Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Veteran.gov.az xəbər verir ki, Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.

 

Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

 

Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.

 

Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

 

Allah şəhidlərimizi rəhmət eləsin.

 

2022-01-21 08:43:00
1240 baxış

Digər xəbərlər

Əliyevin bu çıxışı Almaniyada gündəm oldu

Almaniyada çıxan “Berliner Press” nəşrində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının onlayn-konfrans formatında keçirilmiş 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edilib. Axar.az xəbər verir ki, materialda Azərbaycan dövlətinin başçısının çıxışlarının əsas tezislərinə istinad edilir. Nəşrdə vurğulanır ki, İlham Əliyev öz çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, regionda sülhə və təhlükəsizliyə təhdid yaratması, Azərbaycan ərazilərini işğal etməsi, yerli azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə, işğal edilmiş torpaqları qeyri-qanuni məskunlaşdırması, dövlət sərhədi boyunca təxribatlar törətməsi kimi məsələlərə diqqəti cəlb edib. Materialda bildirilir ki, Azərbaycan Prezidentinin çıxışında ölkədə stabil, demokratik, etnik və dini baxımdan tolerant dövlət qurulması və onun möhkəmlədirilməsi sahələrində, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə qazanılmış uğurlar kimi məsələlərə diqqət yetirib.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Şəmistan Əlizamanlını 60 illik yubileyi münasibəti ilə təbrik etmişdir

Respublika  Veteranlar Təşkilatı Şəmistan Əlizamanlının Azərbaycan xalqı və mədəniyyəti qarşısında, eləcə də gənclərlə vətənpərvərlik işinin həyata keçirilməsindəki böyük xidmətlərini nəzərə alaraq Təşkilatın təsis etdiyi “General Səməd bəy Mehmandarov” yubiley medalı və “Diplom”u  ilə yubliyarı təbrik etmişdir. Mükafatları  yubiley mərasimində Təşkilatın Rəyasət Heyəti adından polkovnik Cəlil Xəlilov təqdim etmişdir. Şəmistan Əlizamanlıya yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və uzun ömür arzulayırıq.

Hamısını oxu
Məmməd Musayev: Prezidentin Davos Forumunda iştirakı Azərbaycana geniş iqtisadi perspektivlər yaradacaq

2023-cü ildə Davos Dünya İqtisadi Forumu “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna həsr olunub. Həqiqətən də 2019-cu ildən bəri dünya müəyyən bir böhran dövrünü yaşayır, əvvəlcə pandemiya, hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına böyük təsirləri danılmazdır. Rusiya və Ukraynanın dünyadakı əsas qlobal ərzaq tədarükçülərindən olması, sanksiyalar, enerji və ərzaq kimi dünya iqtisadiyyatının iki ən vacib istiqaməti üzrə böyük problemlər yaranıb. Belə bir vəziyyətdə dünyada Azərbaycan kimi sabit, əməkdaşlıqda etibarlılığı ilə seçilən ölkənin rolu, önəmi gündən-günə artmaqdadır. Sözsüz ki, bunlar Prezident İlham Əliyevin apardığı müdrik, uzaqgörən və düzgün daxili və xarici siyasətin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev AZƏRTAC-a açıqlamasında söyləyib. Onun sözlərinə görə, 2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır. 30 illik müstəqillik tarixinə baxsaq, Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirir. Müdrik Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır. “Məlumdur ki, dünyada investisiyalar həmişə münbit, sabit, dayanıqlı “adalar” axtarışındadır. Dünyanın ən böyük iqtisadi forumu olan Davos Azərbaycanı bu istiqamətdə önə çıxartmaq üçün ən yaxşı platformadır və öz səlis, arqumentlərə əsaslanan çıxışları, iqtisadi baxışları ilə seçilən dövlətimizin başçısı məhsuldar görüşlər keçirir. Azərbaycanın bütün sahibkarları bu görüşləri çox böyük diqqətlə izləyir, gələcəkdə geniş iqtisadi perspektivlər yaradacağına inanırlar”, – deyə M.Musayev qeyd edib. Konfederasiya prezidenti onu da diqqətə çatdırıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti, neft-kimya, dağ-mədən, metallurgiya sənayesi, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. CİSCO kimi qlobal informasiya texnologiyaları şirkətlərinin ölkəmizə marağı, eyni zamanda Qarabağda yaradılan ağıllı kənd layihələrinə maraqları ümumilikdə iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi baxımından geniş imkanlar yaradır. Regional və qlobal layihələrdə dayanıqlı, uzunmüddətli tərəfdaş kimi müsbət imicə malik olan Azərbaycan artan iqtisadi gücü, güclü siyasi lideri sayəsində öz gücünü və nüfuzunu bütün dünyaya göstərəcək.  

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafiə Naziri general - polkovnik Zakir Həsənova

        Hörmətli   Zakir   müəllim!                                                                                                                    Sizi və Azərbaycan Ordusunun bütün şəxsi heyətini öz adımdan və bütün veteranlar adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir.     Hörmətli   Zakir   müəllim!                        Sizi və bütün şəxsi heyəti 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək xidmətinizdə yeni uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.   Dərin hörmətlə,   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri müharibə və əmək veteranı, Prezident təqaüdçüsü                    Fatma Səttarova

Hamısını oxu