Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid Şamxal Abbasovun doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Şamxal Xasay oğlu Abbasovun doğum günüdür. O, 1995-ci ildə Beyləqan rayonunun   Kəbirli  kəndində anadan olub. 

Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE kimi xidmət edib. Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

2022-02-14 14:36:00
1380 baxış

Digər xəbərlər

İlham Əliyev Azərbaycan xalqına müraciət edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir.   Dövlət başçısının müraciəti canlı yayımlanır:

Hamısını oxu
Ağdamla bağlı beynəlxalq elmi-praktik konfransa məqalə və tezislərin qəbulu davam edir

  "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.   Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.   Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.   Konfransda: Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı   istiqamətlərində müzakirələr aparılacaq.   Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.   Tərtibat qaydası: "Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm); Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır; Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə; Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır. Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:- Problemin qoyuluşu (yaxud Giriş);- Təhlil və qiymətləndirmə;- Nəticə və təkliflər. Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Abdulla Qasımov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, 1926-cı ildə Astara rayonunun Pensər kəndində anadan olan Qasımov Abdulla Həsən oğlu vəfat edib. Müharibə dönəmində faşist işğalçılarına qarşı cəsarətlə döyüşən, çoxsaylı yaşayış məntəqələrinin işğaldan azad edilməsində yaxından iştirak edən Abdulla Qasımov, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə bir sıra orden və medallarla təltif edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Abdulla Qasımovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
“Dilrubə Camalovanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır”

Cəlil Xəlilov: “Onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilib” Bu gün Azərbaycanın müstəqilliyindən sonra təyin olunan ilk xanım icra başçısı Dilrubə Camalovanın doğum günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Dilrubə Camalovanın tarixi xidmətlərinə diqqət çəkib, onun əsl vətənpərvər, böyük ziyalı kimi xalq tərəfindən daim sevildiyini vurğulayıb: “Dilrubə Camalova Azərbaycan xalqının vətənpərvər ziyalılarından biri olub. Sovet dönəmində müxtəlif məsul vəzifələrdə çalışan Dilrubə Camalova,  müstəqillik dönəmində də öz ağlı, bilik və bacarığı ilə xalqımıza ləyaqətlə xidmət edib. O, Azərbaycanın cənub rayonlarında separatçı qüvvələrə qarşı da mətanətlə mübarizə aparıb. Təsadüfi deyil ki, onun cəsarəti, fədakarlığı Ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymələndirilmiş, Dilrubə Camalova Lənkəran  şəhərinə icra başçısı təyin edilmişdir. O, bu vəzifədə çalışdığı dönəmdə də xalqın arzu və istəklərinə, qayğı və problemlərinə həssaslıqla yanaşmış, hər zaman xalqın səsinə səs vermişdir. Bu səbəbdən də Azərbaycan xalqı bu gün də Dilrubə Camalovanı sevgi və minnətdarlıq hissi ilə xatırlayır, onu hörmət və ehtiram hisis ilə yad edir. Əminəm ki, Dilrubə Camalovanın ölümsüz xatirəsi hər zaman xalqımızın qəlbində beləcə yaşayacaq, daim ehtiramla yad ediləcəkdir”. Xatırladaq ki, Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir. 1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır. 1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı Əmək Bayrağı", "Oktyabr İnqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur. 1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə.Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr. 2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur. Allah rəhmət eləsin.  

Hamısını oxu