Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Milli və kəmər güləşi ölkə birinciliyi və çempionatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində təşkil edilən yarışlar maraqlı mübarizə şəraitində keçib.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Qurbanov Kazım Xanlar oğlu yarışın əhəmiyyətindən danışıb. O, bu cür yarışların milli idman növlərinin ölkənin bütün bölgələrində kütləvi hal almasında böyük rol oynadığını bildirib.

 

Milli güləş üzrə komanda hesabında 1-ci yeri Cəlilabad, 2-ci yeri Şabran, 3-ci yeri isə Təhsil kollektivi tutub. Kəmər güləşi üzrə yarışda isə Cəlilabad 1-ci, Şabran 2-ci, Bərdə idmançıları isə 3-cü olublar.

 

Yarışlarda 15 komandanın tərkibində 150-dən cox güləşçi iştirak edib. Qalib və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən diplom və medallarla təltif edilib.

 

2021-12-13 21:55:00
1439 baxış

Digər xəbərlər

“Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda inşa-yazı müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir”

Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir”   Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir.   Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir.     Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir.   Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi.   Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Düşənbə görüşü Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açmış oldu”

“Azərbaycan və Rusiya prezidentlərinin 9 oktyabr tarixli Düşənbə görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açmış oldu”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: “25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həmin vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki tələbinin – günahkarların müəyyən edilərək cəzalandırılması və  həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin olunmaması ilə bağlı öz üzərlərinə heç bir öhdəlik götürmək istəmirdi. Düşənbə görüşündə isə Rusiya prezidenti ölkəmizdən növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə yetirəcəyinə söz verdi. Bununla da Azərbaycanın Rusiya ilə bağlı gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər Ali baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə qaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda ermənipərəst qüvvələr olmaqla bir sıra güclər Azərbaycanla Rusiya arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə arasındakı münasibətlərin pisləşməyinə səy göstərirdi. Lakin Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və onlar bu istiqamətdə səylərini yaxın gələcəkdə də davam etdirəcəklər. ”. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin sərəncamı

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 02 may 2024, 15:34 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2,0 (iki) min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1,0 (bir) min manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 may 2024-cü il

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib.  İclasda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar  Təşkilatın Rəyasət Heyətinin 2022-ci il “15” noyabr tarixli İclasında təsdiq etdiyi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Tədbirlər planının icra vəziyyəti müzakirə edilib. İclasda çıxış edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Tədbirlər planının icra vəziyyətini ümumilikdə qənaətbəxş hesab edib, bununla yanaşı, görülməsi gərəkən işlərə diqqət çəkib. İclasda bu və digər məsələlərlə bağlı ətraflı fikri mübadiləsi aparılıb, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 ilik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanması qərara alınıb.  Toplantıda  həmçinin 1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində Qələ­bə­nin  80-ci ildönümü ilə əlaqədar Tədbirlər Planının layihəsinin hazırlanması müzakirə edilib.   Iclasda Vətən müharibəsində əldə edilən qələbənin təbliği ilə bağlı xüsusi planın qəbulu ilə bağlı da təkliflər dinlənilib.  

Hamısını oxu