Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Onlar 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə hər kəsə bir nümunə göstərdilər”

Azər Badamov: “Xaricdə yaşayan hər bir soydaşımız özü - özünə sual verməlidir ki, mən vətənim üçün nə etmişəm?”

 

“Düşünürəm ki, bundan sonra xaricdəki imkanlı soydaşlarımız və təşkilatlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin xeyriyyəçilik yolunu davam etdirəcəklər”

 

Bugünlərdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın sağlamlıq imkanı məhdud olan 100-ə qədər qazimizi müasir əlil arabaları ilə təmin edib. Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin bu addımı xaricdə fəaliyyət göstərən digər Azərbaycan-türk mədəniyyət dərnəklərinə, diaspor təşkilatlarına, iş adamlarına da örnək sayıla bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin 100-ə qədər sağlamlıq imkanı məhdud qazini müasir əlil arabaları ilə təmin etməsinin təqdirəlayiq olduğunu bildirib:

 

“Nideland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlham Aşkının 100 əlil arabasını ehtiyacı olan qazilərimizə hədiyyə etməsini çox təqdirəlayiq hal hesab edirəm. Bu, həm də digər Azərbaycan-Türk Dərnəklərinə və diaspor təşkilatlarına bir nümunədir.

 

Qazilərimiz vətənin torpaqları uğrunda öz sağlamlıqlarını itirmişdir. Bu böyük qələbəni bizə nəsib edənlər hər bir diqqətə və qayğıya layiqdirlər.

 

44 günlük Vətən müharibəsində qazandığımız qələbə başımızı bütün dünyada uca etmişdir. Bu gün dünyanın hər bir yerində yaşayan soydaşımız başını dik tutaraq Böyük Qələbəmizlə fəxr edir. Ona görə xaricədə yaşayan soydaşlarımız işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına və ya qazilərimizə dəstək göstərməklə vətənə öz töhfəsini verə bilərlər. Ona görə xaricdə yaşayan soydaşlarımız öz maddi imkanları daxilində dəstək proqramlarında və xeyriyyəçilik tədbirlərində iştirak etməlidirlər.

 

Niderland Azərbaycan-Türk Dərnəyi 100 əlil arabasını qazilərimizə hədiyyə etməklə bir nümunə göstərdi. Düşünürəm ki, bundan sonra da diaspor təşkilatları və ya da imkanlı soydaşlarımız Niderland Azərbaycan -Türk Dərnəyinin bu xeyriyyətçilik yolunu davam etdirəcəklər”.

 

Seymur ƏLİYEV

 

2022-01-10 13:49:00
1005 baxış

Digər xəbərlər

Bu il Türkiyənin Marmaris şəhərində keçiriləcək “Elvedasız şarkılar” adlı musiqi layihəsi Azərbaycana həsr olunacaq

Veteran.gov.az xəbər verir ki, Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ənənəvi olaraq hər il turizm bölgələrində keçirilən “Elvedasız şarkılar” adlı xeyriyyə məqsədli konsert proqramı çərçivəsində bu il Azərbaycan musiqisi təqdim ediləcəkdir.  Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 28 avqust tarixində Marmaris şəhərində altı min nəfərlik tarixi amfiteatrda baş tutacaq konsertdə hər iki ölkənin sənətçiləri iştirak edəcəklər. Datça - Kimsəsiz uşaqlar üçün şəhərciyə yardım məqsədi ilə təşkil olunan konsert proqramında Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, vokalist Aynur İsgəndərli, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Rəqsləri Ansamblı çıxış edəcək, milli musiqilərimiz və rəqslərimiz təqdim ediləcəklər. Tədbirin qonaqları olaraq konsert proqramında Türkiyə tərəfindən məşhur müğənnilər Murat Kekilli, Fatih Erkoç, Yeşim Salkım, Bora Gencer, Nühket Duru, Ozan Orhon və b. müğənnilər  çıxış edəcəklər.  Seymur ƏLİYEV  

Hamısını oxu
Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələri həsr etdi

7 oktybar tarixində Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim etdi.   Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələri həsr edib. Ədəbi-bədii musiqli kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak etdilər.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə 44 günlük Vətən müharibəşi iştirakçılarının görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə bir grup 44 günlük Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. C.Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Sizlərin timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri leytenant Nəsirov Orxan və əsgərlər Qasımlı Kamran və Alızadə Tamerlan və onlar kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Fəxri Fərmanları, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatlarını 44 günlük Qarabağ müharibəsi qəhrəmanlarına təqdim edilər.

Hamısını oxu
Şəhidlərə ehtiram, Qarabağın bərpasına töhfə...

Novxanıdakı iftar sürəsində yeni və təqdirəlayiq ənənənin əsası qoyulub... Martın 22-də Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. (https://veteran.gov.az/az/news/2840-novxani-mescidinde-merasim-evinin-acilisi-olub-iftar-sufresi-verilib-qarabag-dircelis-fonduna-iane-olunub ) Şəhid ailələri, veteranlar və həssas kateqoriyadan olan digər vətəndaşların iştirak etdiyi 250 nəfərlik iftar süfrəsində gözəl bir ənənənin əsası qoyulub. Belə ki, iftar süfrəsində dövlətimizin Qarabağın bərpası istiqamətində həyata keçirdiyi böyük quruculuq işlərindən bəhs olunub, hər bir vətəndaşın bu müqəddəs missiyada iştirakının vacibliyi vurğulanıb. Təşkilatçı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə olunub. Azərbaycanda Ramazan ayında iftar süfrələrinin təşkili, bu süfrələrə şəhid ailələrinin, veteranların, sosial baxımdan aztəminatlı şəxslərin dəvət edilməsi kimi gözəl bir ənənə çoxdandır ki, mövcuddur və bu, xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyindən xəbər verir. Lakin iftar süfrəsi ilə yanaşı, həm də Qarabağ Dirçəliş Fonduna ianənin edilməsi yeni və təqdirəlayiq bir yenilikdir. Qarabağın bərpasının xalqımız və dövlətimiz üçün həyati əhəmiyyət kəsb etdiyini nəzər alsaq, bu yeniliyin ənənə halını alması, nümunəyə çevrilməsi arzuediləndir. Belə olarsa, iftar süfrələri xalqımızın birlik, bərabərlik göstərici olmaqla yanaşı, həm də dövlətimizin inkişafı, milli maraqlarımızın təminatı istiqamətində vətəndaşlarımızın birgə fəaliyyətini daha effektiv şəkildə stimuallaşdırar. Bu, həmçinin,  vətəndaşlarımızın Qarabağın bərpasına yönəlik əməli addımlara təşviq edilməsi, dövlətçilik şüurunun inkişaf, Müzəffər Ali Baş Komandanın çağırışlarının dəstəklənməsi baxımından da mühüm addım deməkdir. Ona görə də Novxanıda əsası qoyulan bu ənənənin yaxın gələcəkdə genişlənəcəyini ümid edir, insanlarımızı bütün imkan və vasitələrlə doğma Qarabağımızın bərpasına dəstək verməyə səsləyirik. Unutmayaq ki, Qarabağın dirçəldilməsi, erməni faşizminin törətdiyi vəhşiliklərin ağır nəticələrinin ortadan qaldırılması yanız dövlətimizin deyil, vətəndaş olaraq hər birimizin vəzifəsidir. Və biz istənilən şərtlər altında bu borca sadiqlik sərgiləməli, dövlətimizə dəstək olmalı, Qarabağın inkişafına töhfə vermək üçün bütün imkanlarımızdan maksimum istifadə etməliyik. Dirçəlmiş Qarabağ, qüdrətli Azərbaycan naminə! Seymur ƏLİYEV

Hamısını oxu