Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb

Yanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.

Azərtac xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər.

Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub.

Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək.

Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir.

Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir.

Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

 

2022-01-27 12:12:00
1219 baxış

Digər xəbərlər

Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.   Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir. Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir. Nəcəf Novruzov Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

Hamısını oxu
Tağıyev Süleyman Ənnağı oğlu

Qocaman veteranlarımızdan olan Şəki rayon sakini 97 yaşlı Tağıyev Süleyman Ənnağı oğlu vəfat edib. Tağıyev Süleyman Ənnağı oğlu 1923-cü ildə Şəki rayonunun Qaybaşı kəndində anadan olub. II Dünya Müharibəsi başladıqda Süleyman Tağıyev də vətənin müdafiəsinə qalxaraq ordu sıralarına qoşulub, şərəfli döyüş yolu keçərək vətənə sağ-salamat geri dönüb. 416-cı diviziyanın tərkibində 51-ci atıcı alayda xidmət edən Süleyman Tağıyev yaxın günlərdə haqqın rəhmətinə qovuşub. Respublika Veteranlar Təşkilatının sədri cənab general-polkovnik Tofiq Ağahüseynov veteran Süleyman Tağıyevın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

Hamısını oxu
“Müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması təqdirəlayiqdir”

Cəlil Xəlilov: “Bu, dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin təzahürüdür” Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Vətən müharibəsi iştirakçılarının təsərrüfatlarına baxış keçirilib, bu sahədəki mövcud yeniliklər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, veteranların özünəməşğulluq proqramına cəlb edilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib, buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranlarının özünüməşğulluq proqramına geniş şəkildə cəlb edilməsi veteranlarımızın məşğulluq probleminin həlli, onların sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətimizin bu qayğısı veteranlarımıza sosial vəziyyətlərini yaxşılaşırmaqla yanaşı, həm də öz potensiallarını real müstəvidə dəyərləndirməyə, öz bizneslərini inkişaf etdirməyə, bu sahədə daha böyük uğurlar əldə etməyə imkan verir. Bu mənada Müharibə, Əmək vəı Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq müharibə veteranlarının özünüməşğulluq proqtramına cəlb edilməsini alqışlayır, bunu dövlətimizin veteranlara olan yüksək qayğı və diqqətinin bir təzahürü hesab edirik. İnanırıq ki, bundan sonra da müharibə veteranlarının özünüməşğulluq proqramlarına cəlb edilməsi diqqət mərkəzində saxlanılacaq, veteranlarımızın sosial rifahının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifadə ediləcək. Məlumat üçün qeyd edim ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi də veteranlara və şəhid ailələrinə böyük qayğı göstərir, onlarla bağlı hər bir məsələni xüsusi diqqət mərkəzində saxlayır. Biz19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə  “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirdik. Həmin konfrans ərəfəsində, eləcə də konfransdan sonra veteranlar və şəhid ailələri ilə etdiyimiz söhbətlər, keçiridyimiz görüşlər zamanı bu həqiqətə bir daha əmin olduq. Mən buna görə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə də təşəkkür edir, minnətdarlığımı bildirirəm”. Polkovnik Cəlil Xəlilov Laçında müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediaturun təşkilini də yüksək qiymətləndirib: “Müharibə veteranları və onların ailə üzvləri üçün özünəməşğulluq proqramı çərçivəsində yaradılmış keçik biznes sahələrinə mediaturların təşkili olduqca önəmlidir. Bu cür mediaturlar dövlətimizin müharibə veteranların məşğulluq probleminin həlli istiqamətində atdığı addımların effektivlyini göstərməklə yanaşı, həm də dövlət-vətəndaş münasibətlərindəki şəffaflığı təmin edir, yeni ideya və yaradıcı yanaşmaların meydana çıxması üçün əlverişli zəmin yaradır. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə oxşar mediaturların digər rayonlarımızda da təşkili arzuedilən olardı”. Seymur ƏLİYEV

Hamısını oxu