Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq”

“Yanvar ayının 12-də cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox mətləblərə toxundu. Dövlətimizin başçısı Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərindən bəhs etdi. Vurğuladı ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Müharibədən çıxmış bir ölkə üçün iqtisadi artım çox vacib məsələlərdən biridir. Bununla bərabər, qeyri-neft iqtisadiyyatımız da 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər doğru istiqamətdə və plana uyğun gedir. Ölkəmizin ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənaye istehsalı isə 20 faizə yaxın artıb. Bu cür artım dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye sahələrdə artımlar məhz bu rəqəmlərdə öz əksini tapıb”.

 Bu sözləri Veteran.gov.az-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 Millət vəkili müsahibədə yer alan  postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən, hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyindən əlaqələrindən geniş bəhs edərək əsas diqqəti Avropa İttifaqı-Azərbaycan münasibətlərinə yönəldib. “Cənab Prezidentin müsahibəsində önəmli məqamlardan biri də Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqının rolu ilə ilə bağlı məsələdir. Bu rolu müsbət qiymətləndirən  Dövlət Başçısı qeyd edb ki,  bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. ATƏT-n Minsk qrupunun üzvləri olan və vasitəçi kimi birmənalı şəkildə neytrallıqlarını qorumalı olduqları halda,  Ermənistan tərəfini tutan Fransa və  Amerika Birləşmiş Ştatlarından fərqli olaraq, Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb: “Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq”.

 Tamam Cəfərova deyib ki, Avropa İttifaqı ilə Azərbaycanın gündəliyi onsuz da çox genişdir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşdır və Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu status artıq 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da möhkəmlənib.

 Müsahibədə Cənub Qaz Dəhlizi barədə deyilənlər hazırda regionda marağı olan ölkələr üçün çox önəmli idi. Çünki bu layihənin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsini çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Buna görə Azərbaycan bir neçə ölkəni səfərbər edib. Hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşandığını vurğulayan millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər.

 Müsahibədə beynəlxalq hüququn böhran keçirməsinə toxunan Dövlət Başçısı bildirib ki,” Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.

 

 

 

2022-01-16 11:38:00
1188 baxış

Digər xəbərlər

İsmayıllının Lahıc qəsəbəsində "Kənd turizmi" yaradılır

Veteran.gov.az xəbər verir ki, Lahıc qəsəbəsində “Bələdiyyə turizmi” xidməti yaradılıb. Bununla bağlı qəsəbədə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, qəsəbə sakinləri, rayon ictimaiyyətin nümayəndələri iştirak edib. Burda turistlərin rahatlığı üçün tikilmiş 3 ədəd kotecin açılışı olub.   Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə çıxış edən rayon rəhbəri İsmayıllı rayonunun turizm potensialının geniş olduğunu bildirib, həmçinin o, qeyd edib ki, Lahıc qəsəbəsi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olmaqla yanaşı, həm də sənətkarlığı və adət-ənənələri ilə də məşhurdur. Son illər qəsəbəyə gələn turistlərin sayında artım müşahidə olunur. Turizmin daha da inkişaf etdirilməsi üçün həmçinin onların maraqlarının təmin olunması istiqamətində daha geniş işlər aparıldığını vurğulayıb. Tədbirdə o ,da vurğulanıb ki, İsmayıllı rayonunda və eləcə də, turizm potensialı yüksək olan kəndlərdə, qəsəbələr də "Kənd turizmi" inkişaf etdiriləcəkdir.   Qəsəbə sakinləri ilk növbədə ölkə başçısı Prezident İlham Əliyevə və layihənin Lahıcda həyata keçirilməsində rolu olan hər bir kəsə dərin minnətdarlıqlarını bildiriblər.   Məlumat üçün bildiriririk ki, görülən işlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Lahıc bələdiyyəsi tərəfindən həyata keçirilib.Layihənin davamı olaraq tikilən koteclərin ətrafında turistlərin vaxtlarının səmərəli və maraqlı keçməsi üçün əlavə işlər görüləcək.  

Hamısını oxu
Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

Hamısını oxu
27 sentyabr böyük zəfərin təməlinin qoyulduğu şərəfli tarixdir

2020-ci il 27 sentyabr Azərbaycan tarixinin ən önəmli, ən yaddaqalan günlərindən biridir. Belə ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə məhz 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirldi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsıdi ilə anım günü sentyabrın 27-də keçirilir. Həmin Prezident İlham Əliyevin  2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. Bu gün biz Azərbaycan xalqı olaraq şəhidlərimizi rəhmətlə anırıq! Allah şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi və ordumuzu qorusun! Səmyar Abdullayev, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri  

Hamısını oxu
Gənclər döyüşə getmək üçün müraciət edib

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.  Bu barədə Dövlət Xİdmətinin rəsmi “Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək, geri otuzdurulub.

Hamısını oxu