Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Məmmədov Mirzə Məhəmməd oğlu vəfat edib.

Mirzə Məmmədov 1942-1945-ci illərdə Ukrayna, Çeçenistan, Macarıstan, Polşa və Almaniyada gedən döyüşlərdə iştirak edib. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən çoxlu sayda orden və medalla təltif olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mirzə Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

2022-02-14 12:00:00
2172 baxış

Digər xəbərlər

Şəhid Həmid Abbasbəylinin xatirəsinə həsr edilən Şahmat turniri keçiriləcək

Moderator.az xəbər verir ki, 5 Aprel 2021-ci il tarixində saat 19:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xətai Gii və "İDEA" şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" medalları və "QARABAĞ" ordeni ilə təltif olunmuş BAŞ LEYTENANT ABBASBƏYLİ HƏMİD-in xatirəsinə həsr olunmuş onlayn Şahmat turniri keçiriləcək.   Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqə.   Turnirdə iştirak üçün 1.Lichess.org onlayn şahmat platformasında şahmatçının qeydiyyatı olmalı 2.Profil bölməsinde ad,soyad təvəllüd qeyd edilməlidi 3.Lichess.org virtual "İdea " Şahmat Klubuna üzv olmalıdı.ling: https://lichess.org/team/idea-sahmat-klubu 4.turnirin lingi: https://lichess.org/swiss/RNDqXWSr   Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomla təltif olunacaq.   Seymur ƏLİYEV

Hamısını oxu
Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız

Faiq Qasımov torpaqlarımız yağı düşməndən azad olunmayana qədər hərbi formanı əynindən çıxarmayacağına and içmişdi. Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub.   Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib.  Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb.  Həmin süjeti təqdim edirik:

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı hərbi hissədə keçirilən tədbirdə iştirak edib

Veteran.gov.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən N saylı hərbi hissəsində "Ulu öndər Heydər Əliyev - müasir Azərbaycanın memarı" mövzusunda  tədbir keçirilİb. Tədbirdə Cəlilabad rayon Veteranlar Təşkilatı da iştirak edib. Tədbirdən öncə Ulu öndərin Göytəpənin mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyulub. Daha sonra hərbi hissədə yaradılmış İdeoloji Mərkəzdə ümümmilli lider Heydər Əliyevə həsr olunmuş foto stendlərə və xatirə şəkillərə maraqla baxılıb. Hərbi hissənin  500 nəfərlik geniş salonunda düzənlənən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb. Tədbirdə hərbi hissənin komandiri polkovnik Rauf Abdullayev, Cəlilabad rayon icra hakimiyyətinin şöbə müdiri Vahid Mirzəyev, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman və ADPU Cəlilabad filialının baş müəllimi Fuad Mürsəlli sərhədçi əsgərlər qarşısında çıxış ediblər. Sonda Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş olunub.  

Hamısını oxu
ABŞ iki pilotun xilası üçün niyə milyonlar xərclədiyini açıqladı: “Onlara söz vermişdik!”

Məlum olduğu ki, İran müharibəsinin gedişatında təyyarəsi vurulan və bu səbəbdən də katapult etmək məcburiyyətində qalan iki pilotun xilasına ABŞ yüzlərlə şəxsi heyət, bir neçə təyyarə və təxminən 300 milyon dollar vəsait xərcləyib.  Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, bugenlərdə pilotların xilası üçün böyük pulların sərf edilməsi və ciddi risklərin hansı səbəbdən gözə alınması məlum olub. Nə qədər inanılmaz görünsə də, bu qədər bahalı və təhlükəli əməliyyat digər hərbçilərin dövlətə və orduya olan inamını qorumaq üçün gerçəkləşib: “Vurulan şəxsi heyətin xilas edilməsi sadəcə bir missiya deyil; bu, bir inancdır. Hərbi qulluqçular ilk gündən təlim keçirlər ki, əgər onlar təcrid olunmuş, yaralanmış və ya düşmən xətlərinin arxasında qalsalar, kimsə onların arxasınca gələcək. Bu inanc davranışı dəyişdirir. Bu, pilotların mübahisəli hava məkanına necə uçduğunu formalaşdırır. Bu, kiçik bölmələrin atəş altında necə fəaliyyət göstərməsinə təsir göstərir. Bu, tərəddüdün həyatlarına başa gələ biləcəyi anlarda verilən qərarlara təsir göstərir. Hərbi qulluqçular tərk edilməyəcəklərinə inandıqda, bu, etimadı gücləndirir, qərar qəbuletməni kəskinləşdirir və ən vacib olanda hərəkət etmək iradəsini gücləndirir”. Seymur ƏLİYEV  

Hamısını oxu