Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük azərbaycanlı, peşəkar çekist, gəncliyin əbədi idealı...

Azərbaycan xalqının böyük oğlu Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda  anadan olub. Ağır sosial rifah, çətin həyat şəraiti Bahadur Hüseynovun ailəsini Naxçıvandan Gəncəyə köçməyə vadar edib.

 

1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur, təhsilini Toxuculuq Texnikumunda davam etdirir. O,1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Lakin ali təhsil almaq, özünü inkişaf etdirmək arzusu Bahadur Hüseynovu bir an belə olsun rahat buraxmır. Məhz bu səbbədən də Bahadur Hüseynov  1939-cu ilin may ayında böyük qardaşı Əhmədin çağırışı ilə Xarkova yola düşür. Elə həmin il Bahadur Hüseynov Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olur. Adıçəkilən şöbəni bitirən Bahadur Hüseynov, təhsilini F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etdirir. Məhz bu təhsil onun taleyinbi həmişəlik hərb peşəsinə, hüquq-mühafizə orqanlarına ömürlük bağlayır.

 

Faşizmə qarşı mübarizə meydanında…

 

Böyük Vətən müharibəsi başlanması keçmiş SSRİ-nin hər bir vətəndaşı kimi Bahadur Hüseynovun da həyatında ciddi dəyişikliklərə yol açır. Təhsilini vaxtından əvvəl başa vuran Bahadur, kiçik leytenant rütbəsində müharibəyə yollanır. Tağım komandiri kimi ilk döyüşünü

1941-ci ildə Smolensk istiqamətində 246-cı diviziyanın 908-ci alayının tərkibində keçirir. Hücum dəstəsində yer alan  Bahadur Hüseynov faşist işğalçmılarına qarşı mübarizədə böyük cəsarət sərgiləyir. Lakin ağır və uzunbmüddətli döyüş əməliyaytları Bahadur Hüseynovun öz sağlamlığı baxımından da təsirsiz ötüşmür. Hərbi əməliyyatların gedişində üç dəfə yaralanan kiçik leytenant, Qori şəhərində müalicəyə göndərilir. Müalicəsini qismən başa vuran Bahadur Hüseynov daha sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir və oradan faşizmə qarşı mübarizə meydanına qayıtmaq xahişi ilə hərbi komandanlığa müraciət edir. Bu, o zaman idi ki, SSRİ-də peşəkar sərhədçilərə, ali təhsilli hərbi mütəxəssislərə ciddi ehtiyac var idi. Məhz bu səbəbdən də hərbi komandanlıq Bahadur Hüseynovu Gürcüstandakı Sərhəd Qoşunlarında xidməyə yola salır.

 

1942-ci ildəki bu təyinatdan sonra Bahadur Hüseynov 1948-ci ilə kimi Gürcüstanda həm tərcüməçi, həm də zabit və və böyük zabit vəzifələrində xidmət edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Xidmət etməklə yanaşı,  yeni ali təhsil almaq arzusu ilə yaşayan Bahadur Hüseynov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsinə qəbul olur. O, 1967-ci ildə universiteti bitirərək ali təhsilli hüquqşünas ixtisasına yiyələnir.

 

Heydər Əliyevdən Bahadur Hüseynova böyük etimad: Sərhəd Qoşunlarından Dövlət Təhlükəsizlik Komitəsinə doğru...

 

Bahadur Hüseynovun xidməti fəaliyyətini böyük məsuliyyət və bacarıqla yerinə yetirməsi hərbi komandanlığın da diqqətini cəlb edir. 1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksələn Bahadur Hüseynov, bir müddətdən sonra xidmət etdiyi hərbi hissənin rəis müavini təyin olunur.

 

Çox keçmir ki, Bahadur Hüseynovun fəaliyyəti milli hərbi kadrlara böyük diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin də diqqətini cəlb edir. Məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsinə dəvət edilir. Qısa müddətdən sonra Bahadur Hüseynov Dövlət Təhlükəsizlik Komitəsində  bölmə rəisi vəzifəsinə təyinat alır. 1969-cu ildə isə o, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir.

 

Bahadur Hüseynov 7 il bu vəzifədə çalışır. 1976-cı ildə Heydər Əliyevin təklifi və Azərbaycan KP MK-nın qərarı ilə polkovnik Bahadur Hüseynov daha məsul vəzifəyə təyinat alır. O, Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Bahadur Hüseynovun 1978-ci ildə general-mayor rütbəsinə layiq görülür. 1986-cı ildə isə Bahadur Hüseynov təqaüdə çıxır.

 

Ümumdünya Veteranlar Federasiyasının Rəyasət Heyətinin ilk azərbaycanlı üzvü

 

Bahadur Hüseynov ictimai-siyasi baxımdan da hər zaman fəallığı ilə diqqət çəkib. Xidmət illərində dəfələrlə Göytəpə qəsəbə sovetinə, Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilir. O, həmçinin Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü kimi fəaliyyət göstərir.

Bahadur Hüseynov 1991-2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının əlaqələndirmə şurası Rəyasət Heyətinin üzvü olub. Onun təşəbbüsü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olub. Məlumat üçün qeyd edək ki, Bahadur Hüseynov bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olub.

 

İki dəfə Qırmızı Əmək Bayrağı ordeni, I və II dərəcəli Vətən müharibəsi ordeni, həmçinin 30-a yaxın medal (iki dəfə Döyüşdə Fərqlənməyə görə medalı ilə, “G.K.Jukov” və “Dövlət sərhədlərinin qorunmasında Fərqlənməyə görə” medalları və digər medallar) general Bahadur Hüseynovun gərgin və şərəfli xidmətlərinə verilmiş hökumət mükafatlarıdır. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnev Bakıya gələrkən şəxsən Bahadur Hüseynovu üstündə avtoqrafı olan qol saatı ilə mükafatlandırmışdır. Müharibə veteranları arasında fəal beynəlmiləl işinə görə Bahadur müəllim MDB ölkələri İcraiyyə Komitəsinin – icra katibinin Təşəkkürnaməsinə də layiq görülmüşdür.

 

Əməkdar hüquqşünas, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri...

 

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekisti olan Bahadur Hüseynov öz peşəkarlığı, uğur və novatorluq ruhu ilə Azərbaycandan kənarda da tanınmış, xarici dövlətlərin orden və medalları ilə təltif edilmişdir. Buna nümunə olaraq onun Monqolustan Xalq Respublikasının nişanları ilə təltif edilməsini göstərmək olar.

 

Bahadur Hüseynov iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilib, xidməti fəaliyyətində konkret uğurlarına görə keçmiş SSRİ DTK-nın Sərhəd Qoşunları Baş İdarəsinin və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

 

Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyətində də mühüm rol oynayıb. O, 1992-ci ildən 2001-ci ilə kimi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb. Bu müddətdə o, xarici veteran təşkilatları ilə əlaqələrin qurulmasında, Azərbaycan veteranlarının dünya veteranlar hərəkatına qoşulmasında mühüm rol oynayır.

 

Bahadur Hüseynov 2016-cı ilin 31 dekabr  tarixində Bakıda vəfat edib.

 

“O, veteranların dostu, gənclərin idealı, əsl xeyirxah idi”

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığınl vurğulayır:

 

“Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı.

 

Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyti deyil. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır.

 

Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş  münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar.

 

Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir.

 

Bahadur Hüsdeynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.

 

Kitablara çevrilən ömür yolu...

 

Bahadur Hüseynovun ömür yolu  gənclərə örnək olmaqla qalmamış, zaman-zaman müxtəlif qəzetlər, jurnallar, kitablarda da  öz əksini tapmışdır. Hansı ki, insan bu kitabları vərəqlədikcə Bahadur Hüseynovun saf, mübariz, milli maraqların müdafiəsinə köklənən dünyasına boylanır, onu yenidən, təkrar-təkrar kəşf edir. Bu zaman bir daha əmin olursan ki, Azərbaycan xalqı hər zaman  taleyin sınağından, tarixin imtahanından məhz Bahadur Hüseynov kimi şəxsiyyətləri sayəsində, onların fədakarlığı hesabına çıxıb.

 

Məlumat üçün qeyd edək ki, “Mənalı ömür”, “Veteranları vətənimizin qızıl fondudur” və s. kimi kitablarda Bahadur Hüseynov haqqında maraqlı məlumatlar mövcuddur. Heç şübhəsiz, Bahadur Hüeynov məktəbi bundan sonra da tədqiq edilməkdə, öyrənilməkdə davam edəcək, onun haqqında yeni-yeni kitablar, əsərlər meydana çıxacaqdır.

 

Seymur ƏLİYEV

 

 

 

2021-12-15 11:12:00
1868 baxış

Digər xəbərlər

Sərhəd quruculuğunun ən mühüm mərhələsi – REAL İNTERVYU

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı təyyarə qəzası ilə bağlı başsağlığı verib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Bakı-Qroznı istiqamətində uçan “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Respublika veteranları adından təyyarə qəzasında həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. İnanırıq ki, xalqımızın həmrəyliyi bizə tariximizin bütün çətin dönəmlərində olduğu bu faciəyə də ləyaqətlə dözməkdə kömək edəcək, birliyimizin həlak olanlarının ailələrinə təsəlli olacaqdır”. Məlumat üçün qeyd edək ki, ağır təyyarə qəzası ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edilib.  

Hamısını oxu
Biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə çıxış etmişik - İlham Əliyev

Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın Rostov vilayətində “Sambek yüksəklikləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı ilə bağlı “Rossiya-24” və “Rossiya-1” telekanallarının reportajlarında yayımlanan müsahibəsində bildirib. “Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər”, - deyə dövlətimizin başçısı qeyd edib.

Hamısını oxu
Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.   Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək   Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.   Ermənistana növbəti ciddi xəbərdarlıq   Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.   Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir   Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.    Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır   Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu