Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri 26 fevral Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyan veteranlar soyqırım qurbanlarının ruhuna dualar oxyub, erməni faşizminin qanlı cinayətini lənətləyiblər.

2022-02-25 14:23:00
1264 baxış

Digər xəbərlər

Bakı məktəbliləri “Zəkaların mübarizəsi”ndə biliklərini sınayıb

Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan paytaxt məktəbləri üzrə regional mərhələsi keçirilib.  Bu mərhələdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri olimpiadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar. Paytaxtdakı 6 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir 6 nömrəli məktəb-liseyin xor qrupunun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçılara uğurlar arzulayan BŞTi-nin müdir müavi Fəttah Fəttayev olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini intellektual yarışların gənclərin analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını, innovativ yanaşmanı təşviq etdiyini və ölkənin gələcək kadr potensialının formalaşmasına töhfə verdiyini vurğulayıb. Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib. Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıblar. Olimpiadanın regional mərhələsində uğur qazanan Nərimanov, Yasamal, Səbail, Nizami və Xəzər rayonlarının komandaları respublika mərhələsində iştirak hüququ qazanıb. Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir. Olimpiadanın regional mərhələsinin şahmat üzrə yarışının yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.  

Hamısını oxu
Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib

30 aprel saat 11:00 radələrində Respublika Veteranlar Təşkilatının inzibati binasında Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları arasında faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi iştirakçıları, 44 günlük Vətən Müharibəsi qaziləri, Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra Azərbaycan xalqının istər I Dünya müharibəsi, istərsə də II Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığına diqqət çəkən Cəlil Xəlilov, minlərlə azərbaycanlının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə keçmiş SSRİ-nin çoxsaylı orden və medalları ilə təltif edildiyini bildirb.   Polkovnik İkinci Dünya Müharibəsi iştirakçısı Fatma Səttarovanın Respublika Veteranlar Təşkilatının sədri seçilməsindən sonra təşkilatın fəaliyyətində keyfiyyət etibari ilə yeni mərhələnin başlandığını qeyd edib. Fatma xanımın keçdiyi döyüş yolunun, həyat təcrübəsinin gəcnlərimiz üçün örnək təşkil etdiyini bildirən Cəlil Xəlilov, gənclərimizin Böyük Vətən Müharibəsi veteranlarından öyrənməli olduğu çox şeyin olduğunu vurğulayıb.   Sədr müavini Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyevin, habelə Gömrük könüllülərinin tədbirdə iştirakından məmnunluğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Dövlət Gömrük Komitəsi hər zaman veteranlara diqqət və qayğı göstərib, onlarla əməkdaşlığa xüsusi diqqət yetirib. Buna görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını bildirən Cəlil Xəlilov, bu əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə inamını ifadə edib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova müharibə dönəmindəki xatirələrindən danışıb. Azərbaycan xalqının qəhrəman övladlarının İkinci Dünya Müharibəsində sovet torpaqlarının faşist işğalçılarından müdafiəsində yaxından iştirak etdiyinə diqqət çəkən Fatma Səttarova, 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqının həyatında əlahiddə rol oynadığını bildirib. Fatma Səttarova gəncləri vətəni, xalqı, Ali Baş Komandanı sevməyin önəmindən danışıb:   “44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq bütün dünyaya nümunədir. Gənclərimiz bu müharibədəki igidlikləri ilə vətəni, torpağı necə qorumaq lazım gəldiyini göstərdi. Onlar öz qəhrəmanlıqları ilə tarix yazdılar. Mən 100 yaşlı ana kimi qazilərimizin, şəhdilərimizn qarşısında baş əyirəm. Mən bütün gəncləri vətəni, torpağı sevməyə səsləyirəm. Azərbaycan torpağı Allahın sevdiyi, ona min bir bərəkət bəxş etdiyi torpaqdır. Bu torpağı sevməmək mümkün deyil. Torpağını, vətənini sevə bilməyən heç kimi, heç nəyi sevə bilməz.  Vətən də, ana da müqəddəsdir. Ona görə də vətən uğrunda ölmək olar, amma onu kiməsə güzəştə getmək, torpaqdan pay etmək olmaz. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Vətən Müharibəsində düşmən üzərindəki qələbə ilə bunun ən gözəl örnəyini verdi.   Ali Baş Komandanımızı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı sevin. Çünki məhz onların əməyi, zəhməti sayəsində dövlətimiz indiki inkişaf mərhələsinə çatıb, torpaqlarımız işğaldan azad edilib, böyük quruculuq, abadlıq işləri həyata keçirilib”.   Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev öncə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin veteranlara ünvanlanan təbrik məktubunu oxuyub. Daha sonra bütün veteranları qarşıdan gələn 9 may Qələbə Günü və Ramazan bayramı münasibəti ilə təbrik edən Vüqar Əliyev Respublika Veteranlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirib, gəncləri təşkilatın fəaliyyətindən yaxından iştirak etməyə, veteranların təcrübəsini öyrənməyə səsləyib.   44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yeni səhifə açdığını bildirən Vüqar Əliyev, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yaxın gələcəkdə yeni inkişaf mərhələsinə qədəm qoyacağına inamını ifadə edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Dövlət Gömrük Komitəsinin gətidiyi bayram sovqatları paylanılıb.   Seymur ƏLİYEV

Hamısını oxu
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Vətən Müharibəsində iştirak etmiş daha bir əsgərimiz qazi olaraq geri dönüb. Report xəbər verir ki, haqqında bəhs edəcəyimiz qazi, 23 yaşlı Ağdaş sakini Həmdiyyə Məmmədovdur. Həmdiyyə Məmmədov sentyabrın 29-da Dəhnəxəlil kəndindən Vətən Müharibəsinə könüllü gedənlərdəndir. O, Füzuli və Cəbrayıl uğrunda, daha sonra Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində düşmənin diversiya qrupunun qarşısını alan zaman yaralanıb.   İki qəlpə yarası alan qazi buna baxmayaraq, yenə əsgər yoldaşları ilə birlikdə döyüşü davam etdirərək, qəhrəmanlıqlar göstərib. Həmdiyyə Məmmədov döyüş başa çatandan sonra müalicə olunub. Bu gün onun ailəsinə geri dönməsi kənd sakinləri arasında böyük sevinc hissi yaşadıb. Sakinlər onun müharibədən qayıdışını sevinc və fərəh hissi ilə qarşılayıblar, qazinin gəlişi münasibətilə qurbanlar kəsilib. İndi ailənin ən böyük arzusu Həmdiyyə Məmmədov kimi bütün hərbçilərin sağ-salamat geri dönməsidir.

Hamısını oxu