Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

O gün uzaqda deyil...

Bəşəriyyət bu vaxta qədər çox sayda genişmiqyaslı qanlı cinayətlərə şahidlik edib. Etnik təmizləmə, soyqırımı, kütləvi qətllər, terrorizm və digərləri insanlığa qarşı yönəlmiş vandalizm aktları sırasında yer alır. Təəssüflər olsun ki, Azərbaycan xalqı da dünyanın gözü önündə belə vəhşiliklərə məruz qalıb. Bunlardan biri də 30 il əvvəl törədilmiş Xocalı soyqırımıdır.  

 

Milli-etnik zəmində soyqırımı aktı

 

Xocalı faciəsi, şübhəsiz ki, XX əsrin ən dəhşətli qətliamlarından biridir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni terrorizminin daha bir nümunəsidir. Təsadüfi deyil ki, Xocalı faciəsi “bəşəriyyətə qarşı qanlı cinayət aktı – soyqırımı” adlandırılır. Tam doğru yanaşmadır. Əvvəla, tarixi faktlar sübut edir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımıları ilə eyni sırada yer alır. Digər tərəfdən, qətliam zamanı qadın, uşaq və qocalar xüsusi qəddarlıqla öldürülüb, əsir və girov götürülmüş insanlar amansız işgəncələrə məruz qalıb, 8 ailə tamamilə məhv edilib. Bu, milli-etnik zəmində genosid aktıdır.

 

Unutmadıq, unutdurmarıq!

 

Xocalı faciəsi qan yaddaşımızdır. Yəni milli-tarixi yaddaşımızın bir hissəsidir və onu unutmaq olmaz. Unutmuruq, unutdurmarıq! Azərbaycan dövləti bu faciə və bütövlükdə erməni terrorizmi, barbarizmi ilə əlaqədar beynəlxalq miqyasda sistemli iş aparır – reallıqlar və faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

İlk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının tanıdılması ilə əlaqədar hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə tədbirlər keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Görülən işlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

 

Qisas qiyamətə qalmadı!

 

Şübhəsiz ki, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların – faciənin sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə nail olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı, ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Bir sözlə, Xocalı soyqırımı qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. Əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar. O gün uzaqda deyil!

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2022-02-25 15:19:00
1072 baxış

Digər xəbərlər

Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.

Hamısını oxu
İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə

Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə   Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı  tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik.   Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında hesabat yığıncağı keçirilib

26 dekabr 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında başa çatmaqda olan cari illə bağlı hesabat yığıncağı keçirilib. Hesabatdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəli sükutla yad edilib. Tədbiri açıq elan edən Təşkilatın sədri polkovnik Cəlil Xəlilov 2025-ci ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman olduğu kimi, bu il də gənclər arasında vətənpərvərlik təbliğatının gücləndirilməsini diqqət mərkəzində saxladığını bildirən polkovnik, Təşkilata üz tutan hər bir veteranın müraciətinə həssaslıqla yanaşıldığını, bu müraciətlər əsasında konkret addımlar atıldığını bildirib. Təşkilat sədri 2025-ci il üçün nəzərdə tutulan məqsədlərə nail olunduğunu, gələn ilin fəaliyyət planının təsdiq edildiyini vurğulayıb. Daha sonra Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri Kərim Rzayevin məruzəsi dinlənilib. Yığıncaqda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran Rayon Təşkilatının sədri Əlimərdan Əliyev, Şuşa Rayon Təşkilatının sədri Ağalar Əliyev, Sabunçu Rayon Təşkilatının sədri Sabir Allahverdiyev, Xaçmaz Rayon Təşkilatının sədri Abbasyar Heydərov 2025-ci ildə Birlik tərəfindən görülən işləri müsbət qiymətləndirib, hesabatın qənaətbəxş olduğunu bildiriblər. Daha sonra polkovnik Cəlil Xəlilov Birliyin Rəyasət Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi, I Qarabağ müharibəsi veteranı İmran Əbilovu 90 illik yubiley münasibətilə təbrik edib, ona zəngin fəaliyyətində uğurlar arzulayıb. Millət vəkili Eldar İbrahimov, Türk Ağsaqqallar Birliyinin sədri, professor Sudeyf İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri, Həmkarlar İttifaqının sədri Elnur Atayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da çıxışlarında İmran Əbilovu yubiley münasibətilə təbrik edib, ona müxtəlif hədiyyələr və təltiflər təqdim ediblər. Tədbirdə Müdafiə Nazirliyinin Baş İdarə rəisi general Müşfiq Məmmədov, “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Fəxri Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də digər qurumların nümayəndələri iştirak edib. Tədbirin sonunda Təşkilatın fəaliyyətində aktiv iştirak edən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.  

Hamısını oxu
Prezident İlham Əliyev: Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edilib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

Hamısını oxu