Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirilib

25 fevral 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində “Xocalı ağrısı” adlı tədbir keçirildi. Əməkdar artistimiz, kamança ustası Fəridə Məlikova tədbiri açıb qonaqları salamladıqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Kolleci müəllimi Rafail Həsənovun Xocalı faciəsinin tarixi və səbəbləri haqqında çıxısından sonra  balaca ifaçı Ülvi Ağamalızadənin ifasında  “Sarı gəlin” xalq mahnısı dinlənildi.

Şəhid anaları və bacılarının dəvətli olduqları tədbirdə kollecin tələbələri – Əliyeva Rəna və Quliyeva Fidan şeir kompozisiyaları ilə  çıxış etdilər. Şəhid bacısı İnci Şirvanlının şeiri, həmçinin can yanğısı ilə ifa etdiyi mahnısı hər kəsi göz yaşlarına boğdu. Professor Arif Ağayev və Fəridə Məlikovanın ifasında səslənən kompazisiyaların hər birində hiss olunan ürək yanğısı tədbir iştirakçılarını biganə qoymadı. Sumqayıt Musiqi Kollecinin kamera orkestrinin ifasında səslənən Ə.Səlimi, R.İbrahiminin “Ayrılıq” mahnısı isə soyqırımın, o qaranlıq gecənin ağrı-acısını xatırladaraq daha çox ürəkləri dağladı.

Şəhid Elton Əliyev və Nadir Rzayevin anaları da danışıb ürək sözlərini bildirdilər və kollecin rəhbəri Səbinə xanıma dəvət üçün minnətdarlıqlarını çatdırdılar. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin direktoru Fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva Xocalı soyqırımının və umumiyyətlə, müharibənin acı nəticələrinin unudulmamayacağını  qeyd edərək,  prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi “Xocalıya ədalət” istədiyini, bütün dünyanın bu soyqırımın tanımasının vacibliyini də nəzərə çatdırdı. Gələn qonaqlara -Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Fərman Kazımov, Bülbül adına 2 saylı uşaq Musiqi məktəbinin direktoru Samir Ismayılov, 3 saylı Musiqi məktəbinin direktoru  Elnarə Vidadi  və gələn şəhid anaları və bacılarına öz minnətdatlığını bildirdi.

Tədbir Fəridə Məlikova, Arif Ağayev və bütün orkestrin ifasında “Azərbaycan” mahnısı ilə, gələcəyə ümid və əzm notlarında, bütün iştirakçıların qürurla ifa etdikləri “Azərbaycan!” sədaları altında bitdi.

2022-02-28 20:47:00
2643 baxış

Digər xəbərlər

“DTX cinayətlərin qarşısını planlaşdırma mərhələsində almaqla yüksək peşəkarlıq sərgiləyir”

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Məlum olub ki, cinayət qruplaşmasının üzvləri mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin ekstrekmist qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində atdığı bu addımı yüksək qiymətləndirib: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşmanın ifşası dövlətçiliyimizin, onun əsaslarının müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı şəkildə təmini baxımından son dərəcə mühm əhəmiyyətə malikdir. Bu əməliyyat hər şeydən öncə Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığından, hədsiz çevikliyindən xəbər verir. Qruplaşmanın cinayət əməlinin qarşısının planlaşdırma mərhələsində alınması da Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının göstəricisidir. Qeyd edək ki, bütün dünyada çox az sayda xüsusi xidmət orqanları var ki, onlar planlaşdırılan cinayətlərin qarşısını elə planlaşdırma mərhələsində ala, təhlkəni elə ilkin mərhələdə ortadan qaldıra bilir. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti də bu cür peşəkar xüsusi xidmət orqanlarından biridir. Mən bu uğuruna görə Dövlət Təhlükəsizliyi Xidməti təbrik edir, ona bu çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram. Eyni zamanda, bütün vətəndaşlarımızı ayıq-sayıq olmağa, onlarda şübhə doğuran istənilən məsələ ilə bağlı güc orqanlarımızı dərhal məlumatlandırmağa səsləyirəm. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zərərsizləşdirilən ekstremist qruplaşma ilə bağlı baş verənlər bir daha göstərdi ki, bu gün də dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını pozmağa, ölkədə xaos, qarışıqlıq yaratmağa çalışan qüvvələr var. Doğrudur, onların bu cəhdlərinin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti və digər güc orqanalrı tərəfindən qətiyyətlə alınır. Lakin bu məsələdə hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına informasiya dəstəyi verməsi, dövlət qurumları ilə sıx əməkdaşlıq həyata keçirməsi zəruridir. Yalnız bu halda biz bütün təhlükələrdən sığortalana bilərik”.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı anti-Azərbaycan paylaşımı ilə bağlı etiraz bəyanatı yayıb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə həqiqətdən uzaq fikirlərinə etiraz əlaməti olaraq bəyanat verib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il qondarma erməni soyqırımı, həmçinin, 2020-2023-cü illərdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri əleyhinə səsləndirdiyi böhtan xarakterli fikirlərə etiraz edir, bu cür fikirləri beynəlxalq ictimaiyyəti çaşdıran, tarixi reallıqları təhrif edən mövqe kimi dəyərləndiririk. Hesab edirik ki, istər 1915, istərsə də 2020-2023-cü illərdəki hadisələri təhrif edilmiş şəkildə, tarixi reallıqdan daha çox siyasi maraqlar çərçivəsində təqdim edən Zohran Kvame Mamdaninin məlum paylaşımı, sadəcə tarixə xəyanət faktı deyil, həm də Cənubi Qafqazdakı sülh prosesinə zərbə cəhdidir. Nyu-York şəhər meri tərəfindən irəli sürülən təxribatçı fikirlər Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən, ABŞ Prezidenti Donald Tramp  tərəfindən dəstəklənən və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilən sülh siyasətinə kölgə salır, Ermənistandakı revanşist qüvvələr üçün mənəv sitimul rolu oynayır ki, bu da hər şeydən öncə əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hesab edir ki, Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 2020-2023-cü illərdəki hadisələrlə bağlı həqiqətdən uzaq fikirləri Prezident İlham Əliyevin sülhpərvər siyasəti haqqında yanlış fikir formalaşdırmaqla yanaşı, həm də ABŞ Prezidenti Donald Trampın siyasi mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. Xatırladırıq ki, məhz Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Cənubi Qafqaz xalqlarının həyatında yeni bir səhifə açıb, onların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün əlverişli zəmin formalaşdırıb. Belə bir halda Nyu-York merinin anti-Azərbaycan, anti-türk ruhlu paylaşımı, erməni diasporunun maraqlarına uyğun olaraq “məzlum erməni” obrazını təbliğ etmək cəhdi Donald Trampa məxsus siyasi kursa açıq-aşkar meydan oxumaq deməkdir. İnanırıq ki, Nyu-York şəhər merinin yalan və təxribat xarakterli bu paylaşımı ABŞ Prezidenti tərəfindən də cavabsız qalmayacaq, cənab Tramp Zohran Kvame Mamdaninin bəd əməlinə layiqli cavabı verəcək. Biz Nyu-York şəhərinin meri Zohran Kvame Mamdanini “X” platformasındakı məlum paylaşımını silməyə, gələcəkdə bu cür hallara yol verməməyə, hadisə və proseslərə obyektiv şəkildə, bütün tərəflərin prizmasından yanaşmağa səsləyirik. Ümid edirik ki, Nyu-York şəhərinin meri Azərbaycan və ümumilikdə türk dünyasının  bu məsələdəki həssaslığını anlayacaq, öz mövqeyindən imtina etməklə sözügedən paylaşımın qərəzdən deyil, məlumatsızlıqdan qaynaqlandığını sübut edəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov  

Hamısını oxu
Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanının icrası məqsədilə bütün inzibati ərazilərdə dağıdılan paylayıcı elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması istiqamətində işlərə başlanılıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Hamısını oxu
“Ali Baş Komandanın Şuşada qaladığı Novruz tonqalı ordumuzun tarixi zəfərinin təntənəsidir”

Cəlil Xəlilov: “Bu tonqal xalqımızın sabaha olan inamını, mübarizə və qalibiyyətini əks etdirir”   Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşada, Cıdır düzündə Novruz bayramı münasibəti ilə yandırdığı tonqal, ölkəmizin mədəniyyət paytaxtından verdiyi yeni mesajlar Azərbaycan xalqı tərəfindən böyük sevinc və məmnunluq hissi ilə qarşılanıb.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu tarixi hadisə ilə bağlı maraqlı fikirlər səsləndirib:   “Cənab prezidentin Şuşa şəhərinə səfəri, bu səfər əsnasında səsləndirdiyi bəyanatlar Azərbaycan xalqının hər bir nümayəndəsində böyük fəxr və qürur hissi doğurmaqdadır. 28 ildən sonra Şuşada, Cıdır düzündə qalanan Novruz tonqalı xalqımıza sonsuz sevinc hissi bəxş etdi. Çünki biz uzun illərdir ki, məhz bu günü, bu anı gözləmişik. Uzun illərdir ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə keçirmək bizim ən böyük arzumuz olub. Sevindiricidir ki, biz 28 ildən sonra bu böyük, tarixi günə şahidlik edirik. Bu baxımdan Ali Baş Komandanın Cıdır düzündə qaladığı tonqal sadəcə Novruz tonqalı deyil. Bu, həm də xalqımızın tarixi qələbə tonqalı, şanlı Azərbaycan ordusunun zəfər tonqalıdır. Bu tonqal Azərbaycan xalqının tarixi zəfərinin təntənəsidir. Bizim builki Novruz bayramını əvvəlki bayramlarımızdan fərqləndirən ən başlıca amil məhz budur.   Məlum olduğu kimi, istər ulu öndər Heydər Əliyev, istər prezident İlham Əliyev hər zaman erməni işğalında qalan topaqlarımızın azad ediləcəyinə dərin inamlarını ifadə edib, bunun üçün həm hərbi, həm diplomatik, həm də digər sahələrdə mühüm işlər həyata keçiriblər. Azərbaycan xalqı da işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanıb, heç vaxt buna inamını itirməyib. Prezident İlham Əliyevin Novruz bayramı günlərində Şuşada qaladığı tonqal ölkə başçısının və eləcə də Azərbaycan xalqının ordumuzun gücünə, onun qəhrəmanlığına olan inamının təntənəsidir.   Mən bu bayram günlərində bizə bu böyük sevinci bəxş edən şəhidlərimizi də ehtiram hissi ilə yad edir, onların ruhu qarşısında baş əyirəm. Hər kəs əmin ola bilər ki, Azərbaycan xalqı əsrlər sonra da ordumuzun, şəhid və qazilərimizin qəhrəmanlığını unutmayacaq, hər zaman onları dərin minnətdarlıq hissi ilə yad edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu