Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təhlükəsizliyimizin, stabitliyimizin qarantı İlham Əliyevdir

"Təhlükəsizliyimizin, stabitliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın gələcəyi üçün çox vacibdir". 
 
Bunu Qlobal.Az-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov aprel ayının 11-ə təyin olunan Prezident seçkilərinə münasibət bildirərkən deyib.
Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyev cənablarının Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına göstərdiyi xüsusi diqqətdən də söz açıb:" Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatına Prezident İlham Əliyev cənabları daim xüsusi diqqət bəsləyib. Möhtərəm Prezidentimiz çıxışlarında da daim deyir ki, veteranlar, şəhid ailələri dövlət orqanlarının diqqət və qayğısı ilə əhatə olunmalıdır. Biz bu diqqət, qayğını həmişə görmüşük. Bu gün dünya odun-alovun, terrorun, müharibələrin məngənəsində didilir. Azərbaycanda isə ictimai-siyasi sabitlikdir. Ölkədə iqtisadi yüksəliş ildən-ilə davam edir. İnsanlar asanlıqla işləyə, yaşaya, yarada bilirlər. Azərbaycan artıq regionun super dövlətinə çevrilib. Regionumuzda heç bir siyasi-iqtisadi layihə Azərbaycan dövlətinin iştirakı olmadan həyata keçirilə bilmir. Əlbəttə ki, bütün bu uğurlara məhz Prezidentimiz İlham Əliyev cənablarının yorulmadan apardığı qətiyyətli, prinsipial, əsaslı və müdrik siyasəti nəticəsində nail olunub".
 
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının iki aydan sonra Respublikada baş tutacaq Prezident seçkilərində aktiv iştirak edəcəyini vurğulayan polkovnik C. Xəlilov İlham Əliyevi dəstəkləyəcəklərini deyib.  
 "Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan respublikasının Prezidentliyinə İlham Əliyev cənablarının namizədliyini irəli sürəcək. Bilirik ki, həm ölkəmizin daxilində, həm də ki, xaricdə ölkəmizdəki siyasi sabitliyi pozmaq istəyən, iqtisadi cəhətdən ölkəmizi özlərindən asılı vəziyyətə salmaq istəyən məkrli qüvvələr var. Biz veteranlar imkan verməyəcəyik bu stabillik pozulsun. İlham Əliyev cənabları beynəlxalq səviyyədə qəbul edilən, hörmət bəslənən, intellektual, dünyanın siyasi fəlsəfəsini bütünlüklə dərk edən və dəqiq qərarları ilə həmişə bir addım öndə olmağı bacaran liderdir. İlham Əliyev idarəetmə sisteminə çoxlu yeniliklər gətirib, bunlar da cəmiyyətin inkişafı üçün çox vacib məsələlərdir. Dünyada gedən proseslərə özünəxas yanaşması onu həmişə digər siyasi xadimlərdən ciddi olaraq fərqləndirə bilib. Azərbaycan Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə fəxr edirik. Təhlükəsizliyimizin, stabilliyimizin qarantı İlham Əliyevdir. İlham Əliyevin yenidən Prezident olması Azərbaycanın gələcəyi üçün çox vacibdir"-deyə, polkovnik C. Xəlilov qeyd edib. 

2018-02-08 00:00:00
4336 baxış

Digər xəbərlər

Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov şəhid Abakar Hacıyevin ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 sentyabr 2025-ci il tarixində Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.  Şəhidin ailə üzvləri ilə görüşən Təşkilat sədri, 8 Noyabr zəfərinin əldə edilməsində şəhidlərimizin tarixi rolundan danışıb, bu qələbəyə məhz onların fədakarlığı nəticəsində nail olunduğunu vurğulayıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, şəhidlərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar illər, əsrlər sonra da təbliğ edilməli, bu qəhrəmanlıq gələcək nəsillərə örnək olmalıdır. Şəhidlərin xalqımızın mənəvi sərvəti olduğunu söyləyən polkovnik Cəlil Xəlilov, dövlət başçısının şəhidlərə, onların ailə üzvlərinə olan münasibətinin hər kəs üçün örnək olduğunu bildirib. Gəlişinə görə Təşkilat sədrinə təşəkkürünü bildirən şəhidin ailə üzvləri, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi sonsuz qayğı və diqqətdən danışıb, buna görə dövət başçısına təşəkkür ediblər.   Seymur ƏLİYEV

Hamısını oxu
DTX Azərbaycanı etibardan salmaq istəyən İranı rüsvay etdi –TƏHLİL!

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların qarşısını alıb. DTX-nın verdiyi məlumatdan bəlli olur ki, əhali arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və Aşkenazi Sinaqoqu hədəf alınıb. DTX-nın keçirdiyi əməliyyat nəticəsində ölkəmizin ərazisinə keçirilən partlayıcı qurğular zərərsiləşdirilib və bu qurğuların 3-cü şəxsə ötürülməsinin qarşısı alınıb. İran İsrailin Azərbaycandakı səfirliyini niyə hədəf seçib? İran Azərbaycanda bir neçə hədəf müəyyənləşdirib ki, bu hədəflərdən biri ölkəmizdəki İsrail səfirliyi olub. Bəs İranın İsrail səfirliyini hədəf seçməsinə səbəb nədir? İlk səbəb, heç şübhəsiz İranla İsrail arasında tarixən gərgin olan münasibətlər, eləcə də bu gün iki dövlət arasında baş verən müharibədir. İran Azərbaycandakı İsrail səfirliyini partlatmaqla rəsmi Təl-Əvivə gözdağı verməyi planlaşdırıb. İsrail səfirlirinin hədəf seçilməsində digər bir məqsəd isə heç şübhəsiz Azərbaycanı dünya miqyasında etibardan salmaq, onun güvənilən və təhlükəsiz dövlət olmadığını sübut etmək olub. Azərbaycana qarşı tarixən düşmənçilik siyasəti yürüdən İran, bir terror aktı ilə iki və daha çox məqsədə çatmağı planlaşdırıb ki, məhz DTX-nın peşəkarlığı bu planın həyata keçirilməsini önləyib. DTX-dan İranın xain planına ölümcül zərbə DTX-nın ayıq-sayıqlığı və yüksək peşəkarlığı sayəsində SEPAH-ın terror aktı ilə bağlı mənfur planı ifşa edildi ki, bu da molla rejimi üçün ciddi zərbə oldu. DTX terror aktının qarşısını almaqla sadəcə İsrail səfirliyi və digər strateji obyektlərin təhlükəsizliyini təmin etmədi. Eyni zamanda, İranın Azərbaycana olan düşmənçilik siyasətini inkaredilməz faktlarla bir daha sübut etdi. DTX-nın əməliyyatı sübut etdi ki, İran Azərbaycanba mnasibətdə hər zaman olduğu kimi bu gün də səmimi deyil. Rəsmi Tehran ölkəmizdə xaos yaratmaq, qorxu, vahimə mühiti formalaşdırmaq üçün ən iyrənc üsullardan istifadəyə hazırdır. DTX məlum əməliyyatı ilə dövlətimizin beynəlxalq miqyasdakı etibarını da uğurla qorudu və sübut etdi ki, Azərbaycan həqiqətən də dünyanın ən təhlükəsiz ölkələrindən biridir və bundan sonra da belə olacaq! Seymur ƏLİYEV  

Hamısını oxu
Başsağlığı

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, polkovnik Adil Haqverdiyevin bacısı Qəmər xanım dünyasını dəyişib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Qəmər xanımın vəfatı ilə bağlı mərhumun bütün doğmalarına, o cümlədən qardaşı  Adil Haqverdiyevə dərin hüzünlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!    

Hamısını oxu