Digər xəbərlər
Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə Azərbaycan və Belarus xalqlarının faşizmə qarşı apardığı tarixi mübarizədən bəhs olunub, bu mübarizənin ümumbəşəri əhəmiyyəti vurğulanıb. Belarus konsulu Təşkilata İkinci Dünya müharibəsi dönəmində Belarusun azadlığı uğrunda döyüşən və bu gün də həyatda olan soydaşlarımıza gətirdikləri hədiyyələri təqdim edib. Görüşdə ikitərəfli əmədkaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Hamısını oxu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: "Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".
Hamısını oxu
Gələn il faşizm üzərində qələbənin 75 illiyi bəşəriyyət tərəfindən qeyd ediləcək. Bu tarixi olayla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkəmizin II Dünya Müharibəsindəki iştirakçılığını əks etdirən muzeyin yaradılması təklifi ilə çıxış edib. Moderator.az-a açıqlamasında bu təklifə münasibət bildirən millət vəkili Nizami Cəfərov məlum təklifi dəstəklədiyini vurğuladı: “Şübhəsiz ki, Azərbaycanın faşizm üzərindəki qələbəyə verdiyi töhfələrin yada salınması, təbliği müsbət olar. Bununla bağlı muzeyin yaradılmasını da məqsədəuyğun hesab edirəm. II Dünya müharibəsi dünya tarixinin hadisəsidir. Azərbaycan bu hadisələrdə öz qəhrəman döyüşçüləri, nefti, iqtisadi potensialı və s. ilə iştirak edib. Mənim yadımdadır ki, bir vaxtlar Bakıya “Qəhrəman şəhər” adının verilməsi məsələsi də qaldırılmışdı. Bunlar tariximizin bir hissəsidir. Hesab edirəm ki, bu məsələlərdə çox da təvazökar olmaq lazım deyil. Dünya müharibəsində hər bir xalqın iştirakçılıq səviyyəsi, ortaya qoyduğu mövqe dünya üçün də maraqlıdır. Odur ki, belə bir muzeyin yaradılması faydalı addım olar. 80-ci illərin sonu, 90-cıə illərin əvvəllərində bu müharibədə Azərbaycan xalqının iştirakı, göstərdiyi qəhrəmanlıq özümüz tərəfindən bir xeyli dərəcədə gözdən salındı. Amma ümummilli liderimizin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişdi. Heydər Əliyev bu müharibənin mahiyyətini, fəlsəfəsini bilən bir şəxs idi və buna görə də bu müsharibədə Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara lazımi diqqət göstərildi. Xalqımızın bu müharibədə göstərdiyi qəhrəmanlqıların, fədakarlıqların təbliği günümüzün reallıqları baxımından da faydalı olar. ”. Seymur ƏLİYEV
Hamısını oxu