiyyati insatnsiyaların məlumatlandırılması, veteranları düşündürən sualların cavablandırılması, müharibədə böyük şücaətlər göstərən veteranlarımızın təbliği, onların döyüş yolunun ictimaiyyətə çatdırılması və s. kimi məsələlərdə polkovnik Cəlil Xəlilov hər zaman böyük fəallıq sərgiləyib, veteranlara mənəvi sitimul verib.

Mən ad günü münasibətilə polkovnik Cəlil Xəlilovu təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram. Əminəm ki, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını bugünə qədər olduğu kimi, bundan sonra da uğurla fəaliyyət göstərməkdə davam edəcək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Prezident İlham Əliyev siyasətinin təbliğində, veteran və gənclərin dövlətimizin ətrafında sıx birləşməsində yeni-yeni nailiyyətlərə imza atacaq”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-08-10 07:05:00
918 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb

Fevralın 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb. Görüş əsnasında Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov, onların əməyini yüksək qiymətləndirib: “Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər. Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”. Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”. Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri Fərmanla təltif olunub.      

Hamısını oxu
Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq - Mehriban Əliyeva

Publika.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyevin yaxın qohumu Çingiz Mirzəyev vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu acı xəbərdən təəssüfləndiyini bildirir, Rasim Mirzəyevə və mərhumun bütün doğmalarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu