Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib. Təbrik mətnində deyilir:

 

“Çox hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan!

 

Sizi doğum gününüz münasibəti ilə Azərbaycanın çoxsaylı veteranları və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından səmimi qəlbdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və xalqımzın gələcəyi naminə fəaliyyətinizdə yeni qələbələr arzu edirik.

 

Möhtərəm cənab Prezident!

 

Siz xalqımızın Ümummilli lideri, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən sayılan Heydər Əliyevin layiqli siyasi varisi və davamçısı olaraq, xalqımıza və dövlətimizə çox böyük tarixi nailiyyətlər qazandırmısınız. Siz yenilməz sərkərdə məharətinizlə 30 ildən çox erməni faşistlərinin işğalı altında olan müqəddəs torpaqlarımızı azad etmiş, Azərbaycan Respublikasının milli təhlükəsizliyini, sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü bərpa etməyə nail olmusunuz. Bu gün Azərbaycan bayrağının işğaldan azad olunmuş doğma torpaqlarımızda vüqarla dalğalanması hər bir soydaşımızın qəlbini qürur hissi ilə doldurur. Qarabağda qazanılmış bu misilsiz tarixi qələbə Azərbaycanın qarşısında yeni imkanlar açmış, ölkəmizin daha sürətli inkişafına şərait yaratmışdır.

Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanımız dünyanın nüfuzlu dövlətləri sırasına yüksəlmiş, ölkəmizi dünyada söz sahibinə çevrilmişdir. Azərbaycanın bu gün nəinki regional, beynəlxalq səviyyədə uğurla həyata keçirdiyi lahiyələr onun iqtisadi qüdrətindən, nüfuzundan xəbər verir.

 

Siz xalqımızın maraqlarına xidmət edən qətiyyətli qərarlarınız və genişmiqyaslı fəaliyyətinizlə Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət quruculuğuna dəyərli töhfələr vermisiniz.

Sizin dünyada sözü də imzası qədər nüfuzlu və mötəbər olan bir dövlət xadimi kimi qəbul edilməyiniz Azərbaycanın taleyüklü məsələlərinin həllində sözün həqiqi mənasında bir stimuldur. Siz saysız-hesabsız uğurlarınızla Azərbaycanı daim ucaltmısınız və bu əvəzsiz xidmətlərinizlə xalqın qəlbində yer tutmaqla, onun səmimi sevgisini, rəğbətini qazanmısınız.

Veteranlar Sizinlə qürur duyur, Sizinlə fəxr edir və həmişə Sizinlədirlər!

Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və doğma Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Allah Sizi qorusun!”

 

Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti adından sədr, Prezident təqaüdçüsü Fatma Səttarova

2021-12-21 11:04:00
1116 baxış

Digər xəbərlər

Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.  

Hamısını oxu
Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək

Vətən müharibəsindəki şanlı Qələbə və Ermənistanın kapitulyasiyasından qırx gün ötür. Bu günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin qırx günü kimi qəbul etmək olar. Hazırda biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Şəhidlərin ruhuna ən böyük töhfə dövlətimizin başçısının rəhbərliyi ilə doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, əslində, Qarabağ Zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin uzun illərdir apardıqları məntiqi siyasətin nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi ehtiramla yad edir və onlara Allahdan rəhmət diləyirik. O, eyni zamanda, qeyd edib ki, Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının VI Plenumu

    22 noyabr 2016-cı ildə Respublika Veteranlar Təşkilatının inzibati binasında Respublika Veteranlar Təşkilatının VI Plenumu  keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanmışdır.    Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov açmışdır. C.Xəlilov Respublik Veteranlar Təşkilatının 2016-cı il üzrə Tədbirlər Planına və Rəyasət  Heyətinin qərarlarına uyğun olaraq Təşkilatın ilin əvvəlindən bu günədək olan fəaliyyəti ilə əlaqədar VI Plenumun keçirilməsi məqsədi ilə toplaşdıqlarını, tədbirdə, RVT-nin şəhər və rayon təşkilatlarının sədrləri, İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, media nümayəndələrinin iştirak etdikrlərini bildirmişdir.    Çıxışlara başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin, eləcə də Təşkilatın ötən plenumdan sonra dünyasını dəyişmiş Rəyasət Heyəti üzvlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edilmişdir.    Plenumda Respublika Veteranlar Təşkilatının bütün şəhər və rayon təşkilatlarından, RVT Rəyasət Hüyətinin üzvləri, Mərkəzi aparatın işçiləri, İkinci Dünya, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranları olmaqla seçilmiş 118 nəfər üzvdən 103 nəfəri Plenumda iştirak etmişdir. Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov Plenumun gündələyini elan etmiş, sonra birinci məsələnin müzakirəsinə başlanılmışdır. Respublika Veteranlar Təşkilatının 2016-cı ilin 11 ayı ərzidəki fəaliyyəti ilə bağlı Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxaş məruzə ilə çıxış etmişdir.    Sonra Respublika Veteranlar Təşkilatının illik fəaliyyəti bağlı məsələlərlə əlaqədar, məruzə ətrafında çıxışlara başlanılmış, ilk söz İkinci Dünya müharibəsi veteranı Fatma xanım Səttarovaya verilmişdir.    Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, Şəki rayon Veteranlar Təşkilatının sədri Müstafa Əhmədov, Şamaxı rayon Veteranlar Vəşkilatının sədri Ağarza Bayramov, Təşkilatın Nəzarət-Təvtiş Komissiyasının sədri Cahangir Nəsirov, millət vəkili Xanhüseyn Kazımlı, Prezident Adminstrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış etmiş, Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.    Sonra gündəliyin 2-ci məsələsi, RVT-nin 2017-ci ilə aid fəaliyyət planı barədə Təşkilatın sədr müavini, e/o polkovnik Cəlil Xəlilov qısaca məlumat çatdırmış, onun təsqdi olunması ilə bağlı təkliflər səsləndirilmişdir. Plan bəzi təkliflər nəzərə alınmaqla  qəbul olunmuşdur.     Plenum işini başa çatdırmışdır.

Hamısını oxu
Çətin sınaqlardan keçən veteran ömrü : Mustafa Yusif oğlu Mustafayev – 100!

Beynimə hopmuş, hafizəmdə daşlaşmış atamla bağlı ötən illərin o üzündən gələn həzin xatirələr indiyədək köksümü qürurla qabartmaqdadır. 1922-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan atam Mustafa Yusif oğlu Mustafayev şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Onun öz atası haqqında, yəni babam barədə söylədikləri də yaddaşıma həkk olub. Ötən əsrin 20-ci illərin sonunda bolşevik-kommunist rejimi tərəfindən fərdi torpaq sahələrinin hesabına kollektiv təsərrüfatlar yaratmaq haqqında qəbul edilən qərar kəndlilərin torpaqla bağlı ümidlərinin üstündən xətt kəçdi. Bu az imiş ki, kənd əhli pasportdan məhrum olunaraq az qala təhkimçilik dövrünü xatırladan həyat tərzi yaşamağa məhkum edildi. Buna cavab olaraq 1930-cu ilin baharında Baş Göynük kəndində üsyan başlanır. Az sonra üsyan bütövlükdə Şəki rayonunu, eləcə də Azərbaycanın 7 bölgəsini əhatə edir. Üsyan iştirakçılarından biri də babam Yusif olub. Həmin kəndli hərəkatı amansızlıqla yatırıldı. Üsyan iştirakçılarının bir qismi dərhal güllələndi, əhəmiyyətli hissəsi həbs edilərək Stalinin Sibirdə və Rusiyanın ucqar şimal bölgələrində yaratdığı düşərgələrə, gedər-gəlməz sürgünlərə göndərildi. Belə həbs düşərgələrində həbs cəzası çəkməyə məhkum edilən insanlardan biri də babam Yusif idi. Beləcə atam 8 yaşında yetim qaldı. O , bütün şüurlu həyatı boyu nə istədisə özündən arzuladı. Alnının təri, əlinin qabarı onun həyatının cıqırdaşı oldu… Yəqin ki, babam Vətən həsrəti ilə, doğmalararının vüsalına qovuşmaq arzusu ilə qürbətdə həyata göz yumub. 1941-ci ilin martında atamı Sovet ordusu sıralarına hərbi xidmət etməyə çağırıblar. Üç aydan sonra faşist Almaniyası Sovet ittifaqına hücum etdi. Beləliklə tarixə Böyük Vətən Müharibəsi adı ilə düşmüş savaş başlanır. Atam Gürcüstanda 3 ay davam edən qısa müddətli hərbi hazırlıq kursunu başa vurduqdan sonra cəbhəyə göndərilir. Bütün müharibə ərzində atıcı alayın tərkibində çoxsaylı döyüşlərin iştirakçısı olub. Sərgilədiyi igidlik, şücaət örnəklərinə görə dəfələrlə müxtəlif medallarla təltif olunub. O qanlı-qadalı illərdə, müxtəlif vəziyyətlərdə ölümlə üz-üzə gəlsə də Allahın verdiyi qismət sayəsində sağ qalıb.Yəqin ki, odun-alovun içində olarkən atası və məşəqqətli uşaqlıq illəri ilə bağlı hüzünlü xatirələri qəlbinin bir guşəsində saxlayıb, tez-tez o xatirələrə dalıb. Bunsuz onu təsəvvür edə bilmərəm. Müharibə bitdikdən sonra da atam Mustafa Yusif oğlunun ordu sıralarında saxlayıblar. O, əsgəri xidmətini 54 saylı Süvari diviziyasının tərkibində davam etdirib. Nəhayət, onu 1946-cı ilin sentyabr ayında ordu sıralarından tərxis ediblər. Atam 1949-cu ildə ailə həyatı qurub. Ailədə bacı-qardaş 9 uşaq olmuşuq: 6 bacı, 3 qardaş. Bizim qayğı yükümüzü daşımaq atamla anamın həyat tərzinə çevrilmişdi. Atam adi kolxozçu kimi ömrü boyu “Qafqaz” kolxozunda çalışıb. Ancaq öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də heç bir hökumət idarəsinin qapısını döymədən, kiməsə ağız açmadan. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də hansı şəraitdə, xəbis niyyət arxasınca sürünən bəzi adamların çoxdan bağlanmış qapıları döyərək “üsyançı oğlu” tənəsi altında… Xalqımızın mənəvi zənginliyini təcəssüm etdirən adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış ağsaqqalların xətir-hörmətini saxlamaq, onların qədir-qiymətini bilmək belə adət-ənənələrdəndir. Bu ənənə xalqımızın ləyaqətinin ölçü vahidi olmaqla fəlsəfi məna kəsb edir. Belə ehtirama layiq görülən kişilərdən biri də atam olub. Neçə illərdir ki, dünyasını dəyişsə də kənd əhli onunla bağlı xatirələrini indi də danışır, onu xoş sözlərlə yad edir, zəhməti, dürüstlüyü həyat meyarına çevirən bir insan kimi xatırlayır, mərdliyin, əyilməzliyin mücəssəməsi kimi xarakterizə edirlər. Xoşbəxt o adamdılr ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 91 illik bir ömür sürmüş atam Mustafa Yusif oğlu da belə xoşbəxt insanlardan biri idi. Allahdan ona qəni-qəni rəhmət və ruhu şad olsun deyirəm. Sonda atamın timsalında onu qeyd etmək istərdim ki, insaniyyətlik deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdırlar. Cənnətdəki 100 yaşın mübark olsun əziz atam! Qocaman dağlarla durub yanaşı Tərbiyəli övladları ilə ucalıb başı! Hörməti böyükdür xalqın içində Daim yaşayacaq ürəyimizdə ! İnsanlar bənzədir onu bir nərə. Adını yazırlar Qoca tarixə. Yüz ildən sonra da yad eyləsinlər. Mustafa tək mərd kişi vardı desinlər! İsmayıl Mustafaoğlu

Hamısını oxu