Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: “Komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunun hərbi qüdrətini daha da artıracaq”

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində son illər Azərbaycan Ordusunun inkişafı istiqamətində atılan mühüm addımlara diqqət çəkdi, gələcəklə bağlı planlardan danışdı. Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü bütün dünyaya göstərdi. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi təxribatlar da Azərbaycanın üstünlüyü tamamilə öz əlində saxladığını sübut etdi. Komando qüvvələrinin yaradılmasına da toxunan dövlətimizin başçısı yeni hərbi qüvvələrin sayının yaxın gələcəkdə daha da artırılacağını bildirdi.

 

Prezident İlham Əliyevin bu fikirlərini Azərtac-a şərh edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov komanda qüvvələrinin yaradılmasının mühüm önəm kəsb etdiyini vurğulayaraq deyib: “Komando qüvvələrinin yaradılması Azərbaycanın hərbi gücünün artırılmasından, ordumuzun döyüş hazırlığının yüksəldilməsindən xəbər verir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, bu qüvvələr istənilən tapşırığı yüksək səviyyədə icra etməyə hazırdırlar. Biz İkinci Qarabağ müharibəsində xüsusi təyinatlılarımızın şücaətinə şahid olduq və onlar bütün dünyaya əsl qəhrəmanlıq nümunəsi göstərdi. İndi isə komanda qüvvələrinin timsalında Azərbaycanda yeni hərbi qüvvələr yaradılıb. Bu qüvvələrin gələcəkdə daha da artırılması nəzərdə tutulur. Hesab edirəm ki, komando qüvvələrinin yaradılması Azərbaycan Ordusunun hərbi qüdrətinin, zərbə gücünün daha da artırılmasına mühüm töhfə verəcək”.

 

Cəlil Xəlilov Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılması, dövlətimizin təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün yeni hərbi texnikaların alınmasının, bu məsələdə qardaş Türkiyə dövləti ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycan dövləti ordumuzun ehtiyaclarına uyğun olaraq dünyanın ən qabaqcıl ölkələrindən bir sıra hərbi texnikalar, silah-sursat alır. Bu proses gələcəkdə də davam etdiriləcək. Bununla bağlı Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı xüsusilə faydalı və səmərəlidir. Müharibə dövründə Türkiyədən alınan müşahidə və zərbə dronları Qələbənin qazanılmasına mühüm töhfə verdi. Azərbaycanlı mütəxəssislərin peşəkarlıqda idarə etdikləri bu dronlar düşmənin canlı qüvvəsinin, o cümlədən raket sistemlərinin, artilleriya qurğularının yerinin dəqiq

müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Türkiyə istehsalı olan bu dronların məhv etdiyi raketlər həm də Gəncə, Bərdə, Tərtər və digər şəhərləri, mülki insanları atəşə tutur, günahsız insanların qətlinə yol açırdı. Məhz bu dronlar həmin raketlərin məhvinə imkan verdi. Bununla da yüzlərlə mülki şəxsin təhlükəsizliyi təmin edildi”.

 

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, real döyüş əməliyyatlarında bu texnikaların, hərbi sistemlərin özünü yüksək səviyyədə doğrultması qardaş Türkiyənin, onun hərbi sənayesinin uğuru idi. Bütün bunlar göstərdi ki, Türkiyənin hərbi sənayesi dünyanın ən qabaqcıl hərbi sənayeləri ilə uğurla rəqabət aparmağa qadirdir və imkanlarını, nüfuz və təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu baxımdan istər “Aselsan”, istərsə də Türkiyənin digər hərbi təyinatlı şirkətləri ilə əməkdaşlıq Azərbaycan üçün olduqca önəmlidir. Bu, yalnız Ordumuzun müasir hərbi texnikalarla təminatı baxımından deyil, həm də Azərbaycanın hərbi sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

 

“İnanıram ki, yaxın gələcəkdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyacaq. Bu əməkdaşlıq yeni və müasir hərbi məhsulların istehsalında özünü göstərəcək. Əməkdaşlığın bu şəkildə inkişafı həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Bu, həm də bütövlükdə türk dünyasının gücünün artmasına, onun təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə C.Xəlilov əlavə edib.

 

2022-01-10 13:54:00
1290 baxış

Digər xəbərlər

Güləşçilərimizdən tarixi uğur: Millimiz Avropa üçüncüsü oldu

Veteran.gov.az awf.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Hamısını oxu
Avropa İttifaqının ali nümayəndəsinin qərəzli fikirləri ikili standart nümunəsidir

Hamısını oxu
Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhəri Binəqədi rayon  83 nömrəli və Səbayıl rayon 189 nömrəli orta məktəblərdə 2018-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Səbayıl rayon 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva və Binəqədi rayon 83 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, İkinci Dünya müharibəsi veteranları Ulduz Kəngərli, İsmayıl Fərəcov, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Təşkilatın əməkdaşları ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Telman Babayev, Nəbi Hacıyev, İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, Binəqədi və Səbayıl rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirlərdə həmçinin hər iki təhsil ocağının şagird və müəllim kollektivi, veteranlar Təhsil Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmişdir. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə qoşulması və ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından 189 və 83 nömrəli məktəblərin direktorlarına, pedoqoji kollektivlərinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. Daha sonra II Dünya müharibəsi veteranı Aleksandr Qritiçenko, məktəbin direktoru Ceyran Quliyeva, Respublika Veteranlar Təşkilatının əməkdaşları, məktəbin müəllimləri çıxış etmişlər. Çıxış edən natiqlər Beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar.  Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Ceyran Quliyeva, Nəbi Mahmudov, RVT-nin nümayəndələri, II Dünya müharibəsi veteranları Ulduz Kəngərli və Aleksandr Qritçenko, məktəblilər Əzim Niyazov, Nəzrin Mehdizadə, Fidan Mahmudlu və başqaları ingilis və rus dillərində çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib. Nazir alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Onların pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Nazir müharibə veteranlarının sanatoriya-kurort müalicəsinin təşkili, əlilliyi olanların reabilitasiya məmulatları ilə təmin edilməsi, tənha ahılların sosial xidmətlə təminatı, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsi və reabilitasiyası sahəsində aparılan işləri qeyd edib. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib.  C.Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin önəmini diqqətə çatdırıb. Dünya Veteranları Fedarasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Fedarasiyası “Unudulmaz Yaddaş” Xeyriyyə fondunun direktoru,“Qələbə Vərəsələri” Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxlaq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

Hamısını oxu