Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mingəçevir şəhər veteranlar təşkilatının sədri vəfat edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Mingəçevir şəhər Veteranlar Təşkilatının sədri Ələm Rza oğlu Məmmədovun vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

2020-09-28 00:00:00
3473 baxış

Digər xəbərlər

I Qarabağ müharibəsi əlillərinə qayğı

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Qara Sarıyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Sarıyev Qara Əli oğlu 99 yaşında vəfat edib. Qara Əli oğlu Sarıyev 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olmuşdur. Orta təhsilini başa vurmamış cəbhəyə səfərbər olunmuşdur. Stalinqrad, Kursk, Vyana-Balaton cəbhələrində döyüşüb, “Mauthauzen” faşist düşərgəsinin azad olunmasında iştirak etmişdir. Qara müəllim eyni zamanda Asiya ölkələrinin, o cümlədən Çin torpağının yapon militaristlərindən — kvantun ordusundan azad olunması uğrunda gedən döyüşlərdə də şücaət göstəribdir. Q.Sarıyev Praqanın, Venanın, Budapeştin alman faşistlərindən azad edilməsi medalları ilə və digər döyüş mükafatıarı ilə təltif olunmuşdur. Q.Sarıyevin cəbhədən sonrakı həyat yolu da maraqlıdır. Cəbhədən qayıtdıqdan sonra 1949-cu ildə Moskva Baytarlıq Akademiyasına daxil olmuşdur. 1955-ci ildə bu təhsil ocağını bitirən Qara müəllim professor elmi dərəcəsinə qədər yüksəlmiş, Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Uzun illər ictimai əsaslarla Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsində fəaliyyət göstərərək Respublika Veteran hərəkatının inkişafına öz tövhəsini vermişdir. Qara müəllimin döyüş və həyat yolu bu gündə gənclərimiz üçün bir örnəkdir. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti Qara Əli oğlu Sarıyevin ailə üzvlərinə dərin hüznlə başsağılığı verirlər. Allah rəhmət eləsin.  

Hamısını oxu
Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.   Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.   Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!  

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Ağaşirin Cəfərov - Qəhrəmanlıq Rəmzi

80 il əvvəl - 1945-ci ildə II Dünya Müharibəsi sona çatdı. Bu müharibə insanlıq tarixinin ən qaranlıq və ən ağrılı dövrlərindən biri olaraq, milyonlarla həyatın itirilməsinə, ölkələrin çökməsinə və insanların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb oldu. II Dünya Müharibəsi yalnız bir döyüşlər silsiləsi deyil, eyni zamanda insanlığın özünü sınadığı və təkrar dəyərləndirdiyi bir prosesdir. 1939-cu ildən 1945-ci ilə qədər davam edən bu müharibə bütün dünyaya bir daha göstərdi ki, hər bir insanın azadlıq və yaşamaq hüququ müqəddəsdir və bu hüquqların pozulması cəmiyyətləri qaranlıq bir gələcəyə sürükləyə bilər. Müharibənin ilk illərindəki üzücü anlar, faşizmin və nasizmin Avropada yayılmasına, milyonlarla insanın məhv öldürülməsinə, həmçinin təbii resursların məhv olmasına qısacası böyük fəlakətlərə səbəb oldu. Lakin bu müharibə həm də müqavimət, döyüş və ümidin simvoluna çevrildi. Biz bu müharibənin bitməsinin 80-ci ildönümündə tarixə necə yanaşmalı olduğumuzu, keçmişdən hansı dərsləri öyrənməli olduğumuzu düşünməliyik. Bu müharibənin təbii olaraq Azərbaycanda da dərin izləri qalmışdır. Həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də müharibə iştirakçılarının həyatlarının şiddətini və çətinliyini yaşamaqla biz bu kədərli tarixə qarşı məsuliyyət daşıyırıq. Şəhidlərimiz və qazilərimiz bizə keçmişin ağırlığını, hər bir ailənin müharibə dövründə çəkdiyi əzabı, hər bir insanın itirdiyi həyatın dəyərini anladır. Ağaşirin Cəfərov kimi şəxsiyyətlər bizə göstərir ki, müharibənin əzabları yalnız müharibə meydanlarında deyil, həm də gündəlik həyatımızda özünü göstərir. Onların fədakarlığı, cəsarəti və mübarizəsi bu günümüzə işıq salır, bizə insanların daha yaxşı gələcək qurmaq üçün necə mübarizə apardığını xatırladır.Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış bu igid döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun həyat və döyüş yolundan danışmaq böyük şərəfdir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklər içində keçsə də, vətənə və xalqa bağlılıq hissi onun xarakterində əsas yer tutmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. 1942-ci ilin noyabrında 51-ci ordunun tərkibindəki 416-cı Azərbaycan Milli Diviziyasında pulemyotçusu kimi döyüşə başlamışdır. Bu diviziya müharibə tariximizdə xüsusi yer tutur. çünki tərkibi əsasən azərbaycanlılardan ibarət idi və igidlərimiz burada böyük qəhrəmanlıqlar göstərmişdilər. Ağaşirin Cəfərov Melitopol yaxınlığında 1943-cü ilin oktyabrında aparılan döyüşlərdə göstərdiyi igidliklə yadda qalmışdır. Onun sərrast atəşi nəticəsində düşmənin 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, vacib yüksəklik azad olunmuşdur. Bu döyüşdə göstərdiyi rəşadətə görə 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, bu ad 416-cı diviziyada ilk dəfə məhz Ağaşirin Cəfərova verilmişdi. Bu cəsur döyüşçü müharibə zamanı üç dəfə yaralansa da ruhdan düşməmiş, sona qədər vuruşmuş, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra o, doğma kəndinə qayıdaraq kolxoz və kənd soveti sədri kimi çalışmış, daha sonra Bakıda  Neft-qazma idarəsində əmək fəaliyyətini davam etdirmişdir. Sakit və zəhmətkeş həyatı ilə də nümunə olmuşdur. 3 may 1984-cü ildə dünyasını dəyişən qəhrəmanımız Neftçala şəhərinin İsmilli aramgahında dəfn olunmuşdur. Bu gün onun adı Neftçala rayonu Astanlı kənd tam orta məktəbinə verilib. Şəhər parkında onun büstü, bir küçədə isə adı əbədiləşdirilib. Bu təkcə bir insanın xatirəsinə deyil, bir xalqın qəhrəmanlıq irsinə hörmətin təzahürüdür. Ağaşirin Cəfərov kimi qəhrəmanların xatirəsi yaşadıqca bizim milli ruhumuz, vətənpərvərliyimiz və tariximiz də yaşayacaqdır. Onların şücaəti bugünkü gənclər üçün örnək, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik dərsidir. Qəhrəmanlarımızı unutmayaq!  Onları daima yad edək və xatırlayaq!                           Cəlil Xəlilov    Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu